Millət vəkili Q.Paşayeva Xatınlı, Qədirli, Düz Cırdaxan kəndlərində uşaq bağçalarında aparılan təmir-bərpa işləri, yaradılmış şərait, bağçalarda görülən işlərdən sonra uşaqlar üçün yaradılan şəraitlə tanış olub. Xatınlı, Qədirli, Düz Cırdaxan kəndlərində uşaq bağçalarında bir müddət əvvəlki ağır vəziyyətinə toxunan millət vəkili Q.Paşayeva hamımızın müraciətini nəzərə alaraq, Xatınlı, Qədirli, Düz Cırdaxan kəndlərindəki uşaq bağçalarında təmir-bərpa işlərinin aparılması, təchizatın yaxşılaşdırılması, bağçalarda uşaqlar və tərbiyəçilər üçün normal şəraitin yaradılması üçün biz-tovuzluların xahişini nəzərə alaraq bu işlərin görülməsinə dəstək olan cənab Prezident başda olmaqla bütün qurum və təşkilatlara təşəkkür edirik deyib. Dövlət başçımız İ.Əliyevin və ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın məktəbəqədər təhsil ocaqlarına diqqət və qayğısını xüsusi vurğalayan millət vəkili Qənirə Paşayeva bildirib ki, gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və vətənpərvər, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində ölkəmizdə çox mühüm layihələr həyata keçirilir. Uşaqların təlim-tərbiyəsində məktəbəqədər təhsilin önəmini qeyd edən millət vəkili Q.Paşayeva bildirib ki, olkəmizdə məktəbəqədər tərbiyə müəssisələri yenidən qurulur, müasir uşaq müəssisələrinin inşası davam edir. Millət vəkili Q.Paşayeva bağçalarda uşaqlarla görüşüb, onlarla ayrıca söhbət edib, hədiyyələr təqdim edib, eyni zamanda bağçalarda çalışan tərbiyəçi, müəllimlər və texniki işçilərlə görüşüb, söhbət edib, qayğıları ilə maraqlanıb, müqəddəs Ramazan ayında olduğumuzu vurğulayaraq onlara bütün dualarına çatmalarını diləyib, onlara fəaliyyətlərində uğurlar arzulayıb və müəllifi olduğu kitabları və hədiyyələr təqdim edib.