Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home Cəmiyyət

Milli Məclisin sədri Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

2021-06-03
in Cəmiyyət
A A
0
Milli Məclisin sədri Pakistan Milli Assambleyasının sədri ilə görüşdü
0
SHARES
14
VIEWS
Facebook-da paylaş"Twitter"-də paylaş

İyunun 3-də Milli Məclisin sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının Sədri Əsəd Qeysərlə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Reportyor.info verilən məlumata görə, Milli Məclis sədrinin rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyətini Pakistanda görməkdən məmnun olduğunu deyən Milli Assambleyanın sədri bu səfərin iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişafına yeni töhfələr verəcəyinə əminliyini bildirib.

İki ölkənin qanunverici orqanlarının İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirən Əsəd Qeysər qurumun İkinci Ümumi Konfransında müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb.

Əsəd Qeysər diqqətə çatdırıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Milli Assambleya da qardaş ölkəyə dəstəyini ifadə edərək plenar iclasında Ermənistanın Azərbaycan Respublikasının ərazisinə təcavüzünü pisləyən qətnamə qəbul etmişdir. Bu qətnamə Pakistanın qətiyyətli mövqeyinin ifadəsidir.

Milli Assambleyanın Sədri hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının işgüzar əlaqələrindən, mütəmadi keçirilən videogörüşlərdən və parlament diplomatiyası çərçivəsində əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Sahibə Qafarova Azərbaycan Milli Məclisinin Sədri kimi Pakistan İslam Respublikasına ilk rəsmi səfərindən məmnunluğunu ifadə edib. Bildirib ki, təməlində ortaq dini-mədəni dəyərlər, möhkəm dostluq və qardaşlıq telləri dayanan Azərbaycan-Pakistan münasibətləri bu gün həm də strateji önəm daşıyır. Ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə dövlət başçılarımız xüsusi diqqət göstərirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti cənab Arif Alvinin qarşılıqlı səfərləri iki ölkə arasındakı münasibətlərin inkişafında müstəsna əhəmiyyətə malikdir.

İki ölkə arasında mədəni-humanitar münasibətlərə də toxunan Milli Məclisin Sədri bu sahədə Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayıb. O xatırladıb ki, həyata keçirdiyi xeyirxah əməlləri sayəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2015-ci ildə Pakistanın ali mükafatı olan “Hilal-e Pakistan” ordeni ilə təltif olunub.

Sahibə Qafarova 2020-ci ildə Azərbaycanın 44 gün davam edən Vətən Müharibəsi nəticəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını Ermənistanın işğalından azad etdiyini qeyd edərək, Pakistan hökuməti və parlamenti tərəfindən ölkəmizin beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə verilən qətiyyətli dəstəyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, Xocalı faciəsi ilə əlaqədar Pakistan parlamenti və müxtəlif qurumları tərəfindən qəbul olunmuş sənədlər məhz bu qəbildəndir. Pakistan İslam Respublikası Milli Assambleyasının plenar iclasında Azərbaycan Respublikasının ərazisinə erməni təcavüzünü pisləyən qətnamənin qəbul edilməsi bu dəstəyin bariz nümunəsidir.

Milli Məclisin Sədri deyib ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. İndi Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma və bərpa dövrü başlayıb. Belə ki, Ermənistan işğal etdiyi ərazilərimizdəki məscidlərimizi, mədəniyyət abidələrimizi və bütün digər tikililəri dağıtmış, infrastrukturu tamamilə məhv etmişdir. Düşmən hətta müqəddəs ziyarətgahlarımızı və məscidlərimizi də təhqir etmişdir. Bu gün isə münaqişə başa çatsa da, bir sıra problemlər hələ də qalmaqdadır. Belə ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı və Vətən müharibəsində azad etdiyimiz torpaqlarımızda minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir, bununla da hərbi cinayət törətməkdə davam edir. Beləliklə, onlar məcburi köçkünlərimizin öz doğma yurd-yuvalarına qayıtmasına mane olmaq istəyir, sərhədlərin delimitasiyası məsələsində təxribatlara əl atırlar. Spiker həmçinin qeyd edib ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq azad olunmuş ərazilərimizə terrorçu qruplar göndərməkdə davam edir və bu bəyanatın imzalanmasından sonra Azərbaycan ərazilərində həbs olunmuş təxribatçıları “hərbi əsirlər” kimi qələmə verməyə çalışır.

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, ölkələrimizin ali qanunverici orqanlarında formalaşdırılan dostluq qrupları parlamentlərimizin ən geniş tərkibli qruplarından hesab edilir. Dostluq qrupları işgüzar əməkdaşlıq əlaqələri saxlayır, videogörüşlər keçirir, müxtəlif məsələlərdə bir-birinə dəstək ifadə edirlər. Ölkələrimiz arasında münasibətlərin inkişafı naminə parlament diplomatiyasının bütün formatlarından tam şəkildə istifadə etmək üçün geniş imkanlar mövcuddur.

Görüşün sonunda Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, Pakistan İslam Respublikası Milli Assambleyasının Sədri Əsəd Qeysər iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişafına və dövlətlərarası əlaqələrin genişləndirilməsi işinə verdiyi töhfələrə görə Milli Məclisin Fəxri Medalı ilə təltif edilib. Azərbaycan Parlamentinin Spikeri medalı Əsəd Qeysərə təqdim edib.

Görüşdən sonra Azərbaycan parlament nümayəndə heyəti Pakistan Milli Assambleyasının inzibati binasında və iclas zalında deputatlar üçün yaradılmış şəraitlə tanış olublar. Burada Milli Məclisin Sədrinə Pakistan Parlamentinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Parlament nümayəndə heyətimiz Pakistan parlamentində olan zaman Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının Sədri Əsəd Qeysərlə birlikdə iki ölkə arasında dostluğun və qardaşlığın nümunəsi olaraq Milli Assambleyanın bağında ağac əkiblər.

ShareTweetSendSendShareScan
Bizim Video
Previous Post

Daha 65 nəfərin xarici diplomu tanınmadı

Next Post

Formula 1 pilotları Bakıdadır (FOTOLAR)

Next Post
Formula 1 pilotları Bakıdadır (FOTOLAR)

Formula 1 pilotları Bakıdadır (FOTOLAR)

Hətta qəbiristanlığımızı əlimizdən alıblar

Hətta qəbiristanlığımızı əlimizdən alıblar

Azərbaycan Qran-prisi başlayır

Azərbaycan Qran-prisi başlayır

Discussion about this post

Bizə Qoşulun

  • 11.9k Subscribers
  • 1.2k Subscribers

Son Xəbərlər

Güclü külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ

Güclü külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ

2022-05-18
İki aydan çoxdur itkin düşən əsgərlərin axtarışı ilə bağlı rəsmi açıqlama

İki aydan çoxdur itkin düşən əsgərlərin axtarışı ilə bağlı rəsmi açıqlama

2022-05-18
Azər Axşam telekanal sahiblərinə üsyan etdi

Azər Axşam telekanal sahiblərinə üsyan etdi

2022-05-18
“Rusiyanın bayrağı SSRİ bayrağı olsun” – Deputat

“Rusiyanın bayrağı SSRİ bayrağı olsun” – Deputat

2022-05-18
İrəvanda 352 etirazçı saxlanılıb

İrəvanda 352 etirazçı saxlanılıb

2022-05-18
“Litva ilə əməkdaşlığın səviyyəsindən məmnunuq” – İlham Əliyev

“Litva ilə əməkdaşlığın səviyyəsindən məmnunuq” – İlham Əliyev

2022-05-18
Deputatdan şok: DTX gərək AZAL-da əməliyyat keçirsin…

Deputatdan şok: DTX gərək AZAL-da əməliyyat keçirsin…

2022-05-18
Daşnaksütun Partiyasının sədri saxlanılıb

Daşnaksütun Partiyasının sədri saxlanılıb

2022-05-18
“Rəisim” mahnısı ilə bağlı DİN-dən AÇIQLAMA

“Rəisim” mahnısı ilə bağlı DİN-dən AÇIQLAMA

2022-05-18
Xırdalanda məktəb psixoloqları ilə görüş olub – Foto

Xırdalanda məktəb psixoloqları ilə görüş olub – Foto

2022-05-18
Rusiyanın itkiləri 28 300-ə yüksəldi

Rusiyanın itkiləri 28 300-ə yüksəldi

2022-05-18
“Azovstal”dakı döyüşçülər belə çıxdılar – Video

“Azovstal”dakı döyüşçülər belə çıxdılar – Video

2022-05-17
“Azovstal”dan 264 hərbçi təxliyyə edildi – Zelenski

“Azovstal”dan 264 hərbçi təxliyyə edildi – Zelenski

2022-05-17
Ukrayna ordusu bu istiqamətdə nəticə qazandı

Ukrayna ordusu bu istiqamətdə nəticə qazandı

2022-05-17
“Müharibə sülhlə başa çatacaq” – Peskov

“Müharibə sülhlə başa çatacaq” – Peskov

2022-05-17
Rusiyanın yeni itkiləri açıqlandı: Şok rəqəm

Rusiyanın yeni itkiləri açıqlandı: Şok rəqəm

2022-05-17
Qazaxıstan Prezidenti Azərbaycana səfər edəcək

Qazaxıstan Prezidenti Azərbaycana səfər edəcək

2022-05-17
Putin qoşunların hərəkətlərini şəxsən idarə edir

Putin qoşunların hərəkətlərini şəxsən idarə edir

2022-05-17
Son sutkada yoluxma qeydə alınmadı

Son sutkada yoluxma qeydə alınmadı

2022-05-16
İlham Əliyevin hədiyyəsi Kraliça II Elizabetə təqdim olundu – FOTOLAR

İlham Əliyevin hədiyyəsi Kraliça II Elizabetə təqdim olundu – FOTOLAR

2022-05-16

Seçmə

  • Bütün
  • SEÇMƏ
“Litva ilə əməkdaşlığın səviyyəsindən məmnunuq” – İlham Əliyev
Manşet

“Litva ilə əməkdaşlığın səviyyəsindən məmnunuq” – İlham Əliyev

2022-05-18
Ukrayna ordusu bu istiqamətdə nəticə qazandı
Manşet

Ukrayna ordusu bu istiqamətdə nəticə qazandı

2022-05-17
İctimai Televiziya və Radio Yayımları Şirkəti  “Avroviziya-2022”dən bağlı məlumat yaydı
SEÇMƏ

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya-2022”dən bağlı məlumat yaydı

2022-05-16
Yavər Camalovun oğlu 8 milyonluq evlər alıb – Foto
SEÇMƏ

Yavər Camalovun oğlu 8 milyonluq evlər alıb – Foto

2022-05-16
Cavanşir Feyziyev daha bir vəzifəsini itirdi
SEÇMƏ

Cavanşir Feyziyev daha bir vəzifəsini itirdi

2022-05-14
Səfa Mirzəyev işdən çıxarıldı
SEÇMƏ

Səfa Mirzəyev işdən çıxarıldı

2022-05-13
Reportyor

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized

Son əlavələr

Güclü külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ

Güclü külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ

2022-05-18
İki aydan çoxdur itkin düşən əsgərlərin axtarışı ilə bağlı rəsmi açıqlama

İki aydan çoxdur itkin düşən əsgərlərin axtarışı ilə bağlı rəsmi açıqlama

2022-05-18

Xeberler

  • Reportyor.İnfo
  • Əlaqə

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Sosial
  • Araşdırma
No Result
View All Result

© 2020 Reportyor.info.