02-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“MİN MANAT RÜŞVƏT VERİB, SÜRÜCÜLÜK VƏSİQƏSİ ALDIQ” – Baş redaktordan generala ŞOK ittihamlar

24 May 2018, 10:01
Seçmə
A A
“MİN MANAT RÜŞVƏT VERİB, SÜRÜCÜLÜK VƏSİQƏSİ ALDIQ” – Baş redaktordan generala ŞOK ittihamlar

“Respublika DYP İdarəsində bu cür hədsiz rüşvət bumu yaşanırsa, vətəndaşlardan aşikar rüşvət alınırsa…”

Mətbuat Şurası İdarə Heyətinin keçmiş üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəhbərliyinə qarşı sərt ittihamlar irəli sürüb.

“AzPolitika.info”nun məlumatına görə, baş redaktor “Facebook”da paylaşdığı “Respublika Dövlət Yol Polisinin inzibati binasında açıq rüşvət yığılır” adlı yazısında rəhbəri olduğu qəzetin adı çəkilməyən əməkdaşından BDYPİ-də 1000 manat rüşvət alındığını iddia edib.

T.Abbas yazır: “Bu gün əməkdaşımızın sürücülük hüququ almaq məqsədi ilə iştirak edəcəyi imtahan prosesini izləmək üçün Respublika Dövlət Yol Polisinin inzibati binasında yerləşən imtahan mərkəzində oldum. Bu prosesdə iştirak etməyimin əsas məqsədi bir ilə yaxın zaman ərzində əməkdaşımızın bir neçə dəfə imtahan verməsinə baxmayaraq, guya, onun suallara tam doğru, yəni kompüterə yerləşdirilmiş 10 sualdan ən azı 9-na cavab verə bilmədiyini bəhanə gətirərək, onu sürücülük hüququ qazanmaqdan məhrum etmələrinin səbəbini öyrənmək idi. Sürücülük vəsiqəsi almağa çalışan əməkdaşımız bir neçə dəfə peşəkar müəllimlər tərəfindən yoxlanılaraq, bütün sualları doğru cavablandırmasına şahid olduğum üçün il ərzində bir neçə dəfə Respublika Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun hər həftənin V günlərinə təyin edilmiş qəbuluna yazılıb, yaranmış vəziyyəti ona çatdırmağa çalışsam da, öyrəndim ki, cənab general Ramiz Zeynalov adəti üzrə vətəndaşları özü qəbul etmir və qəbulu üçüncü-dördüncü dərəcəli işçilərinə həvalə edir. Həmin aşağı vəzifəli şəxslərə müraciət etməyin isə, heç bir nəticə vermədiyinin şahidi oldum və səbirli olub, hadisələrin durulmasını gözləməyi qərara adım”.

tardiq

Tapdıq Abbas

Baş redaktor yazır ki, əməkdaşının sürücülük vəsiqəsi əldə etməsinə nail olmaq üçün bütün normal vasitələrdən, o cümlədən Mətbuat Şurasının sədri Əflatun Amaşovun köməyindən də istifadə edib, lakin nəticəsi olmayıb: “Bəli, əməkdaşımızın sürücülük vəsiqəsi əldə etmək üçün mövcud normal vasitələrdən və şəxsi münasibətlərdən istifadə edərək, bütün mərhələləri ardıcıl olaraq keçdim, hətta DYP-nin qəbuluna düşdüyüm məsul şəxslərdən birinin tövsiyyəsi ilə fevralın 21-də Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova bu işə hüquqi yardım göstərməsi üçün müraciət etdim. İnsafən, o da kamalı-ədəblə jurnalistə dəstək verəcəyini bildirdi. Bir neçə gün sonra cənab sədr bildirdi ki, əməkdaşınızın imtahan verəcəyi günü mənə məlumat veriləcək, mən isə sizə deyəcəyəm. Artıq o zamandan nə az-nə çox, düz 3 ay keçməsinə baxmayaraq, cənab sədrə verilən söz də təsdiqini tapmadı və bütün ümidlər tükəndi”.

1437472528_1m

T.Abbas yazır ki, bütün bu cəhdlər nəticə vermədikdən sonra qərara alıblar ki, “dağdan-daşdan düşüb”, problemin üstünə sadə yolla getsinlər, yəni RÜŞVƏT VERİB, ŞƏXSİYYƏT VƏSİQƏSİNİ ALSINLAR. Sitat: “Nəhayət, səbr kasamızın dolduğunu və sürücülük vəsiqəsini rüşvətsiz əldə etməyin mümkün olmadığını yəqin etdikdən sonra, əməkdaşımız ölkəmizdə bütün problemlərin çox asan həlli yolu olan əlahəzrət RÜŞVƏTin köməyindən faydalanmaq zorunda qaldı. Bu gün (Mayın 23-də-red.) səhər saat 9-45-də Respublika DYP İdarəsinin ikinci mərtəbəsində iş otağında əyləşən yüksək çinli zabitin (Adını qeyd etməyə ehtiyac duymuram) şəxsən özünə əməkdaşımız tərəfindən 1000 (min) manat pul verildi. Bundan sonra zabit 2 saat ərzində bütün proseslərin başa çatacağını və əməkdaşımızın sürücülük vəsiqəsini bu gün alacağını bildirdi. Bax belə, Azərbaycanda sürücülük vəsiqəsini asan yolla əldə etməyin çox adi hadisə olduğunu və ictimaiyyətdə sürücülük vəsiqəsinin rüşvətlə əldə edilməsi barədə geniş yayılmış rəyin tam doğru olduğunu bir daha təsdiqlədik”.

Ramiz_Zeynalov_020710

Baş redaktor daha sonra BDYPİ rəisi Ramiz Zeynalovu hədəfə götürür, ona qarşı ittihamlar irəli sürür: “Söhbət açdığım bu eybəcərlik, əlbəttə, çox ağır cinayət hadisəsidir və kimin tərəfindən törədilməsindən asılı olmayaraq, Azərbaycan dövlətinə aşikar şəkildə arxadan vurulan dəhşətli zərbədir. Bu, eyni zamanda, ölkə Prezidenti cənab İlham Əliyevə qarşı, onun ölkədə və dünyada həyata keçirdiyi möhtəşəm inkişaf proqramlarının iflasına hesablanmış, vətəndaşların dövlətə etibarının kökündən sarsıdılmasına istiqamətləndirilmiş ağır xəyanətdir və dövləti cinayətdir! General Ramiz Zeynalovun uzun illərdir kreslosunu zəbt etdiyi məsul dövlət vəzifəsini xalqa xidmət vasitəsindən xalqa qarşı cinayət alətinə çevirməsinin əyani təsdiqidir! Əgər cəmiyyətin bütün üzvlərinə gündəlik qanuni normal xidmət etməli olan Respublika DYP İdarəsində bu cür hədsiz rüşvət bumu yaşanırsa, vətəndaşlardan aşikar rüşvət alınırsa, bu hadisə sıradan olan hal kimi qiymətləndirilə bilməz. Jurnalistin biliyini imtahan prosesində normal qiymətləndirmək əvəzinə, kompüterə gizlin müdaxilə etməklə, sürücülük vəsiqəsini onu rüşvət verməyə məcbur etmə yolu ilə vermək bu anlama gəlir ki, biz heç kimdən qorxmuruq, kimdən istəsək, rüşvət ala bilərik, gedin, kimə və hara istəyirsiniz, deyin! Bu cür eybəcər və ləyaqətsiz hərəkət dövlətə və dövlət başçısına qarşı xəyanət və meydan oxumaq deyilmi?! Əgər media əməkdaşına bu cür şərəfsizcəsinə münasibət göstərilirsə, bəs, o zaman sıravi insanlarla necə davranırlar DYP-da, görəsən Allah?!”

T.Abbas yazısının sonunda Ramiz Zeynalovun vəzifəsindən uzaqlaşdırılmasına və onun məsuliyyətə cəlb olunmasına çağırış edir.

BDYPİ, hələ ki, baş redaktorun bu ittihamlarına münasibət bildirməyib.

Rasim ƏLİYEV
AzPolitika.info

Əvvəlki yazı

NAZİR OĞLUNU HƏDƏLƏDİLƏR – “Şərtlərə əməl etsin, yoxsa…”

Sonrakı yazı

Mənzil İnşaatı Dövlət Agentliyinin səlahiyyətləri artırılıb

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.