15-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

”Millət soruşur ki, ay müdir xanım, yetimlərin malın hara aparırsan?” – Aysundan direktorun ”priton” ittihamına sərt cavab

02 May 2018, 20:14
Gündəm, Sosial
A A
”Millət soruşur ki, ay müdir xanım, yetimlərin malın hara aparırsan?” – Aysundan direktorun ”priton” ittihamına sərt cavab
Müğənni Rəqsanənin qızı Aysun İsmayılovanın 1 saylı Körpələr Evindən uşaqların ərzaqlarının maşınlarla aparılmasını əks etdirən videosu yayılandan sonra həmin xəstəxananın direktoru Nəhayət Əliyeva Criminal.az saytına müsahibə verib. Direktor müsahibəsində videoda əks olunan görüntülərin əslində oğurluq deyil, gözətçisinin yorğan-döşəyi olduğuna inandırmağa çalışıb.
• Rəqsanənin qızı körpələr evindən gizli çəkiliş edib yaydı – BAŞ HƏKİM HƏMİN GÖRÜNTÜLƏRDƏN DANIŞDI

”Aysun oranı pritona çevirib”
”Yetimin çörəyin yemək əclaflıqdır” deyən N.Əliyeva həmin videonu yayan A.İsmayılovanın ünvanına sərt ifadələr işlədib: ”Həmin Aysun müğənni Rəqsanənin qızıdır. Rəqsanə bilmirəm harda qalır, amma qızı nənəsi ilə bizim iş yerinin həyətində kirayədə yaşayırlar. Oranı da pritona çevirib. Belə adamların sözünə inanmaq düzgün deyil axı. Bu qız mənə şər atır, yalandan paylaşım edir. Mən indi sabah bunu məhkəməyə verim, bu da bilsin. Sosial şəbəkələrdən elə də başım çıxmır. Ali savadlıyam, feysbuk və instaqramım da var. Feysbukumda ancaq Mehriban xanımdı, Leyla xanımdı, prezidentimizdi. Mən belə adamları paylaşıram, şoulara baxmıram. Aysunun yaydığı videonu da mənə idmançı Kamil Zeynallı göndəribdi. Özümün xəbərim yox idi. Evimdə yetimin, şikəstin şəkillərini çəkib sizə göndərsəm dəhşətə gələrsiniz. Gecə-gündüz o uşaqları uşaqlarımla yatızdırıram. Türkiyə və Almaniyadan belə gedib onlara yardım edirəm. Nə vaxt Bakıya, Heydər Əliyev Fonduna qonaqlar gəlsə, bizim körpələr evinə gətirirlər. Çünki məndə həmişə vəziyyət qaydasında olur. İki dəfə işçi çıxartmışam, 200 qram ətə görə”.

• Rəqsanənin qızı Azərbaycan səhiyyəsini rüsvay etdi – KÖRPƏLƏR EVİNDƏN NÖVBƏTİ GÖRÜNTÜ

Aysun İsmayılova Criminal.az saytına açıqlamasında bildirib ki, Nəhayət Əliyeva törətdiyi əməlin altından çıxa bilmədiyindən şər-böhtan atır: ”Onun belə bir sübutu var ki mən mənzilidə əxlaqsızlıq edirəm? O adam yaşından-başından utanmırmı? Mənim və ailəm haqda nəsə desə onunla başqa cür danışaram. Prezidentə yazaram ki, o məni şərləyir. Bu insan yayılan videoların altından çıxa bilmir, başqa yollara əl atır. O zaman mən susmaram. Sən kimsən ki, mənim haqqımda belə danışırsan? Allaha şükür ki, bütün qonşular bizi tanıyır. Bu evdə bacımın dayəsi var, ailə dostlrımız var ki, hər gün bizdə olurlar. Bunun sübutu yoxdursa, mən ona böyük problemlər yaradaram.
”Ağzını yummasa, ailəm və mənim haqda artıq-əskik danışasa..”
A.İsmayılovanın sözlərinə görə, N.Əliyevanın kirayə adlandırdığı mənzil 1998-ci ildən atamın olub, beş il əvvəl isə nənəmə hədiyyə edib: ”Bizim evə gələnlər arasında cavan adam yoxdur. Həmin mənzildə iki xalam oğlu, mən və nənəm yaşayırıq. İki adam bizə daim gəlib-gedir. Biri yaşlı qadındır, bir də telejurnalist. Mamamın produseri olub, onun əlində boyümüşəm”.

”Mən o qadını tanımırdım. Vicdanım əl vermədi, hər dəfə o mənzərəni görəndə ağlayırdım. Bu videoları tək mən çəkməmişəm. Bizə gəlib-gedən xanım jurnalist də çəkib. O insan özünü itirib. Ağzını yummasa, ailəm və mənim haqda artıq-əskik danışsa, onunla başqa cür danışacam. Millət ondan soruşmur ki, Aysun kirayədə qalır, yoxsa evində nə edir? Millət ona sual verir ki, ay müdür xanım, yetimlərin malın hara aparırsan? Hərəyə bir söz deyir. O deyəsən şərləmək işi ilə məşğuldur, adını başqasına qoyur. Ağzın yumsun. İyirmi yaşım var. Yalan şey çəkib niyə özümə problem yaradım? Mənim əlimdə faktlar olduğuna və uşaqlara yazığım gəldiyinə görə belə etmişəm. Əgər ürəyim ağrımasaydı, niyə özümü bu problemə qatım ki?” -A.İsmayılova əlavə etdi.
Əvvəlki yazı

Heydər Əliyevin keçmiş mühafizəçisi “Hafka”nı söydüyünə görə vurulub?

Sonrakı yazı

Mərhum jurnalistin bacısı “Qaçqınkom”un yeni sədrinə müraciət etdi – MƏTN

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.