25-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Millət vəkili Q.Paşayeva MM-in Səhiyyə komitəsində əhalinin sağlamlığı ilə bağlı bir sıra vacib təkliflərlə çıxış edib

18 Yanvar 2019, 22:38
Seçmə
A A
Millət vəkili Q.Paşayeva MM-in Səhiyyə komitəsində əhalinin sağlamlığı ilə bağlı bir sıra vacib təkliflərlə çıxış edib

Paşayeva Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin Səhiyyə komitəsinin ilk iclasında  autizmli xəstələrin problemlərini  qaldırıb və bu sahədə həmin uşaqlara, ailələrə dəstək göstərilməsi üçün proqramlara ehtiyac olduğunu deyib: “Son illər autizm sindromlu xəstələrin sayı ildən-ilə artır. Bu, hər birimizi çox ciddi şəkildə narahat edir və düşündürür.” Millət vəkili qeyd edib ki, ailələr, valideynlər tərəfindən, demək olar ki, hər gün ona və digər millət vəkillərinə bununla bağlı çoxsaylı müraciətlər daxil olur: “Hər gün bununla bağlı müraciətlər alırıq. Bu, çox ciddi məsələdir. İnsanlar, valideynlər övladlarının taleyindən, sağlamlığından ciddi narahatdırlar. Bu insanlara, autizm sindromundan əziyyət çəkənlərə diqqət daha da gücləndirilməlidir.  Ona görə hesab edirəm ki, bu məsələ ilə bağlı Səhiyyə komitəsində ictimai dinləmələrin təşkil edilməsinə ciddi ehtiyac var.”

Millət vəkili antibiotiklərin satışı və istifadəsi məsələsinə toxunub və antibiotiklərin həkim resepti olmadan satılmasının qadağan olunması təklifi ilə çıxış edib və bu məsələnin təcili şəkildə öz həllini tapmasının vacib səbəblərini xüsusi vurğulayıb. Dünyanın bütün  inkişaf etmiş ölkələrində antibiotiklərin həkim resepti olmadan satılmasının qadağan olunduğunu deyən millət vəkili Q. Paşayeva antibiotiklərin həkim nəzarəti olmadan qəbul edilməsinin törətdiyi dəhşətli fəsadlar və onların ölkəmizdə getdikcə daha da artmasını xüsusi vurğulayıb. Əhalinin bu məsələ ilə bağlı geniş marifləndirilməsinə böyük ehtiyac olduğunu xüsusi vurğulayan millət vəkili Q. Paşayeva əhaliyə və apteklərə çağırış edib: “Bəzi insanlar özü və ya ailə üzvləri, uşaqları bir az soyuqlayan kimi, qızdırması olan kimi apteklərə gedib tez sağalmaq üçün antibiotik alırlar. Bəziləri qonum-qonşusunun tövsiyyəsi ilə “yaxşı təsir edir, filan antibiotiki ver” deyib alır və ona lazım olub-olmadığının, dozasının fərqində olmadan istifadə edir. Bölgələrdə bir sıra aptek işçiləri və ya ali tibb təhsili olmayan orta tibb işçiləri də belə məsləhətlərdə təəssüf ki çox fəal olurlar. Aptekə gedib görəsən tez sağalmaq üçün nə daha təsirli hansı dərmanı alsam yaxşı olar deyəndə böyük həvəslə antibiotik məsləhət görən aptek əməkdaşları da az deyil. Antibiotikdən bu cür istifadənin ağır nəticələrini isə bir az sonra həmin insan ya özü, ya da ailə üzvləri çəkir. Bir neçə eşitməsində ciddi problem yaşayan uşaqların ailə üzvləri ilə danışanda bəziləri ağlayaraq öz əlimizlə uşağımıza zərər vurmuşuq, antibiotikin doğru istifadə edilməməsinin nələrə səbəb olduğunu bilmirdik deyirlər. Amma təəssüf ki ağır fəsadı aradan qaldırmaq sonra çox gec olur. Ona görə insanlarımızı qorumaq üçün antibiotiklərin həkim resepti olmadan satılması qadağan edilməlidir və mən xahiş edirəm ki, Səhiyyə Komitəsi bu məsələyə böyük diqqət ayırsın. Ayrıca mətbuat və media ilə əhalinin bu istiqamətdə geniş marrifləndirilməsi üçün KİV-lər və müvafiq qurumlarla bilikdə işləri daha da artırmalıyıq “.

Millət vəkili Qənirə Paşayeva Hepatit C-nin yayılmasının artmasının qarşısının alınması: “Getdikcə Hepatit C virusu ilə xəstələnən insanların sayının artması bizi ciddi narahat etməlidir. Hepatit C ağır xəstəliklərin əsasını qoyur və müalicəsi çox çətin və bahalıdır. Hepatit C-yə yoluxan insanların bir çoxunun xəstəliklə mübarizə istiqamətində müalicə alma imkanları çox məhduddur”. Millət vəkili bu istiqamətdə əhalinin marifləndirilməsini və dövlət dəstəyinin daha da artmasını vacib sayır: “Hepatit C-nin getdikcə daha da artması bizi ciddi narahat etməklə bərabər, bu istiqamətdə əhalinin maarifləndirilməsindən tutmuş profilaktik tədbirlərin gücləndirilməsinə və insanların müalicəsi istiqamətində dövlət dəstəyinin genişləndirilməsinə ciddi ehtiyac var. Hepatit C-yə qarşı mübarizədə bu xəstəliyə yoluxan insanların müalicəsinə dövlət dəstəyi qədər də, əhali arasında güclü maarifləndirmə və profilaktik tədbirlərin genişləndirilməsinə ehtiyac var,”- deyə millət vəkili Qənirə Paşayeva bildirib.  “Bu tədbirlər bu virusa yoluxan insanların sayının sürətlə artmasının qarşısının alınmasında vacib məsələlərdən biridir. Bir sözlə, Hepatit C və onun artması bizi ciddi narahat etməli və bu istiqamətdə addımlarımızı daha da sürətləndirməliyik və Səhiyyə komitəsində bu mövzuda ictimai dinləmələrin olması bu işə öz müsbət töhfəsini verə bilər”, – millət vəkili deyib.

Millət vəkili Q.Paşayeva bütün dünyada olduğu kimi ölkəmizdə də vərəmli xəstələrin sayının artdığını söyləyib və buna qarşı güclü mübarizə aparılması istiqamətində Səhiyyə komitəsində bu mövzuda ictimai dinləmələrin aparılmasının öz müsbət töhfəsini verə biləcəyini deyib. Millət vəkili Q. Paşayeva cəmiyyətdə, insanlar arasında depressiya hallarının artmasından narahatlığını bildirib və bu məsələ ilə də bağlı ictimai dinləmələrin keçirilməsinin vacibliyini sözlərinə əlavə edib.

Millət vəkili Q.Paşayevanın təkliflərini komitə sədri, akademik Əhliman Əmiraslanov da dəstəkləyib və bildirib ki, komitə olaraq qaldırılan məsələləri diqqətdə saxlayacağıq.

 

Əvvəlki yazı

“Bizneslə məşğul olan şəxs stomatoloji kabinet açır…” – Deputat

Sonrakı yazı

İki qardaşı öldürənin şikayyəti təmin olunmadı-İş yenidən Apellyasiya Məhkəməsinə qaytarıldı

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.