Millət vəkili Qənirə Paşayeva Tovuzun kəndlərini ziyarət edib, sakinlərlə görüşüb və onların qayğıları ilə maraqlanıb.
Reportyor.info xəbər verir ki, millət vəkili görüş zamanı sakinləri narahat edən problemlərlə bağlı qeydlər apararaq həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.
Q.Paşayeva onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və sakinlərin bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib.
Q.Paşayeva bir sıra fiziki imkanları məhdud insanları, xəstələri də ziyarət edib, qayğıları ilə maraqlanıb.
Sakinlərlə görüşdə millət vəkili Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə, o cümlədən Tovuzda aparılan quruculuq və abadlıq işlərinin daha da güclənməsi, insanların sosial rifah halının daha da yaxşılaşmasından danışıb, nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
Q.Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, sakinləri maraqlandıran sualları cavablandırıb.