17-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Meşələrdə silahlı ekstremist dəstələr var” – Generaldan açıqlama 

15 Mart 2021, 14:48
Siyasət, Manşet
A A
“Meşələrdə silahlı ekstremist dəstələr var” – Generaldan açıqlama 

Azərbaycan Ordusu bu gündən 10 min nəfərədək şəxsi heyətin iştirakı ilə əməliyyat-taktiki təlimlərə başlayıb. Budəfəki təlimlərə 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Yayılan rəsmi məlumatlarda qeyd olunur ki, təlimlər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilir. Özü də bu təlimlər Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə baş tutacaq.

Möhtəşəm qələbədən sonra ilk dəfə baş tutan təlimlərə dronların cəlb edilməsi də ilkdir. Daha bir ilk isə anti-terror əməliyyatları ilə bağlıdır. Yəni, hərb tariximizdə ilk dəfə olaraq milli ordumuzun şəxsi heyəti anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.

Adətən anti-terror əməliyyatları xüsusi xidmət və hüquq-mühafizə orqanlarının silahlı kontingentinin iştirakı ilə baş tutur. Dronların bu təlimlərə cəlb edilməsi də Qarabağda yeni anti-terror əməliyyatlarının başlaması ilə bağlı müəyyən impulslar verir.

Qars təlimlərindən sonra ordumuzun say-seçmə tərkiblə təlimlər keçirməsi əslində nəyin hazırlığıdır?

Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov Publika.az-a açıqlamasında söyləyib ki, müharibədən sonra bu cür taktiki təlimlər labüddür: “Çünki pilotsuz uçuş aparatları, motodor və morodorların istifadəsində müəyyən texniki yeniliklər var. Eyni zamanda, müharibədən sonra qazanılmış müəyyən təcrübə bu yeniliklər fonunda daha da inkişaf etdirilməlidir. Yeniliklər fonunda müharibədə qazanılan təcrübələr daha da təkmilləşdirilməlidir. Bu cür təlimlər həm də digər qoşun növlərinin özünü təsdiqləməsi üçün keçirilir. Yəni, təlimlərdə digər qoşun növlərinin iştirakı ilə keçiriləcək təlimlərlə daha hansı nəticələr qazanmaq olar. Təlimə qoşulan qüvvələrdə ştatlarda hansı dəyişikliklər edilməlidir. Bunlar araşdırılacaq. Əldə edilmiş nəticələri daha da irəliyə aparmaq üçün bu kimi təlimlər mütləqdir”.

General Y.Aydəmirov qeyd edib ki, ermənilər oturan yerlərdə, meşələrdə müəyyən silahlı ekstremist dəstələr var. Biz hər bir vəziyyətə hazır olmalıyıq: “Elə etməliyik ki, onlar özləri əllərini qaldırıb qalan yaşayış məntəqələrini qaytarsınlar. Onlar son dövrlər sarsaq-sarsaq müşavirələr keçirirlər. Deyirlər ki, vaxtilə Azərbaycandan gedən ermənilərə Xocavənddə evlər tikəcəyik. Bundan başqa, keçmiş qondarma rejimin “bayrağını” götürüb Xankəndinin ortasından keçirlər. Yəqin bu kimi əməlləri birdəfəlik susdurmaq üçün bu işlər hazırlanır. Dəfələrə mediada, mətbuatda da gedib ki, ermənilər bir neçə dəfə Azərbaycanın xəbəri olmadan mülki insanların əlinə silah verərək Ermənistandan Qarabağa göndərir. Bu kimi hallara nəzarət etmək üçün addımlar atıla bilər”.

Generalın sözlərinə görə, Zəngəzur dəhlizinin açılmasını tezləşdirmək üçün də müəyyən məsələlər izlənilməlidir: “Bugünkü vəziyyət elədir ki, hələ də Azərbaycan ərazisində terrorçular qalır. Qanunsuz hərbi birləşmələri susdurub yerinə oturtmaq üçün hər an hər şeyə hazır olmalıyıq. Anti-terror əməliyyatlarını ancaq Azərbaycan Ordusu və digər güc strukturlarının xüsusi təyinatlıları birgə keçirə bilər”.

Görünən odur ki, bu gündən başlayan təlimlər heç də sıradan deyil. Çox güman ki, 10 minlik qoşunun təlimlərdə tökdüyü tər üzümüzə gələn aylarda Qarabağda baş tuta biləcək anti-terror əməliyyatlarında zəfərlə nəticələnəcək.

Əvvəlki yazı

“Başqa çıxış yolumuz yoxdur, dözməliyik!“ – Namiq Məna

Sonrakı yazı

“İntiharın səbəbləri öyrənilməli, aradan qaldırılmalıdır”

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

16 Avqust 2025, 12:12
Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

16 Avqust 2025, 11:15
Trampdan görüşlə bağlı AÇIQLAMA

Tramp: “Razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik”

16 Avqust 2025, 10:54
Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

16 Avqust 2025, 10:51
DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

16 Avqust 2025, 10:43
ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

16 Avqust 2025, 10:37
“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

16 Avqust 2025, 10:34
Messinin zədəsi sağalıb

Messinin zədəsi sağalıb

16 Avqust 2025, 10:31
Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

16 Avqust 2025, 10:29
Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

16 Avqust 2025, 10:26
Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

16 Avqust 2025, 10:24
Trampdan görüşlə bağlı AÇIQLAMA

Trampdan görüşlə bağlı AÇIQLAMA

16 Avqust 2025, 10:21
Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

16 Avqust 2025, 10:20
Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

16 Avqust 2025, 10:18
Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

14 Avqust 2025, 11:55
Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

14 Avqust 2025, 11:51
Zelenski bu gün Starmerlə görüşəcək

Zelenski bu gün Starmerlə görüşəcək

14 Avqust 2025, 11:46
Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

14 Avqust 2025, 11:41
İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

14 Avqust 2025, 11:34
DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

14 Avqust 2025, 11:00

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.