• Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
Bazar, 28 Fevral 2021
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Cəmiyyət

Minimum əməkhaqqının artırılması qiymətlərə təsir edə bilərmi?

2019-02-11
in Cəmiyyət
0
Minimum əməkhaqqının artırılması qiymətlərə təsir edə bilərmi?
0
Paylaşılıb
11
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Fikrət Yusifov: “Bu addım həm də əmək münasibətlərinin leqallaşdırılması istiqamətində istədiyimiz nəticələrin əldə olunmasına imkan verəcək”; Natiq Cəfərli: “Bazara əlavə vəsaitin daxil olması inflyasiyanı və qiymət artımını tətikləyən faktorlardan biri ola bilər”

Bənzər Yazılar

Daha bir məktəb koronavirusa görə bağlandı

Haaqada Xocalı abidəsi ucaldıldı – FOTO

Azərbaycanda yoluxma 300-ə yaxınlaşdı

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev “Minimum aylıq əməkhaqqının artırılması və ”Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb. Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək.

Nazirlikdən o da bildirilib ki, özəl sektorda da minimum əmək haqqı 180 manatdan az müəyyən oluna bilməz: “Buna elektron sistem vasitəsilə nəzarət olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində mövcud olan məlumatlara əsasən, hazırda özəl sektorda 150 minədək işçi 180 manatdan az əmək haqqı alanlardır. Martın 1-dən özəl sektor üzrə bütün işəgötürənlər əmək müqavilələrində müvafiq dəyişiklik edərək, minimum əmək haqqını 180 manata çatdırmalı və bu dəyişikliyi də Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməlidirlər. Nazirlik qeyd olunan elektron sistemi vasitəsilə buna ciddi nəzarət edəcək. Minimum əmək haqqını 180 manat səviyyəsinə çatdırmayanlar bununla əmək qanunvericiliyini pozmuş olacaqlar ki, belə olan halda da aidiyyəti məsuliyyət tədbirləri görüləcək”.

Minimum əməkhaqqının artımı ekspertlər tərəfindən də müsbət qiymətləndirilib. Lakin bu artımın bahalaşmaya və inflyasiyanın artmasına səbəb olacağı da istisna edilməyib.

Картинки по запросу Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, son illər Azərbaycanda sosial məsələlərin həlli istiqamətində bir-birinin ardınca olduqca mühüm qərarlar qəbul edilir: “Bu il də istisna təşkil etmədi. Cari ilin ötən dövrü ərzində artıq əhalinin sosial müdafiəsi ilə bağlı çox mühüm qərarlar qəbul edilib. Fevral ayının 8-də prezident İlham Əliyev əhalinin sosial durumunun yaxşılaşdırılması sahəsində inqilabi bir addım atdı. Bu addımın miqyası olduqca böyük, onun əhatə dairəsi isə kifayət qədər genişdir. Bu addım ölkə prezidentinin daxili siyasətində sosial məsələlərin hansı səviyyədə dayandığını bir daha hər kəsə əyani bir şəkildə göstərdi. Son illər demək olar ki, hər dəfə ölkə başçısı ilin başlanğıcında insanların əmək haqlarının və təqaüdlərinin artırılmasının qayğısına qalır. Dünya iqtisadi böhranının ölkəmizin iqtisadiyyatında azalmalara səbəb olduğu 2016-cı il başa çatan kimi – yəni 2017-ci ilin yanvar ayında da belə addım atıldı.

Dünya iqtisadi böhranının Azərbaycan iqtisadiyyatı üçün yaratdığı fəsadlara və ümumu iqtisadiyyatın 3,8 faiz azalmasına baxmayaraq prezident yenə də əhalinin sosial təminatı ilə bağlı məsələlərə ”yox” demədi. Əgər o həmən dönəmdə buna “yox” desəydi, heç şübhəsiz, reallığı dərk etməyi bacaran hər bir Azərbaycan vətəndaşı prezidentin bu addımını başa düşərdi. Ancaq o, belə etmədi. İlham Əliyev ölkənin iqtisadi durumundakı çətinliklərə, maliyyə çətinliklərinə baxmayaraq, bu vəziyyətlərdə də əhalinin sosial müdafiəyə ehtiyacı olan zümrəsinin yanında olduğunu bir daha göstərdi. 2017-ci ili iqtisadiyyatda bərpa ili elan edən ölkə başçısı eyni addımları növbəti 2018-ci ilin əvvəllərində də atdı. 2019-cu il iqtisadi yüksəliş ili olacaq və bu səbəbdən də cənab İlham Əliyev bu ilki əməkhaqqı artımlarının iqtisadi yüksəlişin reallıqlarına uyğun bir səviyyədə olmasını istədi”.

İqtisadçı alimin sözlərinə görə, minimal əmək haqının birdən-birə 38,5 faiz, yəni 50 manat artımına getmək bu məsələdə prezidentin ölkənin sosial məsələlərinin həllinə bilavasitə qayğısının nəticəsi kimi dəyərləndirilməlidir: “Son fərmanla Azərbaycanda minimum əmək haqqının məbləği 2019-cu il martın 1-dən 130 manatdan 180 manata çatdırılır. Beləliklə, ölkəmizdə minimum əmək haqqının yaşayış minimumunun səviyyəsinə çatdırılması təmin olunacaq. Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində istədiyimiz nəticələrin əldə olunmasına imkan verəcək. Minimum əmək haqqının 180 manat səviyyəsində müəyyən olunması o deməkdir ki, mülkiyyət formasından asılı olmayaraq heç bir müəssisə onda çalışan işçilərə bundan az əmək haqqı verə bilməz”.

Картинки по запросу Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli isə bu artımın bahalaşmaya və  inflyasiyanın artmasına səbəb olacağını istisna etmədi:“Azərbaycanda həmişə maaş və təqaüdlərin artması ilə paralel olaraq qiymətlər də artır, bu bahalaşmanı tətikləyən bir amil olur. Minimum əməkhaqqının artırılması ilə bazara əlavə manat kütləsi daxil olacaq, il ərzində təxminəm 450 milyon manata yaxın əlavə ödənişlər olacaq. Bazara əlavə vəsait daxil olması inflyasiyanı və qiymət artımını tətikləyən faktorlardan biri ola bilər. Ancaq bu ənənəvi faktorlarla birləşəndə daha çox mənfi reaksiya doğurur. Çünki  Azərbaycanda noyabr ayından başlayaraq hər il yeni il öncəsi bir qiymət artımı müşahidə olunur, Novruz bayramı öncəsi də ikinci qiymət artımı baş verir. Bu il də fevral ayının sonu, mart ayınının əvvəllərindən başlayaraq növbəti qiymət artımı dalğası yaranacaq. Bu, həm bayramlardan öncə tələbatın artması ilə bağlıdır, həm də mövsümi olaraq yerli malların bazarlardan çəkilməsi ilə əlaqədardır. Çünki saxlanılma ilə bağlı problemlər həll olunmadığından, əsasən də kənd təsərrüfatı məhsulları bazardan çəkilir, xarici məhsulların üstünlüyü olur deyə, qiymətlər artır. Bütün bu amillərin birləşməsi və minimum əməkhaqqının artımı nəticə etibarilə bahalaşmaya səbəb olan faktora çevrilir. Bu dəfə də bahalaşma ola bilər – ehtimal çox yüksəkdir. Fevralın  sonundan başlayaraq mart ayında Novruz bayramına  qədər qiymət artımının yeni dalğasını müşahidə edəcəyik”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Ziya Məmmədovun “partlatsınlar” dediyi hoteli dağıtdılar

Sonrakı yazı

İPOTEKA FONDU İLƏ BANKLAR ARASINDA QALMAQAL:kredit limitləri kəsilib, ilkin ödəniş tələbi 30%-ə qaldırılıb...

Sonrakı yazı
İPOTEKA FONDU İLƏ BANKLAR ARASINDA QALMAQAL:kredit limitləri kəsilib, ilkin ödəniş tələbi 30%-ə qaldırılıb…

İPOTEKA FONDU İLƏ BANKLAR ARASINDA QALMAQAL:kredit limitləri kəsilib, ilkin ödəniş tələbi 30%-ə qaldırılıb...

Sahil Babayevin əllilik vermədiyi iflic Putinə üz tutdu – video

Sahil Babayevin əllilik vermədiyi iflic Putinə üz tutdu - video

ƏRƏB DÜNYASI ÜÇÜN HƏM TƏHLÜKƏ, HƏM DƏ BƏHANƏ:Körfəz liderləri İslam inqilabına niyə tez-tez istinad edirlər?

ƏRƏB DÜNYASI ÜÇÜN HƏM TƏHLÜKƏ, HƏM DƏ BƏHANƏ:Körfəz liderləri İslam inqilabına niyə tez-tez istinad edirlər?

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Daha bir məktəb koronavirusa görə bağlandı

Daha bir məktəb koronavirusa görə bağlandı

2021-02-27
Haaqada Xocalı abidəsi ucaldıldı – FOTO

Haaqada Xocalı abidəsi ucaldıldı – FOTO

2021-02-27
Ermənistan tikinti materialları adı altında Qarabağa əsgər daşıyırmış… – Video

Ermənistan tikinti materialları adı altında Qarabağa əsgər daşıyırmış… – Video

2021-02-27
Rusiyanın qənimət kimi ələ keçirilən bahalı silahı Türkiyəyə gətirildi

Rusiyanın qənimət kimi ələ keçirilən bahalı silahı Türkiyəyə gətirildi

2021-02-27
Saatlı sakini səhvən özünü öldürdü

Saatlı sakini səhvən özünü öldürdü

2021-02-27
Ermənistanda Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir

Ermənistanda Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir

2021-02-27
Azərbaycanda yoluxma 300-ə yaxınlaşdı

Azərbaycanda yoluxma 300-ə yaxınlaşdı

2021-02-27
“Azərlotereya”nın idarəetməsi türk şirkətinə verildi (FOTOLAR)

“Azərlotereya”nın idarəetməsi türk şirkətinə verildi (FOTOLAR)

2021-02-27
Qarabağa böyük qayıdış: İşçi Qrup yaradıldı – SİYAHI

Qarabağa böyük qayıdış: İşçi Qrup yaradıldı – SİYAHI

2021-02-27
Türkan Pərviz Bülbülənin ailəsini dağıdıb?

Türkan Pərviz Bülbülənin ailəsini dağıdıb?

2021-02-27
“Milan” Çalhanoğlu ilə müqaviləni uzadır

“Milan” Çalhanoğlu ilə müqaviləni uzadır

2021-02-27
Bayden Səudiyyə kralını hədələdi – Gərginlik

Bayden Səudiyyə kralını hədələdi – Gərginlik

2021-02-27
Ayvazyan: Bakı ilə dialoqdan imtina etmirik

Ayvazyan: Bakı ilə dialoqdan imtina etmirik

2021-02-27
Paşinyanı generalitet əvəzləsə… – Bakıdan sərt xəbərdarlıq

Paşinyanı generalitet əvəzləsə… – Bakıdan sərt xəbərdarlıq

2021-02-27
Yasamalın icra başçısının adı torpaq skandalında – İttiham

Yasamalın icra başçısının adı torpaq skandalında – İttiham

2021-02-27
İlham Əliyev daha bir rekordu qırdı – Türkiyə mediası

İlham Əliyev daha bir rekordu qırdı – Türkiyə mediası

2021-02-27
Bakıda tramvaylar fəaliyyətə başlayacaq – BNA

Bakıda tramvaylar fəaliyyətə başlayacaq – BNA

2021-02-27
Röya Türkiyədə müalicə olunan qazilərimizi ziyarət etdi – Fotolar

Röya Türkiyədə müalicə olunan qazilərimizi ziyarət etdi – Fotolar

2021-02-27
Əfəndilər kəndindən görüntülər – Video

Əfəndilər kəndindən görüntülər – Video

2021-02-27
Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri (FAKTLAR)

Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri (FAKTLAR)

2021-02-27

Seçmə

  • Bütün
  • SEÇMƏ
“Azərlotereya”nın idarəetməsi türk şirkətinə verildi (FOTOLAR)
SEÇMƏ

“Azərlotereya”nın idarəetməsi türk şirkətinə verildi (FOTOLAR)

2021-02-27
Yasamalın icra başçısının adı torpaq skandalında – İttiham
SEÇMƏ

Yasamalın icra başçısının adı torpaq skandalında – İttiham

2021-02-27
Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri (FAKTLAR)
SEÇMƏ

Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri (FAKTLAR)

2021-02-27
Qarabağda tikiləcək yeni aeroportların yeri bəlli oldu
SEÇMƏ

Qarabağda tikiləcək yeni aeroportların yeri bəlli oldu

2021-02-26
“Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır” – İtaliyalı jurnalist
SEÇMƏ

“Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır” – İtaliyalı jurnalist

2021-02-26
Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı
Manşet

Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı

2021-02-25
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Daha bir məktəb koronavirusa görə bağlandı

Daha bir məktəb koronavirusa görə bağlandı

2021-02-27
Haaqada Xocalı abidəsi ucaldıldı – FOTO

Haaqada Xocalı abidəsi ucaldıldı – FOTO

2021-02-27
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou

© 2020 Qurdqanli Design.