12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

MİKAYIL MÜŞFİQİ GÜLLƏLƏYƏN NKVD CƏLLADI… – Boş gilizləri evində saxlayıb, 96 il yaşayıb, oğlu MTN-də işləyib…

24 Oktyabr 2018, 17:57
Seçmə
A A
MİKAYIL MÜŞFİQİ GÜLLƏLƏYƏN NKVD CƏLLADI… – Boş gilizləri evində saxlayıb, 96 il yaşayıb, oğlu MTN-də işləyib…

Görkəmli Azərbaycan şairi, Stalin repressiyalarının qurbanı olmuş Mikayıl Müşfiqi güllələyən NKVD cəlladı 10 il bundan qabaq şərti adla yerli qəzetlərdən birinə müsahibə verərək edamla bağlı bəzi təfərrüatları açıqlamışdı.

Bunu virtualaz.org-a açıqlamasında şairin ehtimal olunan qalıqlarının Bakının Puta qəsəbəsində, NKVD-nin və daha sonra KQB-nin qeyri-rəsmi məzarlığında aşkarlanması barədə xəbərə münasibət bildirərkən filologiya elmləri namizədi Firudin Qurbansoydeyib.

Firudin Qurbansoyun sözlərinə görə, Müşfiqin qətlini icra edən cəllad uzun ömür yaşayıb – 96 il. Uzun illər Dövlət Təhlükəsizlik Komitəsində çalışıb. “Qətli yerinə yetirən şəxs 2008-ci ildə müsahibə vermişdi, onun müsahibəsi adının dəyişdirilməsi şərtilə yayımlanmışdı. Deyilənə görə Müşfiqin portretini evindən asıbmış, ona atdığı üç güllənin gilizini də ömrünün sonuna qədər saxlayıbmış. Həmin şəxsin oğlunun keçmiş Milli Təhlükəsizlik Nazirliyində yüksək vəzifədə işlədiyi deyilirdi” – Qurbansoy bildirib.

Qurbansoy qeyd edib ki, cəlladın müsahibəsində göstərilənlərə Müşfiqin həyat və yaradıcılığına həsr olunmuş və 2008-ci ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşr edilmiş “Göylərin lacivərd ətəklərində” sənədli povest-kollaj kitabında da verib. Həmin epizodda göstərilir ki, NKVD cəlladı Müşfqi Bayıl həbsxanasının ölüm korpusunda güllələyib, cəsədi isə dənizə atılıb. Ölüm hökmünü icra edən NKVD əməkdaşı Müşfiqə atdığı üç güllənin boş gilizlərini götürüb və özündə saxlayıb.

“Müşfiqin güllələndiyi yer məlumdur, ancaq onun meyitinin harada olduğu haqda fərqli versiyalar var. İnanmaq istərdim ki, tapılan qalıqların şairə məxsusluğu təsdiqlənəcək” – Qurbansoy bildirib.

Qurbansoyun fikrincə, görünür qalıqların Müşfiqin yubileyi ərəfəsində tapılması təsadüf deyil, qismətdir. “Müşfiqlə bağlı sənədli film çəkərkən arxiv sənədlərini oxumaq üçün icazə istədim, mənə 6 saat vaxt verdilər. Demək olar ki, bütün sənədlərin üzünü köçürmüşəm. Müşfiqə güllələnmə cəzasının verilməsi ilə bağlı hökm var, amma harada dəfn edildiyi göstərilmir”, – Qurbansoy deyib.

Firudin Qurbansoy əlavə edib ki, müvafiq analizdən sonra qalıqların Müşfiqə aid olub-olmadığı məlum olacaq. Amma bütün hallarda şairin və Stalin rejiminin digər qurbanlarının məzarları, yaxud qalıqları ilə bağlı araşdırma vacibdir: “Mən Müşfiqin böyük ruhuna inanıram, qalıqlar ona məxsus olacaq”.

Əvvəlki yazı

Eldar Mahmudovun iş ortağının məhkəməsi qapalı keçiriləcək

Sonrakı yazı

Paşinyanın baş nazir namizədliyi qəbul edilmədi

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.