21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Millət vəkili Türk dünyası birliyinin güclənməsində gənclərin rolu” adlı tədbirdə gənclərə çağırış edib

12 Oktyabr 2019, 23:10
Cəmiyyət
A A
Millət vəkili Türk dünyası birliyinin güclənməsində gənclərin rolu” adlı tədbirdə gənclərə çağırış edib

Millət vəkili Q.Paşayeva ADPU-də “Azərbaycan-Özbəkistan münasibətlərinin və Türk dünyası birliyinin güclənməsində gənclərin rolu” adlı tədbirdə gənclərə çağırış edib.

Qənirə Paşayeva: “Azərbaycan-Özbəkistan münasibətlərinin daha da möhkəmlənməsi türk dünyası üçün çox vacibdir” Azərbaycan Dövlət Pedaqoji Universitetində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin (ABAİB) və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) dəstəyi ilə “Azərbaycan-Özbəkistan münasibətlərinin və Türk dünyası birliyinin güclənməsində gənclərin rolu” adlı tədbir keçirilib. Tələbə və müəllim heyəti, QHT, KİV sektorunun nümayəndələri, bir sıra yeni nəsil yazarlarının qatıldığı tədbirdə, millət vəkili, ABAİB-nin sədri Qənirə Paşayevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Özbəkistanın bir qrup tanınmış ziyalısı iştirak və çıxış edib. Özbəkistan mədəniyyətinin tanınmış simaları ilə görüşdə ilk olaraq, universitetin rektoru prof.dr. Cəfər Cəfərov qonaqları salamlayıb və onların gəlişinin, görkəmli alim, prof. Babaxan Şərifin 70 illik yubileyi ilə üst-üstə düşməsinə şad olduğunu vurğulayıb. Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva qardaş Özbəkistandan olan ziyalıları Bakıda salamlamaqdan şad olduğunu qeyd edib. Bir müddət öncə qardaş Özbəkistanda səfərdə olduğunu qeyd edən xanım millət vəkili, azərbaycanlıların Özbəkistana, özbəklərin Azərbaycana səfərinin bir vətəndən o biri vətənə keçiş olduğunu dilə gətirib. O, belə gözəl və anlamlı, vacib görüşün təşkilinə görə universitetin rektoru Cəfər Cəfərova təşəkkür edibərək, ADPU-nun fədakar kollektivi və gələcəyin müəllimləri ilə görüşməkdən sevinc duyduğunu bildirib. Daha sonra millət vəkili gənclərə çağırış edib: “”Əziz gənclər, bizim üçün Vətən və vətəndaşlıqdan şərəfli heç nə yoxdur. Müstəqilliyimiz bizim üçün çox önəmlidir. On milyon üçün deyil, 50 milyondan çox insan üçün Azərbaycanın dövlət müstəqilliyi böyük önəm daşıyır. Biz azərbaycanlılar, mənsub olduğumuz türk dünyası ailəsi ilə birgə, dünyada böyük gücə malikik. Biz nə qədər sıx birləşsək, gücümüz də o qədər çox olar. Qardaş türk respublikaları öz müstəqilliyini elan etdikcə, qardaş birliyinin zərurətini daha yaxından hiss edirdik. Vaxtı ilə problemlərimiz yarananda türk dövlətləri birlikdə olsaydı, bu problemləri yaşamazdıq. Şükürlər olsun ki, bu günə gəlib çıxdıq. İnanıram ki, birliyimiz getdikcə daha da möhkəmlənəcək. Sadəcə, bu birliyin altını doldurmaq lazımdır, şüardan gerçək işə, qalıcı fəaliyyətə keçməliyik. Əziz gənclər! Bu toplantını xüsusilə sizing iştirakınız baxımından çox önəmli hesab edirəm. Çünki gələcəyimiz sizlərsiniz”. Deputat çıxışında Azərbaycan-Özbəkistan münasibətlərinə də toxunub, iki qardaş xalq və ölkə arasında əlaqələrdən söz açıb, bu əlaqələrin daha da möhkəmlənməsinin zəruriliyini vurğulayıb: “Dünyanın yüzdə 80 faiz dövlətində olmuşam amma doğrusu, Özbəkistan qədər gözəl ölkə az görmüşəm. Gənclərə tövsiyyəm odur ki, ölkə xaricinə səfər imkanınız olunca, ilk öncə qardaş ölkələri görməyə çalışın. Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan və digər qardaş ölkələrlə münasibətlərimizin daha da möhkəmlənməsi ümumən türk dünyası üçün çox vacibdir. Sevincimizi, kədərimizi bölüşməliyik. Gənclər, siz bizdən daha vacib missiyanı daşıdığınızı unutmayın. Öncəliklə yaxşı oxumaq əsas missiyanız olmalıdır. Bu bizim üçün çox önəmlidir. İzninizlə, sizə özümdən bir misal çəkmək istərdim. Mn evimdə və ofisimizdə qədimdən indiyə qədər olan dövlətlərimizin xəritələrini saxlayıram. İnandırım size, belə xəritələrə malik olmaq, size həm düşündürəcək, həm də sizə tarixi hərəkət istiqaməti verəcək. Yaxud da bir şəhidin fotosunu evinizdən asın və hər gün onun gözlərinin içinə baxın. O gözlər sizə çox şey deyəcək. Türk dünyasından bəhs edən kitablar oxuyun, filmlərə, seriallara baxın. O zaman o dövlətləri daha yaxından öyrənəcək və sevəcəksiz. Siz çox şeyi dəyişə bilərsiz. Hər birimiz üçün ən böyük arzu işğal altında olan torpaqlarımızın azad edilməsidir. Xankəndinə bayrağımızı daha tez asmağımız da Azərbaycanın daha güclənməsindən və türk dünyasının birliyindən keçir. Türk birliyindən danışmışkən, hörmətli ustadımız Babaxan Şərifin yubileyini bir daha təbrik edirəm. Gün olsun, ustadın növbəti yubileyini Şuşada keçirək! Hər birinizə təşəkkür edirəm!” Millət vəkili Qənirə Paşayeva həmçinin Azərbaycan-Özbəkistan əlaqələrinin bu günü və gələcək perspektivləri, türk dünyası birliyinin güclənməsində gənclərin rolu barədə fikirlərini bölüşüb və gənclərimizə bu barədə çağırış edib. Professor Babaxan Şərif çıxışında bunları dedi: “Əziz müəllimlər, gənclər, dərs saatlarını qoyub burada iştirak edən sizlərə təşəkkür edirəm! Bilirsiz, cəmiyyətin iki gözü var, bunun biri müəllim, o biri gözü yazardır. Vətəni, milləti sevməyi bizə müəllim öyrədir. Əgər müəllim yoxdursa, millət yoxdur. Müəllimləri sayğı ilə anmaqdan qürur duyuram. Ulu Nizami, Nəvai, Füzuli, Nəsimi bizə nə verib? – İlk olaraq türk ruhunu veriblər! Tarixini və ədəbiyyatını hər bir insan bilməlidir. Qardaşlar arasında problemlər yarana bilər; əgər ortada sevgi varsa, bu problemlər aradan qalxır. Azərbaycan-Özbəkistan münasibətləri belədir. Şükür Tanrıya bütün sahələr üzrə münasibətlərimiz çox yaxşıdır. Çox danışa bilərəm. Hər birinizi tək-tək bağrıma basmaq istərdim, amma bu mümkün deyil. Ona görə də hamınızın əvəzinə müqəddəs bayrağınızı öpürəm!” Ustad özbək ziyalısının bu jesti zalda gur alqışlarla qarşılandı. Daha sonra hörmətli qonaq yenicə çapdan çıxmış “Azərbahavca-Özbəkcə və Özbəkcə-Azərbaycanca” lüğətini APU rektoruna təqdim etdi. Ardınca söz “Kitab dünyası” qəzetinin baş redaktoru, şair-publisist Xasiyət Rüstəmə verildi. O, hər kəsi salamladı, Azərbaycanda gördükləri sevgi selinə görə təşəkkür etdi. Tarix İnstitutunun fəxri doktoru Şöhrət Barlas da, öz çıxışında müəllimlərin hər bir xalq üçün olan önəminə xüsusi yer ayırdı. Sonra söz Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova verildi. Mərkəz direktoru dedi: “Bu gözəl tədbirimizin təşkili çox yerinə düşdü. Çünki önəmli tarixi günlər ərəfəsinə təsadüf edir. Son 3 gündə olduqca önəmli tədbirlər keçirdik. Onların hər biri möhtəşəm idi. Ötən illər ərzində bir çox tarixi layihələrə imza atmışıq. İki qardaş dilin ən vacib ümumişlək sözlərindən ibarət 30 min sözlük lüğət tərtib etmişik. Bu tarixdə bir ilkdir. Habelə Nizaminin “Xəmsə”si tam şəkildə özbək dilinə tərcümə edilib və bununla bağlı da, dünən AMEA Ədəbiyyat Muzeyində böyük bir təqdimat keçirdik. Özbəkistan Əmir Teymurun ölkəsidir. Hər daşında tarix yatır. Hər birinizi Özbəkistanla əlaqələrə önəm verməyə çağırıram. Dost dar gündə tanınar. Gələcəyimiz olan gənclər qarşısında çıxış etməkdən qürur duyuram. Cənab rektor, sizə xüsusi təşəkkür edirik! Rəhbərliyiniz altında bu universitet çox inkişaf edib.” Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı öz çıxışında, Azərbaycanın son günlər bilavasitə Özbəkistan, ümumən türk dünyası abı-havasına girdiyini söylədi və əlavə etdi ki, “bura çıxmaqda əsas məqsədim, bayrağımızı öpən ustad Babaxan Şərifin əlindən öpməkdir”. Ə.Qoşalının bu sözləri və yubilyarın əllərindən öpməsi zalı alqışlara bürüdü. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova da  Azərbaycan-Özbəkistan münasibətlərinin hər iki ölkə və türk dünyası üçün vacibliyindən söz açdı. Sonda qonaqlar təşkilatçı qurumlar tərəfindən xüsusi plaketlərlə təltif edildi, tələbələr qonaqlara gül dəstələri verdi.
Millət vəkili Qənirə Paşayevanın çıxışını bu linkdən izləyə bilərsiniz.

https://youtu.be/WhKwFfJtPJs

 

Əvvəlki yazı

“Nar”İT sahəsində fərqlənən tələbələrə dəstək oldu

Sonrakı yazı

Müsavatın qurultayında gərgin anlar..

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.