22-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Modern Hospital”da faciə: mədəsini kiçiltmək istədi, klinikada öldü – FOTOLAR

14 Oktyabr 2018, 21:14
Seçmə, Manşet
A A
“Modern Hospital”da faciə: mədəsini kiçiltmək istədi, klinikada öldü – FOTOLAR

Bakının Mərdəkan qəsəbəsindəki Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirov “Modern Hospital” klinikasında həkim Taryel Ömərov tərəfindən mədə kiçiltmə əməliyyatı olunandan bir ay sonra dünyasını dəyişib. Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Mərhumun yaxınları iddia edirlər ki, ölümə məhz həkim səhvi səbəb olub. Virtualaz.org-un redaksiyasına müraciət edən Samirin anası Solmaz Dəmirova və yaxın qohumu Rəşad Muradov əməliyyatdan sonra baş verənləri danışıb.

Muradovun sözlərinə görə, Samir artıq çəkidən qurtulmaq üçün həkim Taryel Ömərova müraciət edib. Çünki Ömərov mədə kiçiltmə əməliyyatının  yeganə mütəxəssisi kimi internetdə və yerli telekanallarda reklam olunur. Samir də məhz buna görə həkimin əməliyyatın fəsadsız başa çatacağı vədlərinə inanıb. Əməliyyat bu ilin iyulun 26-da “Modern Hospital” klinikasında həyəta keçirilib.Samir 160 kiloya yaxın çəkidə olub. Amma əməliyyatdan 1-2 gün əvvəl edilən müayinələrdə onda heç bir xəstəlik aşkarlanmayıb. Gözüyaşlı ana deyir ki, iki uşaq atası olan oğlunun ölümündən sonra istintaqa təqdim edilən analizlərin nəticəsindən ikinci dəfə şok yaşayıb. Yazılıb ki, Samir bir neçə xəstəlikdən, eləcə də şəkərdən əziyyət çəkirmiş.  “Klinikada 6 gün qaldı, sonra evə buraxıldı. Qarnında kəskin ağrı başladığından səhəri gün klinikaya getdi. Həkim dedi ki, ağrını köp verir, əməliyyatdan sonra köp yaranması təbiidir”, -şikayətçilər əlavə edirlər.

Ağrılar kəsmir, həkim bu dəfə əməliyyat zamanı tibbi alətlərdən  xəstənin mədəsində 3mm-lik deşik yarandığını deyir. Ağrı kəskinləşir, növbəti gün xəstənin mədəsinin əməliyat sonrası burulmasının  baş verdiyini söyləyirlər. Beləcə təxminən 2 həftə keçir və hər gün yeni bir bəhanə səsləndirilir.

Muradov hadisənin  davamını danışır: “Biz Samiri təcili Türkiyə və ya Rusiya aparmaq istəyirdik, amma Ömərov dedi ki, buna gərək yoxdur. Mədəyə stend qoymaq lazımdır, bunun üçün Türkiyəyə sifariş verilib. 4 gün  su belə içmədi”.Mədəyə stend qoymaq üçün digər klinikadan həkim dəvət edilsə də, gələn olmayıb. Ömərov əməliyyatı özü yerinə yetirib. Səhəri gün xəstəyə su içməsinə icazə verilib. Şikayətçilər deyirlər ki, həkimlə yazışmalar var və istintaqa təqdim ediləcək. Çünki həkim ağrlaşmanı normadan artıq maye qəbulu ilə əlaqələndirir, halbuki səs yazısında nə qədər istəyir maye qəbul edə biləcəyini söyləyib. “Növbəti müayinədən bəlli oldu ki, stend aşağı sürüşüb və icilən mayelər qarın boşluğuna tökülüb. Stend yuxarı qaldırılsa da,  dəfələrlə yenidən sürüşüb, hətta xəstə koma halına düşəndən sonra belə yerində olmayıb. Stendin qoyulması 4 saat əməliyyatla mümkün olmuşdu”, – Muradov qeyd edib.

Xəstə yaxınlarının təkidi ilə tanınmış professordan biri Samiri müayinə edib, ona əməliyyatdan sonra peritonit diaqnozu qoyulub, qarın boşluğunun təcili acılıb təmizlənməsini məsləhət bilib.  Amma bu da kömək etməyib, Samir komaya düşüb. Buna görə təcili Mərkəzi Klinik Xəstəxanaya köcürüb. (hər iki klinikanın epikriz nüsxəsi var). Burda 14 gün müalicə aldıqdan sonra avqustun 30-da gecə dünyasını dəyişib. Yaxınları Samirin sağalması üçün 50 min manata yaxın pul xərcləyib, yataqxanada yaşayan köçkün ailəsi bunun üçün xeyli borca da düşüb. Hələ üstəlik xəstəxanaya da borclu qalıblar.

Ailənin Səbail Rayon Rrokurorluğuna şikayət əsasında Samir Dəmirovun  ölüm səbəbinin müəyyən olunması üçün cəsədi Mərkəzi Patoloji Anatomiya Birliyində yarılıb, ekspertiza təyin edilib, yaxın günlərdə nəticələr bəlli olacaq.Dərdli valideynlər ölkə prezidenti İlham Əliyevə müraciət edərək işin ədalətli araşdırılmasına, günahkarların cəzalandırılmasına köməklik göstərilməsini xahiş edirlər. Müalicəyə çəkilən pulların geri qaytarılması da tələb olunur, çünki iki atasız uşağa baxmaq, üstəlik borc ödəmək yaşlı valideynlər üçün imkansızdır.

“Modern Hospital”dan isə virtualaz.org-a bildiriblər ki, Taryel Ömərov 2013-cü ildən klinikanın baş həkimidir və saysız-hesabsız xəstələri var, aralarında tanınmışlar da az deyil. Buna baxmayaraq xəstə ölümü ilə bağlı sualı yalnız özü cavablandıra bilər, özü isə klinikada deyil. “Gələn həftə yenidən müraciət edərsiz, boş vaxtı olarsa həkim sizinlə danışar”, – adını açıqlamaqdan imtina edən klinikanın qadın əməkdaşı əlavə edib.

 
Əvvəlki yazı

Azərbaycan MOM-un xərçəng xəstəliyi ilə mübarizə üsulları Londonda müzakirə edilib

Sonrakı yazı

İCRA BAŞÇISININ MÜAVİNİ VƏTƏNDAŞLARI DÖYDÜ – VİDEO

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

21 İyul 2025, 13:41
Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

21 İyul 2025, 13:34
Sabahdan peşə məktəblərinə qəbul başlayır

Sabahdan peşə məktəblərinə qəbul başlayır

21 İyul 2025, 13:31
Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

21 İyul 2025, 13:28
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

21 İyul 2025, 13:27
Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

21 İyul 2025, 13:24
“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.