05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Millət vəkili Əl Məsimli:”180 manat vətəndaşın real yaşam şərtlərinə uyğun deyil, qaldırılmalıdır”

30 Noyabr 2018, 11:26
Seçmə
A A
Millət vəkili Əl Məsimli:”180 manat vətəndaşın real yaşam şərtlərinə uyğun deyil, qaldırılmalıdır”

Gələn ilin dövlət büdcəsində yaşayış minimumu 180 manat götürülüb. Hökumət bu rəqəmi təqdim edərkən hansı meyarlara əsaslanıb? Hazırki zəruri ərzaq və gündəlik tələbat mallarının qiymətləri ilə ehtiyac meyarı arasında uyğunluq varmı?

Strateq.az-ın bu barədə sorğusunu Milli Məclisin deputatı, iqtisadçı Əli Məsimli cavablandırıb. Onun fikirlərini oxuculara təqdim edirik:

“2015-ci ilin iki şok devalvasiyasından sonra qiymətlər 2 dəfədən çox, yaşayış minimumi isə 2016-cı ildə 5 manat, 2017-ci ildə 19 manat, 2018-ci ildə 18 manat artırılıb. Gələn il üçün isə cəmi 7 manat artırılır. Yəni 2019-cu il üçün yaşayış minimumunu ölkə üzrə 7 manat artırmaqla 173 manatdan 180 manata çatdırılması nəzərdə tutulur. Qiymətlərin indiki səviyyəsində müasir insanın gündəlik tələbatlarının xeyli dərəcədə dəyişdiyini nəzərə alsaq, təbii ki, 180 manat yetərli deyil. Yaşayış minimumunu 7 manat artırmaqla, onu real minimum ehtiyacların səviyyəsinə çatdırmaq olmaz. Ona görə də 180 manat vətəndaşın real yaşam şərtlərinə uyğun deyil, qaldırılmalıdır.

İndikatorlar bir qədər dəyişdirilib, amma yetərli deyil. Məsələn, təkcə onu qeyd etmək yetər ki, ailə üçün cəmi 1 saat internet nəzərdə tutulur. Bazardakı hazırkı qiymətlər və qiymətlərin daim artdığını nəzərə almaqla və indikatorları təkmilləşdirib, müasir normativlərə uyğun daha real ehtiyac meyarı və yaşayış minimumu hesablanılsa, gələn ilin yaşayış minimumu məbləği 180 manat yox, azı 270 manatdan aşağı olmamalıdır.

“Yaşayış minimumu haqqında” Qanunun 4.4. maddəsində deyilir ki, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu aztəminatlılığın həddini müəyyən edir. Deməli, yaşayış minimumundan az götürülən 143 manatlıq ehtiyac meyarının iqtisadi əsası yoxdur və ləğv olunmalıdır.

“Yaşayış minimumu haqqında” Qanunun 5.1. maddəsinə görə, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir. Qanunun bu maddəsi də yaşayış minimumundan az götürülən ehtiyac meyarının iqtisadi əsasınının olmaığını bir daha təsdiq edir. 10 il bundan əvvəl – 2008-ci ildə yaşayış minimumu ilə minimum əmək haqqının nisbəti “Yaşayış minimumu haqqında” Qanunun 5.4. maddəsinin tələblərinə uyğun idi. Minimum əmək haqqı hətta yaşayış minimumundan 7 faiz yüksək idi.

Bu il minimum əmək haqqı 130 manat olmaqla 173 manatlıq yaşayış minimumundan 33 faiz azdır. Dəyişiklik olmasa, gələn ilə bu fərq 38 faizə çatacaq. Bu, sözügedən qanun pozuntusudur. Ona görə də “Yaşayış minimumu haqqında” Qanunun 5.4. maddəsinin tələblərinə uyğun olaraq hökumət öhdəlik götürməlidir ki, məsələn, qarşıdakı 2-3 il ərzində minimum əməkhaqqını ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldəcək. Bu çox vacib məsələdir. Çünki aztəminatlı təbəqənin maaşlarının və s. artırlması, güzəranın pisləşməsinin qarşısının alınması üçün digər şərtlərlə yanaşı, həm də minimum əmək haqqının yaşayış minimumundan yüksək olması təmin edilməlidir”.

Strateq.az

Əvvəlki yazı

İlham Əliyev Gürcüstanın yeni prezidentini təbrik etdi

Sonrakı yazı

Ukrayna xarici vətəndaşların Krıma girişinə qadağa qoydu

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.