13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Millət vəkili Q.Paşayeva Antalya valisi və bələdiyyə başqanı ilə görüşdə Qarabağ həqiqətləri ilə bağlı tədbirlərin,layihələrin

24 İyul 2018, 16:46
Cəmiyyət
A A
Millət vəkili Q.Paşayeva Antalya valisi və bələdiyyə başqanı ilə görüşdə Qarabağ həqiqətləri ilə bağlı tədbirlərin,layihələrin

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Antalya Böyük Şəhər bələdiyyəsinin başqanı Menderes Türellə görüşüb və turistlərin çox olduğu bu böyük bölgədə Azərbaycanla bağlı, Qarabağ həqiqətləri ilə bağlı tədbirlərin,layihələrin artması barədə müzakirələr aparıb.Görüşdə Antalya Gazeteçiler Cemiyyeti başqanı,Antalya Türk Ocaqlarının rəhbər və fəalları da iştirak ediblər. Gorüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Antalya bələdiyyəsinin Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirib. Menderes Türelin hər zaman Azərbaycana sevgi ilə yanaşdığını xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva Antalya Büyükşehir bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Antalyada Azərbaycanla bağlı küçə, abidələrin daha da artacağına, Azərbaycanla bərabər Türkiyə üçün də böyük xidmətlər göstərmiş böyük ziyalıların xatirəsinə abidə və lövhələrin qoyulacağıba inandığını deyib və Antalya bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı sevdiyini deyən Antalya Büyükşehir bələdiyyəsinin sədri Menderes Türel Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Antalya bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Millət vəkili Qənirə Paşayeva qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək Antalya Gazeteçiler Cemiyyeti və Antalya Türk Ocaqlarının dəvəti ilə Antalyaya gəldiyini və tədbirlərdə çıxış edəcəyini deyib:”Antalyada 5 mindən çox Azərbaycanlı yaşayır. Eyni zamanda burada Akdeniz Universitetində çoxlu sayda gəncimiz təhsil alır. Biz inanırıq ki, siz onların ortaya çıxan məsələ və problemlərinin həllində bu günə qədər olduğu kimi bundan sonra da hər zaman diqqət və qayğı ilə yanaşacaqsınız və bunun üçün sizə təşəkkürümüzü bildiririk”. Millət vəkili Antalya Büyükşehir bələdiyyəsinin sədri Menderes Türel və xanımını Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə dəvət edib.Dəvəti məmnuniyyətlə qəbul edən Antalya Büyükşehir bələdiyyəsinin sədri Menderes Türel Azərbaycana məmnuniyyətlə səfər etmək istədiyini deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Antalya Böyük şəhər bələdiyyə başqanına Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən materiallar hədiyyə edib. O da millət vəkilinə Antalyanın tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları və özünün müəllifi olduğu kitabları hədiyyə edib. Millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Antalya valisi Munir Karaloğlu ilə də görüşüb. Görüşdə Antalya Gazeteçiler Cemiyyeti başqanı Mevlüt Yeni, Antalya Türk Ocaqlarının rəhbər və fəalları da iştirak ediblər. “Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Ümumilli  Lider  Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”-deyən millət vəkili vali ilə söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq  Qarabağ problemindən geniş danışıb. “Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə dönə bilmirlər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqlarımızı işğalından azad edəcəyik.” Qənirə Paşayeva  qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin dünyaya daha geniş şəkildə tanıdılmasında, Azərbaycan-Türkiyə əməkdaşlığının, Türk dünyası birliyinin güclənməsində gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək Antalya Gazeteçiler Cemiyyeti və Antalya Türk Ocaqlarının dəvəti ilə Antalyaya gəldiyini və bu mövzuları özündə əks etdirən tədbirlərdə çıxış edəcəyini deyib. Bu cür tədbirlərin önəminə toxunan Antalya valisi Münir KARALOĞLU öz növbəsində  görüşdən məmnunluğunu bildirib. “Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq.”  Millət  vəkili valini ölkəmizə dəvət edib. Antalya  valisi  Azərbaycana səfər etməkdən böyük sevinc duyacağını deyib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edərək Azərbaycanla Antalya arasında əlaqələrinin daha da güclənməsinin də  çox mühüm olduğunu  dilə gətirib: O, Antalyada 5 mindən çox Azərbaycanlının yaşadığı,eyni zamanda burada Akdeniz Universitetində çoxlu sayda gəncimiz təhsil aldığını xüsusi vurğulayaraq biz inanırıq ki, siz onların ortaya çıxan məsələ və problemlərinin həllində bu günə qədər olduğu kimi bundan sonra da hər zaman diqqət və qayğı ilə yanaşacaqsınız və bunun üçün sizı təşəkkürümüzü bildiririk. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Antalya valisinə Azərbaycanın tarixi,  mədəniyyəti ilə bağlı matreialları hədiyyə edib. Antalya valisi də  millət vəkili Qənirə Paşayevaya Antalya ilə bağlı materiallar, kitablar hədiyyə edib.

Əvvəlki yazı

Əfsanəvi Ciu-Citsu usdası Roysi Qreysi BAKIDA!

Sonrakı yazı

Əhaliyə BƏD XƏBƏR: Gediş haqqı artırılır – RƏSMİ

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.