“İşğaldan azad olunmuş ərazilərimizdə daha genişmiqyaslı meşə sahələri salmaq istəyirik”.
“Reportyor.info” xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib. O qeyd edib ki, lakin hazırda bu ərazilərdə minalardan təmizlənmə, təhlükəsizlik məsələləri var. Torpaqlar minalardan təmizlənəndən sonra həmin sahələrdə daha çox meşə-bərpa işləri həyata keçiriləcək:
“Qarabağda tingliklər yaradılacaq və həmin torpaqlarda əkiləcək ağaclar bu tingliklərdə yetişdiriləcək. Əvvəllər bildiyimiz kimi, tinglər xaricdən gətirilirdi, indi isə əkdiyimiz ağaclar regionların iqlim şəraitinə uyğun olaraq seçilir və öz tingliklərimizdə yetişdirilir”.