Bu gün saat 09:25-də “Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyasında insident baş verib.
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin “Report”a verdiyi məlumata görə, gənc oğlan özünü “Həzi-Aslanov” – “İçərişəhər” istiqamətində hərəkət edən qatarın yoluna atıb.
Bununla bağlı maşinistə məlumat verilib və o, qatarı saxlayıb. Qatar yolundakı gərginlik dayandırılıb və oğlan oradan çıxarılıb. Hazırda qatarların hərəkəti normal qaydada davam edir.