26-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Misir Qasımlı niyə həbs edilib? – Sensasion detallar

09 Dekabr 2022, 17:57
Gündəm, Cəmiyyət
A A
Misir Qasımlı niyə həbs edilib? – Sensasion detallar

 

İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlının Ukraynada 8 il həbsə məhkum edilməsi Azərbaycanda ciddi etirazla qarşılanıb. Hətta ötən gün çoxsaylı fəal və Qarabağ qazisi Ukraynanın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası da keçirdilər. Onlar bildirdilər ki, M.Qasımlı azadlığa çıxana qədər etirazlarını davam etdirəcəklər.

Ölkə.az xəbər verir ki, M.Qasımlının erməni şəri ilə həbsə atıldığı iddiası var və bu da azərbaycanlıları üzən əsas məqamdır.

Ancaq Ukraynadan Əli Quliyev olduqca sensasiyalı sayıla biləcək açıqlama ilə çıxış edib.

O bildirib ki, əslində Ukraynada həbs edilən iki azərbaycanlı – Misir və Sübhanla bağlı həmvətənlərimiz geniş məlumata sahib deyil:

“Nəzərinizə çatdırmaq istəyirəm ki, çoxlarının bu hadisə haqqında məlumatı olmayanda Misirə kömək məqsədilə mən şəxsən Misirin qazi olduğunu nəzərə alaraq, Ukraynada ən nüfuzlu azərbaycanlılardan birinə xahiş edəndə aldığım cavab məni məyus etdi. O mənə dedi:

Misirin cinayət törətməsini təsdiqləyən çoxlu dəlillər var. Məsələnin daha çox qabardılması, gündəmi zəbt etməsinin səbəbi Misirin İkinci Qarabağ savaşında iştirakçı olmasıdır. Misir əslində bu məsələdən ustalıqla istifadə edərək, yeri gəldi-gəlmədi Qarabağ müharibəsini ortalığa ataraq, şou düzəldirdi.

 

 

Məlumatsızlıqdan sosial şəbəkədə millət artıq Ukraynanı düşmən elan edib. Məsələyə bir neçə prizmadan yanaşaq. Bir hadisəyə görə nə Ukrayna dövlətini, nə də Ukrayna xalqını düşmən hesab etmək olar. Yüzlərlə günahsız əsgərimizin həbsinə və işgəncəsinə, bir neçəsinin ölümünə səbəb olan “Tərtər işi”nə görə məgər Azərbaycan xalqı və dövlətini düşmən hesab edirik?

Hətta Misir günahsız olsa belə, bu, Ukrayna xalqının və dövlətinin bizə düşmənçiliyi demək deyil.

İndi isə hadisə haqqında.

2021-ci il 9 iyununda Azərbaycan vətəndaşları Misir Qasımov və Sübhan Quliyev ərəb mənşəli İspaniya vətəndaşı Məhəmməd Əli Yusif ilə kafedə tanış olublar. Misir və Sübhan yanlarında Ukrayna əsilli iki qızla kafedə istirahət edərkən qonşu stolda bir neçə ukraynalı ilə əyləşən zəngin iş adamı İspaniya vətəndaşı Misir və Sübhanın diqqətini cəlb edib. Ukraynalılar ispan əsilli qonaqla vidalaşıb getdikdən sonra Məhəmmədin din qardaşları Misir və Subhanla şirin söhbəti alınıb.

Məhəmməd Əli Yusifə ilk “yanaşma” müsəlmanlıq mövzusunda olub. Məhəmməd Misirlə Sübhanın kafedəki hesabını da verib. Misir taksi çağıraraq birlikdə getməyi təklif edib. Yarı yolda maşını saxlatdıran Misir arxaya, Məhəmməd Əli Yusifin yanına keçərək, tapança ilə ona hədə-qorxu gəlib (Sübhan isə bıçaq çıxarıb).

İçkili halda olan qonağı meşəyə apararaq, ona ciddi bədən xəsarətləri yetirərək, üzərindəki külli miqdarda pulu, bank kartlarını və digər qiymətli əşyaları götürmüşlər! Zərərçəkən polisə şikayət etdikdən bir neçə saat sonra isti izlərlə cinayətdə şübhəli bilinənlər kafedəki kamera görüntüləri, telefonlar və taksi sürücüsünü də tapmaqla, ələ keçirilib. Misir və cinayət ortağı gündəlik (sutkalıq) kirayələdikləri evdə yaxalanıb.

Əsas sübutlardan biri qabaqcadan zərərçəkənin polisə izahat zamanı göstərdiyi 5000 dollar və Ukrayna valyutasının, qiymətli əşyalardan qolbağın Misirin qaldığı evdən çıxması olub. Zərərçəkənin saatı isə tapılmayıb. Evdə axtarış zamanı üstündə Misirin və Sübhanın əl izləri olan tapançanın tapılması sübutlardan digəridir.

Bir də bunu bilin: kiminsə qazi olması və yaxud hər hansı istənilən statusu ona cinayət etməyə haqq vermir.

İspaniya vətəndaşı Məhəmməd Əli Yusif Açanın şikayətinə əsasən Kiyev vilayəti Obuxov Rayon Məhkəməsində Misir Qasımov və Sübhan Qulyevə qarşı 187-ci maddənin 1-ci hissəsi (soyğunçuluq), 146-cı maddənin 3-cü hissəsi (adam oğurluğu), 263-cü maddənin 1-ci hissəsi (qanunsuz silah gəzdirmə) ilə ittiham olunub.

Nəzərinizə çatdırım ki, məhkəmə hakiminin azərbaycanlılarla dostluğu da var”.

O, yaxın bir neçə gündə istintaq və məhkəmə materiallarını sübutlarını ictimailəşdirməyə də söz verib.

Əvvəlki yazı

İranda üç qardaş eyni vaxtda edam edildi – Dəhşətli foto

Sonrakı yazı

Qusarda məktəblilərlə görüş keçirilib

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.