28-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“MİLLƏTİN PROBLEMLƏRİNDƏN DANIŞMAQ LAZIM İDİ…” – “Prezidentlə görüşə dəvət olunmamağım məni incitdi”

09 Mart 2019, 11:13
Seçmə
A A
“MİLLƏTİN PROBLEMLƏRİNDƏN DANIŞMAQ LAZIM İDİ…” – “Prezidentlə görüşə dəvət olunmamağım məni incitdi”

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı Qarabağ Komitəsinə üzv olub. O, “Yeni Müsavat” qəzetinə müsahibəsində komitəyə üzvlüyü, görüləcək işlər və eyni zamanda prezidentlə mədəniyyət, ədəbiyyat xadimlərinin görüşü barədə danışıb.

Xalq şairi ilə müsahibəni təqdim edirik:

– Sabir bəy, maraqlıdır ki, niyə məhz indi Qarabağ Komitəsinə üzv oldunuz?

– Qarabağ danışıqlarının bir müsbət nəticəsi yoxdur. Eyni zamanda cəmiyyətdə sülh söhbətləri dolaşmağa başlayıb. Ermənistan aşkar görünür ki, bizə meydan oxuyur. Paşinyanın İran səfərindəki bəyanatlar, Ruhani ilə görüşündə səsləndirdiyi fikirlər, ATƏT-in Minsk Qrupunun 30 illik tam fəaliyyətsizliyi, “çevir tatı, vur tatı” mövqeyi, Ermənistanın işğalçılığına qiymət verilməməsi cəmiyyətdə bir çaşqınlıq yaradıb.

Bütün bunlardan sonra əhalidə ümidsizlik yaranıb, iqtidarla müxalifət münasibətləri anormal istiqamətə gedir, partiyalararası soyuqluq müşahidə olunur. İndiki situasiyada Qarabağla bağlı bu məsələlər kənara qoyulmalıdır. Biz 1988-ci ildə meydanlara Qarabağ görə gəlmişdik, ona görə indi kənarda dayanmaq olmur. Qarabağ Komitəsində qüvvələrin bir araya gəlməyinə, xalqın iradəsini ifadə etməyə ehtiyac var. Beynəlxalq aləm bilməlidir ki, hər nə qədər xalq indi sakitləşsə də, biz Qarabağ məsələsində bir addım geri çəkilməmişik. O baxımdan siyasi yönündən asılı olmayaraq bir araya gəlmək lazımdır. Qarabağ Komitəsi çox ciddi işləyə bilər, parçalanmanın qarşısı alınmalı, bir araya gəlinməlidir.

– Amma İsgəndər Həmidov, Akif Nağı komitənin İdarə Heyətindən gediblər, bir dağınıqlıq var…

– Akif Nağının getməsinin səbəbini bilmirəm. Onun xidmətlərini danmaq olmaz. Hazırda Qarabağ Azadlıq Təşkilatının üzvləri komitədə var. Yəni, komitədən tamamilə uzaqlaşmayıblar. Çox istərdim ki, Akif Nağı da uzaqlaşmasın, komitədəki fəallığını saxlasın.

– Siz komitəyə üzv olduqdan sonra hansı planlar var, nələr edilməlidir?

– Artıq komitə tərəfindən müəyyən proqram hazırlanıb. Vaxtilə Qarabağ Yardım Komitəsi yaratmışdım, ilk müstəqil mətbu orqan olan “Azərbaycan” qəzetini çap etmişdim. İndi də görüləsi işlər çoxdur. İlk növbədə Qarabağ probleminin dünyaya çatdırılması, qaçqın və köçkünlərin vəziyyətinin beynəlxalq aləmə göstərilməsi əhəmiyyətlidir. Köçkünlərə dövlətin nəzarəti ayrı, amma ictimai qurumların ayrıca iş aparması önəmlidir. Bütün qüvvələrin birliyinə zərurət var.

– Sabir bəy, Qarabağ Komitəsi mitinq keçirəndə sizi dəvət etmişdilər, amma iştirak eləməmişdiniz. Bu da söz-söhbət yaratmışdı. Bunun səbəbi nə idi və bu gün Qarabağ mitinqinə ehtiyac varmı?

– Doğrudur, mən o zaman mitinqə getməmişdim. Həmin vaxt Qarabağ Mitinq Komitəsiydi. Mən müzakirələrdə iştirak eləmişdim. Mən milyon yarım insanın toplaşdığı meydanı idarə edən adam olmuşam. Ancaq indi ömrümün mitinq dövrü keçib. Bu, yeni nəslin, cavanların işidir. Təbii ki, qlobal səviyyədə müzakirə olanda mitinqlərə də gedərəm, sözümü də deyərəm. Amma indi komitənin gündəmində mitinq müzakirələri yoxdur. Lakin hesab edirəm ki, “Qarabağa azadlıq!” tələbi ilə mitinqlərin keçirilməsi iqtidarın mövqeyini möhkəmləndirə bilər.

– Yeri gəlmişkən, prezidentin mədəniyyət, ədəbiyyat adamları ilə görüşünə çağırılmamışdınız. Sizi dəvət etsəydilər, hansı məsələləri qaldırardınız?

– Əgər söhbət ədəbiyyatdan, mədəniyyətdən gedirsə, bizim o görüşdə olmamağımız mənə təəccüblü gəlir. Orada elələri varıydı ki, sənətlə əlaqəni çoxdan üzüblər. Amma dünyada kitabları çap olunan, ardıcıl sözünü deyən ədəbiyyat adamlarından biri mənəm, görüşə dəvət etməmişdilər. Sabir Rüstəmxanlı görünməyən adamlar sırasında deyil axı. Ona görə hesab etmirəm ki, nazirlik məni görməyib.

Mən xalq şairiyəm, sənət söhbətində iqtidar-müxalifət fərqi qoyulmamalıdır. Üstəlik, bizim partiyamız vətəndaş həmrəyliyinə çağırır, ayrı-seçkilik olmamalıdır. Amma baxırsan ki, ən xırda məsələlərdə ayrı-seçkilik olunur. Məsələn, bir veriliş gedir, adı “Sevilənlər”dir, ora daha çox rusca danışan sənət adamları çağırılır. Gəlin xalqın içinə çıxaq, görək onları, yoxsa bizi çox sevirlər. Amma dövlət televiziyasına bizi dəvət eləmirlər.

Bizə qarşı bu nə münasibətdir, başa düşmürəm. Müstəqilliyə imza atan biz, risklərə gedən biz, zülm çəkən yenə biz. Gəl ki, müstəqil ölkədə necə olur bizi AzTV-yə, tədbirlərə dəvət etmirlər, humanitar forumlara çağırmırlar. Mən 25 il deputat olmuşam. Yaxşı, Milli Məclisdən ayrılmışıq, dövlətdən ki ayrılmamışıq?! Bizim zəhmətimizin nəticəsi bu olmalıdır? Adama ağır təsir edir. Söz yox ki, həmin görüşə gedənlərin əksəriyyətinin mədəniyyətə, ədəbiyyata xidməti olub. Ancaq onların çıxışlarının ümumi səviyyəsi məni razı salmadı. Görüşdə ziyalılar Qarabağ problemini, əhalinin vəziyyətini prezidentə deməliydilər.

Prezidenti insanlardan aralı saxlamağa çalışırlar. Dövlət başçısı rayonlara gedir, amma hər şeydən vaxtından xəbər tuta bilmir. Özünüz də görürsünüz ki, xəbər tutan kimi göstəriş verir. Bu işi sənət adamları görməlidir, sözünü cəsarətlə deməlidir. Millətin problemlərindən danışmaq lazım idi. Amma biri yaxınının adına küçə qoyulmasını istəyir, o bir heykəl qoyulmasını xahiş edir. Mən bir söz demirəm, Tağıyevə də heykəl qoyulsun. Amma Rəsulzadə, Xoyski, Topçubaşov, Yusifbəyli kimi kişilər olub, bəs onların niyə heykəli olmasın?!
Bundan əlavə, ana dili məsələsi var. Prezident bu barədə proqramlar hazırlayır, Təhsil Nazirliyi isə bir ucdan rus dili məktəblərinin sayını artırır. Təhsildə dərslik, məktəb tikintisi və s. məsələlər var, ziyalılar görüşdə bunları deyə bilərdi. Prezident hansı məsələni, problemi eşidir, ona diqqət ayırır. Ölkə başçısının ictimai rəyə ehtiyacı var, amma kimlərsə ictimai rəyi ondan gizlədir.

– Sizcə, siyahıda adınızın olmaması Mədəniyyət Nazirliyinin günahıdır? Çünki Rasim Balayev də çağırılmamışdı, nazir üzr istədi, prezident telefon açdı…

– Mən bu məsələni soruşmamışam, siyahını kimin tərtib etməsi ilə maraqlanmamışam. Düzdür, incidim, amma narahatlığım yoxdur, 25 il parlamentdə sözümü demişəm. Sadəcə, o görüşdəki adamlar sovet vaxtı da tədbirlərdə idilər, 30 il keçib yenə həmin adamlar oradadırlar. Onların arqumentləri, danışıq səviyyələri məni qane etmədi. Ziyalı qorxaq olmamalıdır. O görüşdə ziyalılar öz yaxınlarının, qohumlarının problemini qoymalı deyildi. Anarın yaxşı təklifi varıydı, dedi Ziyalılar Şurası yaradılsın, tez-tez toplaşıb müzakirələr aparmaq lazımdır. Millət Anardan daha çox şey gözləyir. Müdrik yaşındadır, onun əlavə nəsə deməyindən prezident də inciməzdi. Məsələn, Qarabağ kimi problemi olan millətin kinostudiyası bərbad gündədir. Bu məsələ qaldırılmalıydı, Qarabağ mövzusunda bədii və sənədli filmlər çəkilməlidir, kinostudiya təmir olunmalıdır, avadanlıq gətirilməlidir.

Əvvəlki yazı

LOTU QULİ DUBAYDA “LÖVBƏR SALIB” – Türkiyəni tərk etmək məcburiyyətində qalıb

Sonrakı yazı

İcra başçısı:”Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulması ilə bağlı təkliflər hazırlanır”

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

28 Avqust 2025, 15:51
Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

28 Avqust 2025, 15:48
Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

28 Avqust 2025, 14:49
Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

28 Avqust 2025, 14:40
Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

28 Avqust 2025, 14:32
“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

28 Avqust 2025, 14:29
Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

28 Avqust 2025, 14:18
Döyülən uşaqların vəziyyəti – Açıqlandı

Döyülən uşaqların vəziyyəti – Açıqlandı

28 Avqust 2025, 14:15
182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

28 Avqust 2025, 14:12
Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

28 Avqust 2025, 14:10
“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

28 Avqust 2025, 14:07
“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

28 Avqust 2025, 13:57
Paşinyan Rusiyaya gedəcək

Paşinyan Rusiyaya gedəcək

28 Avqust 2025, 13:49
Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.