“Bakı Metropoliteni” QSC sədri Zaur Hüseynovun oğlunun biznesi və avtomobil kolleksiyası üzə çıxıb.
Reportyor.info xəbər verir ki, “yeraltı dünya”nın şahı olan Z.Hüseynovun övladı Həbib Hüseynzadə Birləşmiş Krallığa təhsil alıb.
Bu haqda blogger Mehman Hüseynov bildirir ki, metro “kralı”nın oğlu elə bu müddətdə özünə Uelsdə şirkət alıb. Üstəlik, daşınmaz əmlaka 8 milyon xərc çəkib.
bp-də mühəndis işləyən bir gəncin bu vəsaitə necə yiyələnməsi maraq doğurur.
Onu da deyək ki, Həbib Edinburq universitetini bitirən il atası metronun rəisi təyin olunub. Buna qədər “Azərişıq” ASC-də sədr müavini idi.
M.Hüseynov deyir ki, onun oğlu həm də avtomobil həvəskarıdır. H.Hüseynzadə “Şevrolet Kamarro” və “Audi S7” markalı avtomobilləri sürür. Hər iki maşının dövlət nömrə nişanı 90 HH 090-dır.
Ancaq Bakı metrosunun rəisinin gəlirləri, biznes kəhkəşanı bununla bitmir. Bu haqda daha sonra…
Gülay