Hazırda düşmən tərəfindən Ağcabədi rayonunun Sarıcalı, Ağdam rayonunun Baharlı, Çıraqlı, Üçoğlan və Bərdə rayonunun Şahvəllər yaşayış məntəqələri intensiv artilleriya atəşinə tutulur, yaralanan var.
Bu barədə Reportyor.info-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.