03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Millət vəkili Q. Paşayeva bu gün MM-də büdcə müzakirələri zamanı əlillərlə bağlı bir sıra vacib təkliflərlə çıxış edib və hökuməti onlara xüsusi diqqət ayırmağa çağırıb

14 Noyabr 2018, 20:39
Seçmə
A A
Millət vəkili Q. Paşayeva bu gün MM-də büdcə müzakirələri zamanı əlillərlə bağlı bir sıra vacib təkliflərlə çıxış edib və hökuməti onlara xüsusi diqqət ayırmağa çağırıb

Millət vəkili Q. Paşayeva bu gün MM-də büdcə müzakirələri zamanı əlillərlə bağlı bir sıra vacib təkliflərlə çıxış edib və hökuməti onlara xüsusi diqqət ayırmağa çağırıb.

Reportyor.info xəbər verir ki ,Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında 2019-cu il büdcə müzakirələri zamanı “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinin müzakirələri zamanı “son zamanlar Əmək və əhalinin sosial müdafiəsi naziri S.Babayevin rəhbərliyi altında təşkilatın həyata keçirdiyi islahatların və cəmiyyətin həssas təbəqələrinə qurumun yanaşma və iş üsullarını, təqdim etdikləri yeni proqram və layihələri, özəlliklə ölkənin Birinci vitse-prezidenti M.Əliyevanın dəstəyi ilə hazırlanan və yaxın zamanlarda fəaliyyətə başlayacaq “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” – DOST xidmətini  dəstəkləyirik və inanırıq ki, görülən işlər əhalinin, özəlliklə çətin vəziyyətdə olan hissəsi, əlillərin, işsizlərin həyatında müsbət rol oynayacaq” deyib. Millət vəkili Q.Paşayeva eyni zamanda cəmiyyətin həssas təbəqəsi olan fiziki imkanları məhdud insanlarla bağlı onların xahiş və təkliflərini də MM-də səsləndirib və hökumətdən bu məsələlərə də diqqət yetirilməsini xahiş edib:  “Məlum olduğu kimi, 1-ci qrup əlillərə verilən müavinətin məbləği aşağıdır və əlillərin aldığı vəsait onların ehtiyaclarını qarşılaya bilmir. Ona görə də yaxşı olardı ki, 1-ci qrup əlillərə verilən müavinət və təqaüd birlikdə qaldırılsın.  1-ci qrup əlillər ağır xəstəliklərdən əziyyət çəkən insanlardır, iş imkanları yoxdur.  Bütün bunları nəzərə alaraq 1-ci qrup əlillərə verilən müavinətlərin artırılmasına ciddi ehtiyac var. 1-ci qrup əlillərin vəziyyəti doğurdan da çətindir və hökumətdən xahiş edirik ki, onların müavinətlərinin artırılması məsələsinə baxsınlar və həllinə kömək etsinlər”.  Millət vəkili Q.Paşayeva fiziki imkanları məhdud on cəkkiz yaşına çatmayan əlil uşaqların aldığı müavinətin də aşağı olması barədə danışıb və  onun qaldırılmasının vacibliyini vurğulayıb. “Bu uşaqların ehtiyaclarını, sağlamlığı, təhsili, təlimi və s. istiqamətlərı də nəzərə alsaq ailələrin üzərinə düşən çətinlikləri görə bilərik. Onların gündəlik ehtiyacları ilə yanaşı, dərmanlarının alınması, müalicəsi və s. kimi ehtiyacları böyükdür və aldıqları müavinət onları qarşılamaq üçün çox azdır. Ailələrin bu məsələ ilə üzləşdiyi çətinlikləri nəzərə alaraq bu müavinətlərin artırılmasına böyük ehtiyac var. ”

Millət vəkili Qənirə Paşayeva   əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə çıxış edib: “Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqını dövlət ödəsin. Çünki onların çoxu  üçün çox çətindir bu vəsaiti ödəmək. Ona görə də universitetlərdə onların təhsil haqlarından azad edilməsi məsələsinə baxılması çox vacibdir. Bu, sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı.” Millət vəkili Q.Paşayeva eyni zamanda son zamanlar Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin məşğulluq proqramı çərçivəsində gördüyü müsbət dəyişiklikləri dəstəklədiyini bildirib və “inanırıq ki, məşğulluq proqramının həyata keçirlməsi zamanı əlillərə xüsusi diqqət ayrılacaq”  deyib. Millət vəkili Q.Paşayeva çıxışında əlillərin məşğulluğu məsələsinə də toxunub: “Məşğulluq haqqında qanunda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib, amma demək olar ki qurumların əksəriyyəti bu məsələyə riayət etmirlər. Ona görə də əlillər işlə bağlı ciddi problemlə üzləşirlər və dəstək gözləyirlər. Əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqamətində ciddi dönüş yaratmaq üçün ciddi işlər görülməlidir. Əlillər cəmiyyətimizin ən həssas təbəqəsidir və onların iş yeri ilə təmin olunmasına daha çox çalışmalıyıq, onlara dəstəyi ciddi şəkildə artırmaq lazımdır. Əlillərinin işlə təminatı çox vacibdir, çünki bu insanların işlə təminatında üzləşdikləri çətinliklərin həll edilməməsindən ailələri çox əziyyət çəkir, buna görə də müvafiq qurumları bu məsələyə xüsusi diqqət göstərməyə çağırıram və inanırıq ki, Əmək və əhalinin sosial müdafiəsi naziri S.Babayevin rəhbərliyi altında da bu sahə ilə bağlı nazirlik ciddi islahatlar aparacaq və əlillərin işlə təmin olunması ilə bağlı kvotanın yerinə yetirilməsi istiqamətində dövlət və özəl təşkilatlara ciddi təsir mexanizmləri işə salınacaq”. Millət vəkili Q.Paşayeva Qarabağ müharibəsi veteranlarına pensiyaya çıxdıqdan sonra onlara verilən veteran müavinətinin azaldılmasının doğru olmadığı barədə Qarabağ müharibəsi veteranlarının fikirlərini də səsləndirib və onların bu məsələyə baxılması və pensiya çıxdıqdan sonra onlara verilən veteran müavinətinin azalmaması ilə bağlı təklif və xahişlərinə baxılmasını hökumətdən xahiş edib.

Millət vəkili Q.Paşayeva sahibkarlar tərəfindən hüquqları pozulan və əmək müqaviləsi olmadan işləyən işçilərin hüquqları məsələsinə də toxunub və “inanırıq ki, Əmək və əhalinin sosial müdafiəsi nazirimiz bu sahədə də ciddi addımlar atacaq və təşkilatlasr tərəfindən bu cür neqativ hallara yol verilməsi prosesinin qarşısı alınacaq. Bəzi sahibkarlar və təşkilatlar tərəfindən işçilərin hüquqlarının pozulmasının əleyhinəyik. Bu gün özəl sektorda əmək müqaviləsi olmadan çalışan və ya əmək haqları əmək müqaviləsində az göstərilən insanların sayı az deyil. Sabah bu insanlar pensiyaya çıxanda necə olacaq? Eyni zamanda əmək müqaviləsi olmadan çalışan işçilərin sahibkarlar tərəfindən işdən çıxarıldığı zaman öz əmək hüquqlarını müdafiə etmə məsələsi də çox vacibdir və bu məsələyə Əmək və əhalinin sosial müdafiəsi nazirliyi daha da böyük diqqət göstərəcək və bu istiqamətdə ciddi addımların atılacağına son dövrlərdə həyata keçirilən bir çox islahatlar fonunda böyük ümidlər bəsləyirik.”

Əvvəlki yazı

“Azadlıq” qəzetinin ofisində oğurluq olub

Sonrakı yazı

Bələdiyyələrə yeni səlahiyyət verildi –Prezident daha bir dəyişikliyi təsdiqlədi

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.