“Qarabağ”ın futbolçusu Miçel Azərbaycanda koronavirusla bağlı durumla bağlı fikirlərini bildirib.
Qol.az xəbər verir ki, ispan futbolçu ölkəsinin “Lavozdeasturias” nəşrinə açıqlamasında deyib ki,
burada 1100-dən çox insan koronavirusa yoluxub: “Aprelin 20-dək evdə qalmalıyıq”.
O bildirib ki, ərzaq almaq üçün gündə yalnız iki saat çölə çıxa bilərlər: “Bunu edərkən sms göndərməliyik”. Miçel qaydaların sərt olduğunu və hər şeyin düzələcəyinə ümid etdiyini vurğulayıb.
İspaniyalı legioner ölkəsi barədə də danışıb: “İspaniyadan görmək istədiyim – ölkəmin çox yaxşılaşmasıdır. Ümid edirəm ki, hər şey daha az ölümlə həll olacaq. Məşqə və futbola ən qısa vaxtda qayıtmaq hamımızın istəyidir”.