“Bakı Metropoliteni” “Sahil” stansiyasında yaranan nasazlıq barədə yayılan məlumatlara münasibət bildirib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov APA-ya deyib “Sahil” stansiyasında sərnişinlərdən biri zərurət olmadan təhlükəsizlik düyməsini sıxıb, nəticədə, eskalator dayanıb: “Dərhal texniki baxış keçirilib, hansısa texniki nasazlıq olmadığı müəyyən edilib. Sərnişinlərdən xəsarət və ya hər hansı bir problemlə bağlı müraciət edən olmayıb. Eskalator qısa müddətdə işə salınıb”.