05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Millət vəkili ölən süpürgəçi qadının övladlarına baş çəkdi, icra başçısı isə ev tikməyə söz verdi – FOTOLAR

04 Aprel 2018, 19:38
Seçmə
A A
Millət vəkili ölən süpürgəçi qadının övladlarına baş çəkdi, icra başçısı isə ev tikməyə söz verdi – FOTOLAR

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə magistral yolu təmizləyərkən avtomobil qəzası nəticəsində həyatını itirən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçisi Cəmilə Salahovanın iki körpə qız övladı Zümrüd və Jalə Məmmədovalar yetim qaldı. Ataları da illər öncə onları tərk etdiyindən hazırda qızlar xalaları Tünzalə Salahovanın himayəsindədirlər. Özü də süpürgəçi işləyən və kirayədə yaşayan tənha qadın anasız uşaqları saxlamaqda çətinlik çəkir. Ağır həyat şəraiti keçirən ailədə azyaşlı uşaqlar belə küçədə sellofan torbaları yığıb sataraq dolanırlar. Onlar təhsil xərclərini ödəməkdə çətinlik çəkirlər.

“Yeni Müsavat” olaraq sosial şəbəkədə bu məsələni ictimailəşdirdikdən sonra bir çox insanlar ailəyə yardım etmək istəyində olduqlarını bildirdilər.

Bu gün isə millət vəkili Qənirə Paşayeva “Yeni Müsavat”ın müxbirləri ilə birgə anasız qalan azyaşlı qızları ziyarət edib, baş verən bədbəxt hadisə ilə bağlı onların kədərinə şərik olub.

Ailənin problemlərini dinləyən millət vəkili onlara ərzaq yardımı və maddi yardım da edib . Həmçinin Sabunçu rayon icra başçısı Adil Vəliyevlə əlaqə saxlayaraq vəziyyətlə bağlı məlumat verib.

İcra başçısı Adil Vəliyev telefon danışığı zamanı bu barədə məlumatlı olduğunu və öz növbəsində Tünzalə Salahova və iki azyaşlı qız üçün ev tikməklə göstəriş verdiyini bildirib. O qeyd edib ki, artıq vəsait ayrılıb və bu ilin iyun ayına qədər ev hazır vəziyyətə gətiriləcək.

Bundan əlavə, millət vəkilinin hüquqi yardımı ilə qızlar rəsmi şəkildə xalaları Tünzalə Salahovanın qəyyumluğuna veriləcək ki, illərdir onları təhdid edən ataları həyatlarına müdaxilə edə bilməsin.

Qeyd edək ki, bir il öncə də “Yeni Müsavat” ailənin acınacaqlı həyat şəraiti bağlı reportaj hazırlamışdı və millət vəkili Qənirə Paşayevanın dəstəyi ilə onlara xeyli maddi yardım edilmişdi.

Sosial şəbəkədəki paylaşımlarımızdan sonra xeyli sayda insan bizə yazaraq, redaksiyamıza zəng edərək yardım etmək istədiklərini bildirdilər.

Bu səbəbdən yardım etmək istəyənlər üçün mərhum Cəmilə Salahovanın bacısı Tünzalə Salahovanın əlaqə nömrəsini qeyd edirik: (050) 376-28-34.

Məğrur Mərd 
Fotolar müəllifindir

  •  

Əvvəlki yazı

Azərbaycanlı qadın “YouTube”un ofisinə hücum etdi: 8 nəfəri yaraladı + FOTOLAR/VİDEO

Sonrakı yazı

Təhqirlərə susub komandada “xərçəng”ə çevrilən deputat – Kəmaləddin Qafarov

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.