08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Mitinqi kimlər pozdu? – Təhlil

15 İyul 2020, 10:30
Siyasət
A A
Mitinqi kimlər pozdu? – Təhlil

Dünən Bakı küçələri öz ordusuna, onun Ali Baş Komandanına, dövlətinə dəstəyini ifadə edən minlərlə xalq nümayəndəsi ilə aşıb-daşırdı. Paytaxtın mərkəzi spontan yaranan xalq yürüşünə səhnə idi. Polis heç bir müdaxilə etmir, nümayişçilərdən biri imiş kimi davranırdı.

Bütün bu prosesləri hər kəs canlı yayın həyata keçirən tanınmış internet kanallarından, böyük “Facebook” səhifələri üzərindən izləyə bilirdi. O lentlər hələ də qalır və ciddi bir mənbədir.

Sonra küçələrdəki xalq axını Şəhidlər Xiyabanından Milli Məclisin önündəki meydana yönəldi və orada birləşdi. İlk görüntülər möhtəşəm idi, qürurverici idi. Bizim müxbirlər də meydanda idilər və mümkün olduqca canlı yayınlar verirdilər.

Hər yerdən ordumuza dəstək səsləri gəlirdi. ”Ali Baş Komandan, silah ver bizə”, ”İrəli, irəli, Azərbaycan əsgəri”, ”Şəhidlər ölməz, vətən bölünməz” şüarları insanlarımızın münasibətini və mitinqin gerçək mahiyyətini ifadə edirdi, xalqın Prezident və Ali Baş Komandan İlham Əliyevə inam və dəstəyi ortaya qoyurdu.

Azərbaycanın internet efiri heç zaman belə fəal olmamışdı. Hər canlı yayın həyata keçirən ”Youtube” və ”Facebook” kanallarına on minlərlə izləyici qatılırdı. Yayın kəsilirdi, amma sonra yenə…

Kütlənin lideri yox idi, təşkil olunmamışdı. Müxalifət liderlərindən bəziləri meydanda idilər, lakin kontingent onlarlıq deyildi, oradakı xalq, kütlə müxalifətin sosial, ya da elektoral bazasına heç uymurdu.

Xalqın qarşısına iqtidardan da heç kim çıxmadı. Məncə, ən ciddi səhv bu idi.

Bu cür hallarda o kütlənin önünə dövlət çıxmayanda, adətən, hər hansı təxribatçı elementlər orada təşəbbüsü ələ alır. AXP sədri Pənah Hüseyn elə yürüş zamanı mənə zəng etdi və narahatlığını bildirdi. ”Niyə hökumətdən heç kim kütlənin qarşısına çıxmır”, sualını mənə verdi…

Xeyli keçəndən sonra, gerçəkdən də, təxribatçı ünsürlər şüarlar səsləndirərək fəallaşmağa başladılar. Bunu ara-sıra kəsilən canlı yayınlardan da açıq sezmək mümkün idi… Zaman gecəyə doğru irəlilədikcə səmimi xalq kütlələri azalır, hər kəs evinə gedir, fərqli ideologiyalar və maraqlara xidmət edən qrupların sayı isə əksinə, artırdı. Canlı yayın həyata keçirdən bəzi güclü resursların yayınlarının altında konkret və ünvanlı çağırışlar gedirdi…

Meydanda təxribatçıların kritik kütləsi düzələn kimi hərəkətə keçdilər. Ermənilərin gözünü çıxardan, bizi qürurlandıran bir aksiyanı ləkələməyi bacardılar. Milli Məclisin binası işğal olundu. Canlı yayında Milli Məclisin foyesində ”Allahu-Əkbər” şüarları qışqıran gənclər peyda oldular. Allah böyükdür və şəriki yoxdur!

Hamımızın təvəkkülü də onadır! Lakin niyə Milli Məclisin işğalı məhz bu şüarla həyata keçirildi? Niyə xarici ölkələrə bağlı internet yayın qurumları məhz seçib onları çəkir, dövlətin, ölkə rəhbərliyinin əleyhinə danışan 4-5 qərəzli şəxsi dəfələrlə və ard-arda efirə alırdı?

Bu suallara və Milli Məclisə giriş fraqmentinə hüquq-mühafizə orqanları aydınlıq gətirər və gətirməlidir!

Baş vermiş hadisə sadə cinayət əməli deyil! Bu hər şeydən öncə bizim beynəlxalq aləmdə, Ermənistan ictimaiyyətində bir millət olaraq işğalla barışmadığımızı, öz torpaqlarımızı almaq üçün bütöv xalq olaraq savaşa hazır olduğumuzu göstərən yürüş-mitinqi başqa istiqamətə yönləndirdi. Ermənistan və ermənilər gördülər ki, 10 milyonluq Azərbaycan 80 milyonluq Türkiyəni arxasına alaraq onun üstünə yürüyür!

Dünən Bakı küçələrində xalq, əslində, işğalçı Ermənistanın üstünə yürüş edirdi, erməni ordusuna gözdağı verirdi. Erməni toplumuna onu hansı perspektivin gözlədiyini nümayiş etdirirdi…

Etdirdi də! Effekt həminki kimi qalacaq! Xalq öz sözünü dedi, istəyini ortaya qoydu. Dünya gördü ki, azərbaycanlılar işğalla barışmayıblar! Onlar müharibə istəyirlər və bu iş əvvəl-axır müharibə ilə nəticələnəcək, Ermənistan darmadağın ediləcək.

Lakin kaş ki, Milli Məclisin işğalı fraqmenti olmayaydı! Təxribatçılara imkan verilməyəydi!

Proses davam edir, edəcək. Müharibə haqqımızdır və Ermənistan ordusunu öz torpaqlarımızdan qovub çıxartmaq milli bir vəzifə olaraq qarşıdadır. Bu xalqın dəstəyi bizə hər addımda lazım olacaq. Bundan sonraya baxaq, 15 iyul gecəsi, bu cür yeni situasiyalarda buraxılan səhvləri təhlil edək.

Bu cür vəziyyətlər üçün hakimiyyət orqanları internet üzərindən yayın verən kanallarını təkmilləşdirməli, xalqın önünə çıxara biləcək adamlara sahib olmalı, xarici müdaxilələri operativ şəkildə məhdudlaşdıra biləcək mexanizmləri işə salmalıdır.

Ortadakı təxribatçılar isə müəyyənləşməli, onlara ən ağır cəza verilməlidir!

“Yeni Müsavat” 

 

 
Əvvəlki yazı

“Rəhim Qazıyev rus kəşfiyyatının agentidir” – Deputat

Sonrakı yazı

Kardioloq koronavirusdan öldü

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.