11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Misir Mərdanov pullu məktəb açıb

15 Oktyabr 2019, 10:41
Seçmə
A A
Misir Mərdanov pullu məktəb açıb

Son vaxtlar özəl məktəblərə marağın artması bir iş adamlarının da bu sahəyə marağını artırıb. Xüsusilə də keçmiş məmurların məktəb biznesinə yatırım etməsi ilə bağlı informasiyalar  var. 

Belə ki, son məlumata görə, sabiq təhsil naziri Misir Mərdanov Yasamal rayonunda özəl orta məktəb açıb və qiymətlər heç də sıravi ailələr üçün əlçatan deyil. Bəs görəsən, ekspertlər özəl təhsil müəssisələrinin sayının artmasını necə qiymətləndirirlər? Bu işin başında duran şəxslərin məmurlar və ya sabiq məmurlar olması keyfiyyətə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı “Yeni Müsavat”ın sualını cavablandıran təhsil eksperti Kamran Əsədov bildirdi ki, hazırda özəl məktəblərdə təhsil imkanları daha genişdir: “İlk növbədə qeyd edim ki, orta ümumtəhsil məktəblərimiz şagird hazırlığına, təlim tərbiyə, nəzarət kimi xüsusiyyətlərə görə Azərbaycandakı özəl orta məktəblərə uduzur. Yol hərəkəti təhlükəsizliyi baxımından da özəl məktəblər çox əlverişlidir. Çünki onlarda uzaq məsafədən gələn şagirdlər üçün xüsusi servis xidmət göstərir, bu da həm valideyinlərin işini asanlaşdırır, həm də təhlükəsizliyini təmin edir. Yəni bir çox xüsusiyyətlərinə görə ən yaxşı təhsil verən və ən yaxşı mühit olaraq, özəl məktəbləri bilirik.

Oradakı təhsil səviyyəsi və müəllimlərin, xüsusilə direktor seçimindəki peşəkarlıq müsbət tendensiyadır”.

Ekspertin sözlərinə görə, müasir zəmanənin təhsilvermə qaydaları dəyişdiyindən artıq valideynlər təkcə müəllimlər arasında seçim etmir, eləcə də məktəbin keyfiyyətinə diqqət yetirir:

“Keyfiyyətli, səliqəli, zəngin dünyagörüşə sahib olan kadrları ətrafında cəmləyən məktəb övladını düşünən hər bir valideynin üz tutduğu təhsil ocağıdır. Dünya dəyişir, dünyaya baxış dəyişir. İndiki məktəblilərin istəyi də fərqlidir. Müəllimlərdən yeni yanaşma tələb edilir. Çox təəssüf ki, Bakıda bu istəklərə cavab verən məktəblər o qədər də çox deyil. Özəl məktəbdə elə bir tələb var ki, uşaqlar özləri hətta istəməsələr belə, məcburən dərslərini hazırlayacaqlar. Şagirdlərdə məktəbə hazırlıqsız getməyin qorxusu var. Bütün bu qeyd etdiyim xüsusiyyətlər valideynlərin son dövrlərdə özəl məktəblərə meylini artırıb ki, bu da maddi vəziyyəti yaxşı olan şəxslərin özəl məktəblərə imkanlı şəxslərin marağını artırıb”.

Kamran Əsədov vurğuladı ki, özəl məktəbin açılması dövlətin yükünü azaldır ki, bu yaxşı haldır: “Amma özəl məktəbləri məmurlar açmamalıdır. Bu, rəqabət mühitinə ciddi zərbə vurur. Əgər özəl təhsil biznesinə başlayan məmur təhsil sistemindən gəlibsə, bu yaxşı haldır. Ən azından o, təhsili bilir, çatışmazlıqları aradan qaldırmaqda maraqlı olacaq. Amma yaxşı olar ki, dövlət maraqları biznes maraqlarına qurban verilməsin”.

Ekspert təəssüflə qeyd etdi ki, bəzən özəl məktəb yaradanlar keyfiyyətli təhsil verməyi yox, daha çox gəlir götürməyi planlaşdırırlar: “Əgər o şəxslər məmur olan vaxtı keyfiyyətli təhsil xidməti göstərməyiblərsə, təhsil sahəsində uğurlu adam olmayıblarsa, onlar özəl məktəb mühitinə ancaq biznes marağı üçün gələcəklər. Bu gün ölkədə keyfiyyətli təhsil müəssisələrinə ciddi şəkildə ehtiyac var. Amma bu zaman əhalinin aztəminatlı kateqoriyasını da nəzərə almaq lazımdır. Təəssüflər olsun ki, özəl məktəblərin təhsil haqları çox yüksəkdir və reallığı əks etdirmir. Digər tərəfdən, özəl məktəbləri yaradanlar ancaq öz qohum-tanışlarını ora cəlb etməməlidir. Çünki bu zaman qeyri-peşəkar idaretmə müəssisənin fəaliyyətini təhlükəyə sala bilər. Məmurların təhsil biznesinə başlaması üçün onların, ümumiyyətlə, dövlət sektorundan uzaqlaşması  daha yaxşı olardı. Çünki bu zaman onlar vəzifə səlahiyyətlərindən istifadə etməzdilər”.

Qeyd edək ki, hazırda ölkədə lisenziyalı fəaliyyət göstərən özəl məktəblərin sayı təxminən 30-a yaxındır. Ümumilikdə cəmi 3 minə yaxın şagird bu cür məktəblərdə təhsil alır. Əksər özəl orta təhsil müəssisələrində illik təhsil haqqı kifayət qədər bahadır, 5 min manatdan başlayıb 15 min manata və daha yüksək həddə qədər davam edir. Bu da orta statistik gəlirə malik olan əhalinin həmin təhsil ocaqlarından yararlanmasını mümkünsüz edir.

Əvvəlki yazı

AMİP-lə jurnalist arasında – Skandal

Sonrakı yazı

MTRŞ-dan xəbərdarlıq: “Süni mayalanma reklamları qadağandır”

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.