23-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Mingəçevirdə 3 uşağı olan qadının xəyanəti – Əri nələr danışdı…

19 Aprel 2024, 12:17
Sosial
A A
Mingəçevirdə 3 uşağı olan qadının xəyanəti – Əri nələr danışdı…

Mingəçevir şəhərində 1981-ci il təvəllüdlü Daşqın həyat yoldaşı Naziləyə (adlar şərti verilib.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, qısqanclıq zəminində arvadı Nazilə ilə mübahisə edən Daşqın onu yumurqla vurub.

İstintaq orqanı tərəfindən Daşqın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nazilə ilə 2010-cu ildə ailə həyatı qurub: “Birgə nikahdan 3 uşağımız var. 2010-cu ildə ailə qurduqdan sonra Naziləni Yevlax rayonunun kəndində valideynlərimə məxsus evə gəlin aparmışam. Bir müddət orada yaşadıqdan sonra 2020-ci ildə Mingəçevir şəhərində iki otaqlı ev almışam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2022-ci ilin sentyabrında ailəsini Mingəçevirdəki iki otaqlı mənzilinə köçürüb: “Azyaşlı uşaqlarımı yaxınlıqdakı 16 saylı tam orta məktəbə qoydum. Ancaq valideyinlərimə məxsus evdə təsərrüfatım olduğu üçün tez-tez oraya baş çəkmişəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə Yevlax rayonunun kəndində yerləşən təsərrüfatına baş çəkmək üçün gedib: “Səkkiz gün orada davamlı qalaraq təsərrüfatıma nəzarət etdim. Hadisə günü saat 05.00-da Mingəçevir şəhərinə evimə qayıtmaq qərarına gəldim. Həmişə evə gələndə arvadıma zəng edirdim.

Sonuncu dəfə isə birbaşa gəldim, evin blokuna çatanda Naziləyə zəng etdim. Amma telefon bağlı idi. Gecə saatlarında mənzilin qapısını böyük oğlum açdı. Ondan anasının harada olduğunu soruşdum. Qonaq otağında onlardan ayrı yatdığını söylədi. Qonaq otağına girmək istəyəndə həyat yoldaşımın qapını kilidlədiyini gördüm. Otağa eyvandan daxil olmaq üçün dəhlizlə həmin istiqamətə gedəndə eyvanda tanımadığım bir kişinin dayandığını gördüm. Ondan kim olduğunu soruşdum. Bazarda işlədiyini, arvadım çağırdığı üçün bu evə gəldiyini bildirdi.

Pəncərədən evə keçdim. Gördüm, həmin şəxs divanda oturaraq şalvarını geyinir. Ona tərəf gedəndə arvadım stolu üzərimə çevirdi, evdəki yad kişinin qaçmasına yardımçı oldu. Kişi avtomobilə əyləşərək qaçdı. Evdə onun sviteri və ayaqqabısı qaldı. Qonaq otağına daxil oldum, arvadımdan qaçan kişinin kim olduğunu soruşdum, amma cavab ala bilmədim”.

Daşqın deyib ki, əsəbləşib və arvadının burun, sifət nahiyələrinə bir neçə yumruq vurub: “Nazilə yıxıldığı yerdən qalxaraq evdən qaçmağa çalışdı. Təpiklə onun qarın nahiyəsinə vurub yenidən yerə yıxdım.

Nazilənin təpiklə sifət nahiyəsinə zərbələr vuran zaman qonşu gəldi, bizi ayırmağa çalışdı. Qonşu məni sakitləşdirəndə Nazilə qaçıb evdən getdi. Mobil telefonla qaynatama zəng edib onu evə çağırdım. Bir qədər sonra Nazilənin ardınca çölə çıxsam da, onu tapa bilmədim. Evə qayıdıb qaynatamı gözlədim.

Təxminən bir saat sonra qaynatam bizə gələrək qızını soruşdu, ona Nazilənin evdən qaçdığını dedim. Qayınatam qızını axtarmaq üçün bayıra çıxdı. Lakin onu heç yerdə tapmadı. Nazilənin itkin düşməsi ilə bağlı həmin gün Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etdik”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün arvadı ondan Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə və Mingəçevir şəhər polis şöbəsinə şikayət etdiyini öyrənib: “Hesab edirəm ki, Nazilənin əxlaqa zidd hərəkəti nəticəsində əsəblərimi cilovlaya bilməmişəm. Ona görə də əməlimdən peşman deyiləm”.

İş üzrə zərərçəkmiş Nazilənin sözlərinə görə, son zamanlar Daşqınla aralarında qısqanclıq zəminində mübahisələr yaranıb: “Daşqın tez-tez evdən çıxaraq valideynlərinə məxsus kənddə yerləşən evdəki təsərrüfata baş çəkmək üçün gedirdi. Günlərlə evə gəlmir, orada qalırdı. Bu səbəbdən tez-tez aramızda mübahisələr yaranırdı.

Sonuncu dəfə yaşadığım evin qonaq otağında yatılı olduğum zaman Daşqın evə gələrək mənimlə cinsi əlaqədə olmaq istədiyini söylədi. Daşqına aylıq qadın xəstəliyim olduğunu izah etdim, onunla belə vəziyyətdə cinsi əlaqədə olmayacağımı bildirdim. Mənimlə cinsi əlaqədə ola bilmədiyi üçün səs-küy saldı. Saçımdan tutdu və məni yerə yıxdı. Burun və sifət nahiyələrimə yumruqla zərbələr vurdu. Yıxıldığım yerdən qaçmağa çalışanda yenə təpiklə məni vurdu, yerə yıxdı.

Daşqın məni döyən zaman qapı qonşumuz gəlib bizi ayırdı. Mən qaçaraq evi tərk etdim. 16 saylı tam orta məktəbin həyətinə getdim, orada gözlədim. Bir qədər sonra qonşumuzun evinə qayıdıb səhərin açılmasını gözlədim.

Bir müddət sonra atamın itkin düşməyimlə bağlı Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etdiyini öyrəndim”.

Zərərçəkmiş qeud edib ki, Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə zəng edib və əri Daşqın tərəfindən döyülməsi barədə məlumat verib: “Hazırda cinayət əməli törətmiş şəxslə barışmamışam. Bununla belə onun həbs olunmasını istəmirəm”.

Cinayət işinə Mingəçevir şəhər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Daşqın 1000 manat məbləğində cərimə olunub.

Əvvəlki yazı

Zahid Oruc: “Xankəndi rusa verildi” deyənlər…

Sonrakı yazı

“Müstəqil Həmkarlar” İctimai Birliyi iki seçki ilə bağlı qərar verdi

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.