09-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Millət vəkili Q.Paşayeva MM-də Tovuz rayonunda həllini gözləyən bəzi problemlərdən danışaraq hökumətə çağırış edib

31 May 2019, 18:24
Cəmiyyət, Seçmə
A A
Millət vəkili Q.Paşayeva MM-də Tovuz rayonunda həllini gözləyən bəzi problemlərdən danışaraq hökumətə çağırış edib

Millət vəkili Q.Paşayeva MM-də “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşunun müzakirələrində çıxışında layihəni dəstəklədiyini deyib və cənab Prezidentin rəhbərliyi altında ölkəmizin bütün bölgələrində həyata keçirilən sosial-iqtisadi, sosial layihə və islahatları insanlarımızın dəstəklədiyini xüsusi vurğulayıb və özəlliklə cənab Prezidentin əhalinin sosial-iqtisadi imkanları zəif təbəqəsinə xüsusi diqqətini və bu istiqamətdə görülən işlərin önəmini qeyd edib. Millət vəkili Q.Paşayeva Tovuzda görülən işlər və həllini gözləyən problemlərdən də danışıb, təmsil etdiyi Tovuz rayonunun kəndlərində qazla təminat məsələsinə toxunub və Tovuz rayonunda 1162 abonentin qazla təmin olunmadığını deyib. Millət vəkili deyib: “Cənab Prezident son müşavirəsində Azəriqaz İB-yə əhalinin qazla təminatının yaxşılaşdırılması, verilən təbii qazın keyfiyyətinin, təzyiqin yaxşılaşdırılması və s. ilə bağlı tapşırıqlar verib. Təmsil etdiyim Tovuz rayonunda Sovet dövründə evlərə qaz borusu çəkilib və əhali verilən təbii qaza uyğun ödəməni həyata keçirir. Kəndlərdə müstəqillik dövründə yeni evlər tikilib, yeni məhlələr yaranıb, amma onlara qaz boru xətti çəkilmədiyi üçün təbii qaz verilmir və əhalidən bu boruların öz vəsaitləri hesabına çəkilməsi tələb olunur. Bəzi kəndlərimizdə evlərin 70%-80% təbii qazla təmin olunub, 20-30% yeni evlərə isə qaz boru xətti çəkilmədiyi üçün təbii qaz verilmir. Yeni evlərdə yaşayan insanlarımız veriləcək təbii qaza görə ödəməni həyata keçirməyə hazırdır, lakin onların məhlələrinə, küçələrinə qaz borusunun çəkilməsini həyata keçirə bilmirlər, buna çox insanın kəndlərdə maddi gücü çatmır. Üstəlik prosedurlar özü də asan deyil, çətindir. Ona görə də boru xətlərinin dövlət tərəfindən dövlət vəsaiti hesabına çəkilməsini xahiş edirlər. Eyni kənddə əhalinin bir hissəsinin təbii qazdan istifadə edib, bir hissəsinin edə bilməməsi kəndlərimizdə xeyli sayda insanlarımızın problemidir və onlar bu vəziyyətdən narazılıq edir və xahiş edirlər ki, bu məsələyə qısa zamanda baxılsın və onlara dəstək olunsun. Cənab Prezidentin insanlarımızın sosial rifah halının yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğını nəzərə alaraq, insanlarımız inanır ki, bu məsələ cənab Prezidentə çatdırılarsa, dövlət başçımız insanlarımızın bu istiqamətdə üzləşdiyi problemin həlli istiqamətində də addımların atılması üçün tapşırıqlar verəcək və məsələ qısa zamanda həll olunar. hökumətimizi Müvafiq qurumlarımızı  minlərlə insanın problemi olan bu məsələyə xüsusi diqqət ayırmağa çağırırıq və ümid edirik ki, insanlarımızın adından səsləndirdiyim bu məsələ yaxın zamanlarda öz müsbət həllini tapa biləcək. ”

Millət vəkili Q.Paşayeva MM-də həmçinin 2014-cü ildən tikintisi başlayan, amma bu günə qədər tikintisi başa çatmayan Nizami adına Mədəniyyət Evi ilə bağlı da danışıb və hökuməti bu mədəniyyət ocağının tikintisinin başa çatması üçün qısa zamanda vəsait ayırıb işlərin görülməsinə çağırıb. Millət vəkili Q.Paşayeva deyib ki, artıq 2 ildən çoxdur ki, Nizami adına Mədəniyyət Evinin tikintisi yarımçıq dayandırılıb və əgər qısa zamanda mədəniyyət ocağının tikintisi başa çatmazsa, bu günə qədər həyata keçirilən və yarımçıq qalan tikilinin vəziyyəti daha da pisləşəcək: “Bu günə qədər tikilinin tikintisinin həyata keçməsinə vəsait xərclənib, amma yarımçıq qalma səbəbindən əgər belə davam edərsə, yarımçıq tikili də yararsız hala düşə bilər, bu da nə qədər dövlət vəsaiti itkisi deməkdir. Eyni zamanda rayonun bu mədəniyyət evinə ciddi ehtiyacı var. Ona görə də hökuməti bu mədəniyyət evinin tikinti işlərinin başa çatması üçün vəsait ayırmağa və işlərin sürətlə başa çatdırılması üçün Tovuz sakinləri adından müvafiq qurumlara çağırış edirəm və ümid edirəm ki, bu məsələ qısa zamanda baxılaraq həllinə dəstək göstəriləcək.”

Millət vəkili Q.Paşayeva Tovuzdan yenicə qayıtdığını və orada istixanalarda yetişdirilən kənd təsərrüfatı məhsullarının qiymətləri ilə Bakıda bazar və marketlərdə satılan həmin məhsulların qiymətləri arasında böyük fərqdən də danışıb və müvafiq qurumları bu məsələyə xüsusi diqqət ayırmağa çağırıb: “Kənddə insanlar bütün günü çalışaraq min bir çətinliklə bu məhsulları yetişdirirlər. Amma onlar həmin yetişdirdikləri məhsulları bizim bazarlarda aldığımız qiymətlər ilə müqayisədə həddindən artıq ucuz qiymətə satırlar. Bakıda vətəndaşlarımız isə həmin məhsulları kəndlərdəki qiymətlərlə müqayisədə həddindən artıq baha qiymətə alırlar. Həm məhsulları yetişdirən, həm də alanlar çətinliklə üzləşirlər, amma bir qrup insanlar qiymətlər arasındakı fərqdən istifadə edərək qazanırlar. Məhsullarını özləri yetişdirən insanların öz məhsullarını gəlib satması asan deyil, bir sıra əngəllər var. Ona görə də müvafiq qurumları bu məsələyə diqqət yetirməyə çağırırıq ki, əsas qazananlar kəndlərdə kənd təsərrüfatı məhsullarını yetişdirən insanlarımız və yüz minlərlə sadə alıcılar olsun, bir qrup insan yox.”

Əvvəlki yazı

XAMENEİ-TRAMP DANIŞIQLARI QAÇILMAZDIR?“Durum danışıqlara başlamağa uyğun deyil, seçimimiz müqavimətdir” – Təhlil

Sonrakı yazı

UNEC SOCAR üçün proqnoz hazırlayıb

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

08 Sentyabr 2025, 17:31
Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

08 Sentyabr 2025, 17:29
TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

08 Sentyabr 2025, 17:26
Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55
Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

07 Sentyabr 2025, 13:02
Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

07 Sentyabr 2025, 12:59
İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

07 Sentyabr 2025, 12:57
Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

07 Sentyabr 2025, 12:54
Özbək bloqer diri-diri məzara girdi – Video

Özbək bloqer diri-diri məzara girdi – Video

07 Sentyabr 2025, 12:53
Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

07 Sentyabr 2025, 12:51

Dünənki qəzada sərnişinləri belə xilas edibmiş (VİDEO)

07 Sentyabr 2025, 12:41
Sabah hava necə olacaq?

Leysan yağıb, duman olub

07 Sentyabr 2025, 12:37
Zelenski gecəki kütləvi hücumdan danışdı

Zelenski gecəki kütləvi hücumdan danışdı

07 Sentyabr 2025, 12:28
Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.