04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Misli görünməmiş kredit fırıldağı –Hakim yarım milyonluq dələduzluğa görə rəhbər şəxsə şərti cəza verdi

14 Fevral 2019, 19:13
Cəmiyyət
A A
Misli görünməmiş kredit fırıldağı –Hakim yarım milyonluq dələduzluğa görə rəhbər şəxsə şərti cəza verdi

Dövlətin yarım milyona yaxın vəsaitini mənimsəməkdə suçlanan kredit ittifaqının rəhbərinə şərti cəza verilib. Söhbət «Aqroinvest» Kredit İttifaqının İdarə Heyətinin sədri Əyyub Əhmədovdan gedir. Fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyası onu İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun 470 min manat vəsaitini mənimsəməkdə təqsirli bilsə də, ona münasibətdə CM-in 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiqini uyğun sayıb. Səbəb kimi isə vurulmuş ziyanın ödənilməsi göstərilib.

İttihamda yazılıb ki, Ə.Əhmədov Fondun sahibkarlığın inkişafı, fermerlərə dəstək məqsədilə ayırdığı vəsaitləri müxtəlif adamların adına kredit kimi rəsmiləşdirib. O adamların bir qismi ayrılan pulun üzünü görməyib, bəziləri isə kredit müqaviləsində göstəriləndən xeyli az vəsait alıb.

Ə.Əhmədov məhkəmədə deyib ki, özünü təqsirli bilmir. O, kreditlərə görə artıq dünyasını dəyişmiş Əliyaz Feyzullayevin məsuliyyət daşıdığını söyləyib. Ə.Feyzullayev kredit şöbəsinin müdiri olub. O bildirib ki, Ə.Feyzullayev kredit alan şəxsləri, ayrılan məbləği müəyyənləşdirib, ona hazır sənədləri gətirib imzalatdırıb.

Şahidlər də onların adına əlavə kreditlər yazıldığını təsdiqləyiblər. Məsələn, Vurğun Əzizov deyir ki, kredit təşkilatından 1200 manat təsərrüfat üçün pul götürüb, onun da 900 manatdan artığını ödəyib. Amma günlərin birində prokurorluğa çağrılanda öyrənib ki, adına 10 min manat əlavə kredit götürülüb.

Bəhram Nəsirov bildirir ki, 46 min manat kredit götürüb, təsərrüfatla məşğul olmağa başlayıb. Prokurorluqda öyrənib ki, onun da adına əlavə 15 min manat pul götürülüb.

«Mən təşkilatdan 2 min 300 manat kredit götürmüşəm, 2014-cü ildə də ödəmişəm. Prokurorluğa çağrılanda bildim ki, əlavə 11 min də varmış. Mənim ondan xəbərim yoxdur», – bunu isə şahid Səməd Ağayev deyir.

2 min 200 manat kredit götürən Mehman Məhərrəmov və 1000 manat almış Nicat Rəsulovun hər birinin adına 13 min manatlıq kredit rəsmiləşdirilib.

Cinayət işində bu cür ifadə verən onlarla şahid vardı. CM-nin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə ) maddələri ilə ittiham olunan Ə.Əhmədov istintaq və məhkəmə dövründə də həbsdə deyildi.

«Aqroinvest» Kredit İttifaqı Mərkəzi Bankın 2001-ci il tarixli daimi lisenziyasına əsasən yaradılıb. (azadliq.org)

Əvvəlki yazı

Mayk Pens:”Yaxın Şərqdə sülh və təhlükəsizliyə əsas təhdid İrandır”

Sonrakı yazı

APA fəaliyyətini bərpa edir- Lent.az da qayıdır

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.