19-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Mirhəsən Seyidovun Neftçala fironluğu: icra hakimiyyətinə təcili yardım çağrılıb

17 Fevral 2023, 12:44
Cəmiyyət, Seçmə, Araşdırma
A A
Mirhəsən Seyidovun Neftçala fironluğu: icra hakimiyyətinə təcili yardım çağrılıb

 

Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılanılıb həbs edildikdən sonra cənab Prezident İlham Əliyev tərəfindən rayona yeni icra başçısı, Mirhəsən Seyidovu təyin etdi.
Mirhəsən Seyidov yeni seçiləndə Neftçala sakinlərinin gözləntiləri tamam fərqli idi. Hərkəs İsmayıl Vəliyevin çəkdirdiyi əziyyətlərdən qurtulduğunu və yeni icra başçısını həm prezidentimizin həm də onların etimadını doğruldacağına inanırıdı. Amma çox təəssüf ki, belə olmadı. M.Seyidovun bir yarıtmaz idarəçiliyi tək sadə insanları deyil, rayonda vəzifə tutan şəxslərdə də ciddi narazılıq yaradıb. Rayonun tanınmış ziyalılarından biri gənc icra baçısının idarəçiliyini reportyor.info-ya “Bir gün polis rəisi ilə intriqa aparan, özünün 1-ci müavininə düşmənçilik edən, YAP Neftçala rayon təşkilatının sədrinə maşın nömrəsi üstündə müharibə elan edən, savadı, təşkilatçılığı ilə çoxuna örnək olan Heydər Əliyev Mərkəzinin direktoru, neçə beynəlxalq tədbirlər təşkil edib Neftçalaya nüfuz gətirən Könül Məmmədovaya qarşı haqsız sayğısızlıq etməklə , rayon idarəçiliyini özündən əvvəlki həbs olunan icra başçısının fəaliyyətinə qaytarmaqla hegemonluq etməsi” kimi xarakterizə edib.
Rayondan reportyor.info-ya daxil olan son məlumat isə daha ilgincdir. Mənbənin bildirdiyinə görə hegemonluğunu qanunların üstündə sayan Neftçala rayon İcra başçısı iki gün öncə İcra Hakimiyyətinin işçilərinin fəaliyyətindən ciddi narazılıq edib və onların gecə 12dək işdə qalmalarını əmr edib. Əvvəl bu ağlasığmaz göstərişi ötəri sayan işçilər sonradan M.Seyidovun qərarında ciddi olduğunu görüblər. İş o həddə çatıb ki, icra hakimiyyətinin baş məsləhətçisi Nağıyeva Gövhər Fazil qızının halı pisləşib və gecə saat 22:15-də icra hakimiyyətinə təcili yardım çağrılıb. Yalnız bundan sonra işçilər evlərinə gedə biliblər.
Bir çoxları üçün maraqlı görünə biləcək bu olayın, yəni gənc icra başçısının özünü firon kimi aparmasının siyasi psixoloji tərəflərini düşünərkən onun Ramiz Mehdiyevin yetirməsi olduğunu və təqdim etdiyimiz fotoda göründüyü kimi Naxçıvan “xanı” Vasif Talıbova rəğbətini diqqətə almaq lazımdır.

 

****

Neftçala İH-dən gecə 12-yə kimi işləmək əmri iddiasına – REAKSİYA

 

Fevralın 16-da Reportyor.info-da “Mirhəsən Seyidovun Neftçala fironluğu: icra hakimiyyətinə təcili yardım çağırılıb” başlıqlı məqalə yayımlanmışdı. Yazıda qeyd olunan iddialarla bağlı Neftçala rayon İcra Hakimiyyəti münasibət bildirib. İH-dən saytımıza göndərilən açıqlamada deyilir ki, məlumatlar doğru deyil. “Yazıda rayonda insanlara və bəzi vəzifəli şəxslərə qarşı icra hakimiyyətinin başçısı tərəfindən hörmətsizlik edildiyi bildirilir, icra hakimiyyəti işçilərinin gecə saat 12-dək işdə qalmaqları barədə əmr verildiyi qeyd olunur. Qeyd edirik kİ, saytda göstərilən faktlar heç də həqiqəti əks etdirmir və tam əsassızdır. Rayonda ictimai-siyasi durum stabildir, heç bir vəzifəli şəxslərə qarşı RİH tərəfindən təzyiq və hörmətsizlik göstərilmir. Saat 23:15 radələrində RİH-nə təcili yardım maşını gəlməsi faktı ilə bağlı bildiririk ki, qeyd olunan saat barəsində düzgün məlumat göstərilməyib. Aparatın əməkdaşı Gövhər Məmmədova rayonun Gender Məsələləri üzrə Komissiyada təmsil olunduğu üçün həmin günü komissiyanın tədbirində iştirak etmiş, növbəti tədbirə hazırlıqlarla əlaqədar işdə olmuşdur. Həmin vaxt onun səhhətində yaranmış problemlə bağlı təcili yardım maşını çağırılmış, ona zəruri tibbi yardım göstərilmiş və onun müayinələrdən keçməsi müəyyən edilmişdir. Əvvəllər səhhətində mövcud olmuş narahatlıqların aradan qaldırılması məqsədilə geniş müayinə və müalicə alması üçün ona Rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərişin verilməsi barədə rəhbərliyin müvafiq tapşırığı olmuşdur”.

Əvvəlki yazı

Prezident Almaniyaya səfərə getdi – FOTOLAR

Sonrakı yazı

Aytac Bayramzadə yeni layihəyə hazırlaşır – FOTOLAR

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.