07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Milli Şuranın təhqir dolu iclasına sərt – Reaksiyalar

15 May 2020, 15:36
Gündəm
A A
Milli Şuranın təhqir dolu iclasına sərt – Reaksiyalar

Milli Şura kimi tanınan qurumun üzvlərinin internet vasitəsilə keçirdiyi iclasda təhqiramiz ifadələr işlədilib. Qurumun üzvləri işlətdikləri ifadələrə görə üzr istəmək əvəzinə davamlı olaraq ittihamlar irəli sürürlər…

Sosial mediada Milli Şuranın sədri Cəmil Həsənli, üzvləri Gültəkin Hacıbəyli, Qənimət Zahid, Rafiq Manaflı, Eldəniz Quliyev (artıq istefa verib) və digərlərinin iştirak etdiyi onlayn iclasının görüntüləri yayılıb.

Həmin görüntülərdə Milli Şuranın bəzi üzvləri ABŞ-da yaşayan azərbaycanlı jurnalist İsmayıl Cəlilov və onun statusları haqqında danışır, onu müzakirə edir və geyləri bir neçə dəfə təhqir edirlər. İclasda Milli Şuranın bəzi üzvləri eləcə də Müsavat Partiyası və ReAL partiyasının sədri İlqar Məmmədov və ümumilikdə partiyanın özü haqqında da aşağılayıcı ifadələr işlədirlər.

Sözügedən videoda Milli Şuranın üzvü, keçmiş deputat və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin keçmiş üzvü Gültəkin Hacıbəyli geylər barədə danışarkən “üzdəniraq” ifadəsi işlədib.

“Çünki biləsiniz ki, Qərbin bir nömrəli prioriteti bu azlıqların hüquqlarıdır, bu üzdəniraqlardır. Ona görə də onlar çox həssas yanaşırlar”, – Gültəkin Hacıbəyli iclasda deyib.

Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclis sədri, Milli Şura üzvü Rafiq Manaflı da iclasda jurnalistin ünvanına təhqiramiz ifadələr işlədib. Daha sonra o, “Mən təəssüf edirəm ki, Hitler o vaxt geyləri qırıb qurtarmadı”, – deyib.

Bütün bunlardan sonra  ictimaiyyət onlardan üzr istəmələrini gözlədiyi halda Milli Şuranın sədri Cəmil Həsənli videonun yayılmasını “kibercinayətkarlıq” adlandırıb. C.Həsənli bu məsələdə Azərbaycan hakimiyyətini və Dövlət Təhlükəsizliyi Xidmətini günahlandırıb.

Lakin videodan da görünür ki, Milli Şura üzvü Qənimət Zahid təhqirlərdən sonra “İclasımız canlı yayıma gedir, ehtiyatlı ol”, – ifadəsini işlədib.

Gültəkin Hacıbəyli həmin iclasda ReAl sədri İlqar Məmmədovun həm özünün, həm də partiyasının bitdiyini bildirib. Daha sonra ReAl-ı Müsavat Partiyası ilə müqayisə edib və bildirib ki, Müsavat Partiyasını da eyni aqibət gözləyir. İclasda Müsavat Partiyasında mühacir alveri, saxta arayışlarla bağlı da ittihamlar səsləndirilib. Müsavat Partiyasının funksionerləri isə sosial şəbəkələrdə status yazaraq, Cəmil Həsənlidən, Gültəkin Hacıbəylidən üzr istəmələrini tələb ediblər.

ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli status yazaraq bildirib ki, 2013-cü ildə şəxsən ona o qurumla bağlı hər şey aydın olub: “O zaman 7 dəfə danışıq apardıqdan sonra o mənasız, ipi yüz əldə olan quruma qoşulmaqdan imtina etdik. Hətta həbsdə olan sədrin təkidinə baxmayaraq imtina etdik. Çünki dəyərləri, prinsipləri, aydın planı və proqramı olmayan, şəxs və şəxslər ətrafında bütpərəst təfəkkürlə qurulan təşkilata qoşulmaq axmaqlıq olardı. Sonradan da, indi də nə qədər haqlı olduğumuz öz təsdiqini tapdı. Bir çox dostlar MŞ-nın buraxılmasını tələb edir, olmayan qurum necə buraxılacaq ki? MŞ yoxdur, AXCP var, o partiya özünə oyuncaq yan qurum kimi MŞ-nı saxlayırdı ki, məsələn, xaricilərlə görüşəndə iki təmsilçi ilə getsinlər və ya daxildə hər hansı bir siyasi birlik ideyası olsa, ora hər iki qurumdan təmsilçi salaraq, səsvermədə üstünlük qazansınlar, vəssalam… Bu qədər primitiv və köhnədirlər. Bunların nə demokratiya dərdi var, nə də haqq-hüquq gündəliyi, çünki o dəyərlər haqqında təsəvvürləri belə, yoxdur”.

“Yeni Müsavat”a danışan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Milli Şura özünü təcrid edən, qapalı qrupdur: “Onların trollar ordusu var və bu barədə Əli Kərimlinin keçmiş müavini Asəf Quliyev mənə deyib ki, 20-dən artıq adamı əməkhaqqı ilə saxlayırıq. Onlar digər siyasi liderlər çıxış edən zaman həmin şəxsləri təhqir edirlər, Əli Kərimli çıxış edən zaman isə onu tərifləyirlər. Hərəsinin də 10-15 ədəd saxta profilləri var. Yəni Milli Şura öz üzvləri üzərində belə qeyri-sağlam iş aparan qrupdur. Əli Kərimli deyə bilməz ki, indiyədək bir dəfə də olsun, hansısa ADP üzvü onun haqqında mənfi rəy bildirib. Yaxud da onun hansısa televiziya çıxışında təhqiramiz rəy yazıb. Lakin AXCP üzvləri hansı televiziyada çıxış etsəm, dərhal ağızlarına gələni yazıb, təhqirə yol verirlər. Siyasi mədəniyyətə uyğun olmayan davranış nümayiş etdirirlər. Davranışları dəyişməyincə, Milli Şuranın Azərbaycanın siyasi həyatında hansısa nailiyyətə imza atacağına, perspektivi olacağına inanmıram. Bunu tək mən yox, konfliktologiyanı bilən adamlar da başa düşürlər ki, bu cür təşkilatların nailiyyət əldə etmək imkanı yoxdur. Əli Kərimli nailiyyətsizlik sindromu yaşayır. Bu sindromun da əlamətlərindən biri rəqibə qarşı yox, öz yaxın müttəfiqlərinə qarşı mübarizə aparmaqdır. Biz də Milli Şuranın fəaliyyətində bunu çox aydın şəkildə görürük. Deyirlər ki, bütün partiyalar satılıb, hamı xəyanətkardır, Əli Kərimli də yeganə müxalifət lideridir”.

Sərdar Cəlaloğlu bildirib ki, Azərbaycanda vətəndaşların şərəf və ləyaqətlərinin qorunması konstitusion normadır: “Ona görə də vətəndaşların şəxsi həyatlarından, hansısa azlığa aid olmalarından asılı olmayaraq, heç kimin ixtiyarı yoxdur ki, kiminsə şəxsiyyətini, ləyaqətini alçaltsın. Düzdür, kimsə hansısa sosial hadisəyə münasibət bildirir. Lakin bu münasibət də mədəni tərzdə, qanun çərçivəsində olmalıdır. Ancaq baxırsan ki, rəy yazıb, mənim atamı söyürlər. Qurbanı erməni adlandırıb, məni də onun qardaşı kimi erməni hesab edirlər, söyürlər. Qurban vaxtilə Əli Kərimlini maliyyələşdirib. Əli Kərimlinin Azərbaycanda müəyyən güc olmasında Qurban Məmmədovun müstəsna rolu olub. O zaman heç yadlarına düşmürdü ki, Sərdar Cəlaloğlunun qardaşı niyə Əli Kərimlini maliyyələşdirir. İndi araları dəyib, nəyisə bölüşdürə bilməyiblər və mən də hədəfə çevrilmişəm. Ay qardaş, siz bir yerdə olanda mən var idim ki, indi ayrılmısız və məni ortaya qatmısız? Əli Kərimli Azərbaycan siyasətinə siyasi mədəniyyətsizlik gətirib. Xüsusən də virtual aləmdə ictimai rəyin çaşdırılmasında, siyasi mədəniyyətə uyğun olmayan davranışlarda, müxalifət liderlərinin nüfuzdan salınmasında, onların biraraya gəlmələrinin qarşısının alınmasında müstəsna xidmətləri var. Bu da çox ziyanlı fəaliyyətdir. Lakin bizim müstəqil partiya kimi ona təsir etmək imkanımız yoxdur. Gərəkdir ki, ona öz ətrafındakılar təsir etsin. Baxın ki, bu adamın yanından nə qədər insan gedib. Bir çoxu ilə şəxsən təmasda olmuşam. Onlar Əli Kərimli və AXCP-dəki daxili məsələlər haqqında elə şeylər deyirlər ki, adamın tükləri biz-biz durur. Belə yerdə deyərlər ki, Allah hidayət eləsin”.

Hüquqmüdafiəçisi Mirvari Qəhramanlı “Yeni Müsavat”a bildirib ki, siyasi qurumun rəhbərliyində olan şəxslər gərək diqqətli olsunlar: “Hər hansı bir ictimai-siyasi qurum, özünün fəaliyyətində çox diqqətli olmalıdır. Xüsusən də qurumun rəhbərliyində olan insanlar həmin qurumun tərifini verirlər. Milli Şura üzvlərinin iclasında edilən məlum çıxışların hər biri olduqca biabırçı idi. Xüsusən də o xanımın oradakı çıxışı, hansısa siyasi partiyanın nümayəndəsinin özünü cəmiyyətə bu formada bəyan etməsi ayıb olan işdir. Onlar ictimaiyyət qarşısında bu cür danışıqlara görə Milli Şura adından bəyanat verib, üzr istəməlidirlər. Nə qədər ki, gec deyil, üzr istəyib, öz nüfuzlarını bərpa etməlidirlər”.

Ağ Partiya sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirib ki, hər bir qurumun daxilində qapalı müzakirələr olur: “Heç kim də bunun kənara çıxmasının tərəfdarı deyil. Ancaq burada düşünürəm ki, siyasətçilərin öz seçiciləri qarşısında səmimiliyindən söhbət gedə bilər. Onların orada ayrı-ayrılıqda nə deməsi ilə yanaşi, mənim üçün önəmli olan həm də vətəndaşların səslənən fikirlərə münasibəti olacaq. Üzdə bir cür deyib, qapalı iclasda fərqli fikirlər səsləndirmək həmin təşkilatın xalq arasındakı imicinə ziyan vurur. Etibar, güvən azalır. Biz gördük ki, bu iclasdan sonra istefa oldu, sıravi üzvlər də məsələyə sərt münasibət bildirdilər. Təəssüf ki, həmin görüntülərdə cəmiyyət qarşısında səslənən fikirlərlə, arxada deyilənlərin eyni olmadığını görürük. “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol” siyasəti baş tutmadı”.

Əvvəlki yazı

Rusiyada bir stukada 10 598 nəfər yoluxdu

Sonrakı yazı

Karantin tam yumşaldı: kafelər və parklar açıldı, icazə ləğv olundu

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.