20-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın müsahibəsi

26 May 2020, 23:20
Cəmiyyət
A A

Qənirə xanım, son aylar ardıcıl olaraq, yüksək ranqlı məmurların antikorrupsiya tədbirləri zəminində həbsinin, bir neçə rəhbər şəxsin vəzifədən azad edilməsinin şahidi olduq. Siz də belə həssas məsələləri zaman-zaman Milli Məclis tribunasından səsləndirmisiniz. Sizcə, bu proses geniş xalq kütlələri tərəfindən necə qarşılanır? – Ölkədə həyata keçirilən dərin antikorrupsiya, yenilənmə, şəffaflaşdırma hərəkatının vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılandığını sosioloji sorğular keçirmədən belə, bariz şəkildə görmək mümkündür. Bununla belə, müxtəlif parametrlər, qiymətləndirmə meyarları ilə keçirilən yerli və beynəlxalq sosioloji sorğuların nəticələri də fikrimizi təsdiq etməkdədir. İndi sosial media, interaktiv portallar vasitəsilə, üstəlik, fərdi rabitə imkanlarımızla geniş xalq kütlələrinin rəyini müəyyən önəmli dərəcədə öyrənmək mümkündür. Nəzərə alsaq ki, millət vəkili öz seçiciləri ilə davamlı əlaqə saxlayır, ünvanımıza çoxsaylı müraciətlər olur, məktublar göndərilir, müxtəlif qəbullar keçirir və s., bu mənada, ictimaiyyətin nə düşündüyünü, nədən əziyyət çəkdiyini, nəyə sevindiyini, kimi alqışladığını da öyrənmək şansımız olur. Ona görə, rahat şəkildə deyirəm ki, vətəndaşlarımız Prezidentin həyata keçirdiyi şəffaflaşdırma siyasətini açıqürəklə, səmimi şəkildə dəstəkləyir. Bu dəstək, dövlətçilik, təfəkkürünə, azərbaycançılıq ideologiyasına, yüksək səviyyədə davam və inkişaf etdirilən Heydər Əliyev siyasi kursuna əsaslanır. Bu dəstək, Prezidentin vətənpərvərliyi, xalqın istək və arzularına dərindən vaqif olması ilə şərtlənir. Ona görə də, vətəndaşlarımız antikorrupsiya, şəffaflaşdırma prosesini, dərin islahatlar kursunu alqışlayır, bu prosesin müsbət nəticələrini öz üzərində hiss edir. Vətəndaşımız fərqindədir ki, dövlət başçısının alicənablığının, özlərinə çəki-düzən verməkçün yaratdığı şansın dəyərini bilməyən məmurlar haqq etdiyi aqibəti yaşayacaq. – Ancaq hələ də yeni dövrün çağırışlarına cavab verə bilməyən, köhnə streotiplərlə yaşayan məmurların iş başında olması faktları var… – Hər kəs öz etdiklərinə görə cavabdehdir. Bu cavabdehlik ilk növbədə insanın öz vicdanı qarşısında olmalıdır. Məşhur deyimlə ifadə etsək, “sənin nəzarətçin – sənin vicdanındır”; ikincisi, vəzifə varsa, o vəzifəyə təyin edən də var. Bu çox sadə həqiqəti unutmaq qafillikdir. Yəni, hələ də köhnə streotiplərdən qurtula bilməyənlər varsa, sabahkı aqibətlərinə görə kimisə yox, məhz özünü, öz əməllərini günahkar və cavabdeh bilsin. Çox təəssüf, hər yeni həbs, hər yeni işdən azad edilmələr göstərir ki, vətəndaşla dövlət arasında soyuqluq yaradanlar, etimadsızlıq toxumu səpənlər yalnız o tutulan və işdən çıxarılanlardan ibarət deyil. Biz qəti əminik ki, cənab Prezidentin başçılığı ilə dövlət öz təmizlənmə, yenilənmə, şəffaflaşma siyasətini, məntiqi sonluğa çatanadək davam etdirəcə, sadə insanlarımız bu prosesin faydalanan, sevinən tərəfi olacaq. İşdən azad edilən, həbs edilənlərlə bağlı elə həssas məsələlər ortalığa çıxır, doğrusu, adam dərin kədərə qərq olur. Ona görə ki, az-çox təhsil görmüş, pis-yaxşı kitab oxumuş, yaxud bir müddət məsul vəzifədə çalışmış bir adam necə olur, yeni dövrün çağırışlarını anlamır, şəffaflıqla bağlı qəti siyasi iradənin fərqində ola bilmir, antikorrupsiya tədbirlərinin mahiyyətini başa düşmür?! İkincisi, bir adamın nəfsinin, acgözlüyünün bir hədd-hüdudu olmazmı? Nəhayət, axı, yaramaz məmurların topladığı topdağıtmaz sərvətin yığıldığı günlərdə, o sərvətin saxlandığı rayonda… yavan çörəyə ehtiyacı olanlar da olub. Və o ehtiyac sahibinə dəstək durmaq qanunsuz sərvət toplayanın borcu olub. O ehtiyacın qarşılanması üçün o məmura dövlət vəsaiti etibar olunub. Ayrıca, Heydər Əliyev Fondunun göndərdiyi sovqata da göz dikmək qədər tənəzzül etməkçün bir imkanlı, vəzifəli adamın nə qədər mənəviyyatsız olması gərəkdir?! Təsəvvür etmək belə çətindir… Qoy, şəffaflığa hazır olmayan məmurlar həm bizləri bu çətin təsəvvürlərdən qurtarmaqçün, həm də daha çox öz gələcəkləri üçün günümüzün reallıqlarını idrak etsin. Bu, hamı üçün yaxşı olar, ancaq ilk növbədə islah olanların özü üçün vacibdir… – Dövlət başçısının ötən gün vəzifəyə yeni təyin olunmuş başçıları videogörüş formatında qəbul edərkən verdiyi tövsiyələr, təfəkkürlərdə dəyişikliklərlə bağlı nə deyə bilərsiniz? – Məhz təfəkkür, hadisələrə yanaşma tərzi dəyişməlidir. Dəfələrlə xəbərdarlıq edildikdən sonra da öz bəd əməllərindən əl çəkməyən məmurların mənəviyyatsızlığı xəfifə alınmayacaq bir faciə kimi qarşımıza çıxır. Dediyiniz o təfəkkür dəyişimi bütün əməli fəaliyyət sahələrini əhatə etməli, kompleks xarakter daşımalıdır. Prezidentin Ağstafa və İmişliyə təyin olunmuş başçılara verdiyi tövsiyələr bu baxımdan ibrətamizdir. Fikir verin, dövlət başçısının bir neçə cümləsini olduğu kimi bölüşürəm sizinlə: “İndi baxaq görək icra başçıları nə iş görüblər, hansı daşı daş üstünə qoyublar. İndi bütün bu işlər təftiş edilir. Mənim ayırdığım vəsait hesabına tikilmiş evlər, yəni, qəzalı evlərin əvəzinə tikilmiş evlərin tikintisində də oğurluq baş verir, həm tikintidə, həm də ki, ondan sonra mənzillərin bölüşdürülməsində. Bu evlərin insanlara tamamilə pulsuz verilməsi nəzərdə tutulubdur. Amma həm tikintidə pul oğurlanır, həm də mənzillər rüşvət müqabilində paylanılır. Deməli insanlardan pul qopardılır. İndi təftiş aparılır və bütün bu pozuntularda əli olan vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcək. İcra başçısı ona göstərilən etimadı öz işi ilə doğrultmalıdır”. Dövlət başçısı bildirdi ki, “Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, talançılığa qarşı mübarizə sözdə yox, əməldə aparılır və bu mübarizə bundan sonra da aparılacaq. İndi həm yerli, həm də mərkəzi icra orqanlarının fəaliyyəti araşdırılır və yol verilmiş bütün pozuntular üzə çıxacaq”. Prezidentin təsvir etdiyi belə məmur tipləri sadə vətəndaş tərəfindən yazılan məktuba, edilən müraciətə cavab verməz, cavab verərsə də “standart cavab” verər – ortada məktub, müraciət yazmağa, cavab gözləməyə gedən vaxta, qırılan ümidə, sarsılan inama heyif olar. Prezident xalqın milli-mənəvi dəyərlərini, etnoyaddaşını yaxşı bilir, “daşı daş üstə qoymaq” deyimini də təsadüfən işlətmir, əlbəttə. Daşı daş üstə qoymaq ev tikməkdir, körpü salmaqdır, kömək etməkdir, bacardığını əsirgəməməkdir, xeyirxahlıqdır. Bunun əksi isə uçurmaqdır, dağıtmaqdır, talamaqdır, ev yıxmaqdır. Özü də, söhbət əlində səlahiyyət, imkan olmayan sadə insanımızdan getmir, məhz mühüm vəzifə sahibi ola-ola, imkanlar bolluğu içindəykən daşı-daş üstə qoymayanlardan gedir. Ümummilli lider deyirdi: “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”… Məncə, haqqında danışdığımız yenilənmə, şəffaflaşdırma prosesi də, məhz bu formulun mahiyyətinə uyğun gəlir.

Əvvəlki yazı

İşsiz qalan bar qızları görün, nələr edir – Foto

Sonrakı yazı

“Bu vəhşilikdir…” – Vəzirov danışdı

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.