14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Meriyanın tabeliyindəki qurumda 2 milyon manatlıq qanunsuz xərcləmə

15 Aprel 2021, 14:00
Gündəm
A A
Meriyanın tabeliyindəki qurumda 2 milyon manatlıq qanunsuz xərcləmə
Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair auditin nəticəsini açıqlayıb.
APA-nın məlumatına görə, audit  01.01.2019-cu il tarixindən 01.01.2020-ci il tarixinədək dövrü əhatə etməklə, 2020-ci il 31 avqust tarixindən 30 sentyabr tarixinədək keçirilib.
Sənəddə qeyd edilir ki, Suraxanı rayonu ərazisində fəaliyyət göstərən 208, 263, 273 və 277 saylı körpələr evi-uşaq bağçalarının istiliklə təmin olunması mənzil-kommunal sistemi tərəfindən həyata keçirildiyi halda, 4 halda qeyd olunan körpələr evi-uşaq bağçalarının ştat cədvəllərində hər birində 0,5 ştat vahidi olmaqla, ümumilikdə 2 ştat vahidi ocaqçı ştatına görə il ərzində 4787,0 manat vəsait xərc edilib.
Audit nəticəsində məlum olub ki, müvafiq normativlərdə 1-6 yaş kateqoriyasındakı uşaqlara verilməsi nəzərdə tutulmayan 40880,5 manat dəyərində 3408,4 kq kakao məxaricə silinib, 01.01.2020-ci il tarixə olan 70,54 manat məbləğində qalıq isə 2020-ci ildə istifadə edilib. Qida normasının tələblərinə görə, kakao 7-17 yaşlı uşaqlar üçün, 1-6 yaş kateqoriyasındakı uşaqlara isə yalnız dənəvər qəhvə, qəhvə içkisinin verilməsi nəzərdə tutulub. Bundan əlavə, Normalarda yaş qrupundan və müəssisədə qalma saatından asılı olaraq, cəmi verilməli çörəyin miqdarı “buğda çörəyi I növ” və “buğda çörəyi II növ” normasına uyğun verilməli olduğu halda, Normaların tələblərinə əməl edilməyərək, hər iki növ çörəyin əvəzinə yalnız “buğda çörəyi I növ” verilib, 2019-cu ilin yanvar-avqust ayları ərzində ümumilikdə 29129,3 manat məbləğində artıq xərcə yol verilib. Habelə məktəbəqədər təhsil müəssisələri və uşaq evləri üzrə qida rasionunda nəzərdə tutulmamış əlavə 3 adda (sümüksüz mal əti, banan və zeytun yağı üzrə) olmaqla, 715436,2 manat məbləğində ərzaq məhsullarının alışı həyata keçirilib.
Daimi içməli su ilə təmin edilməsinə baxmayaraq, Xəzər rayonunda yerləşən 2 və 213 saylı məktəbəqədər təhsil müəssisələrində çalışan işçilərə su mənbəyindən uzaqda yerləşməsinə görə 20% həcmində əlavə əməkhaqqı ödənilib.
İdarə tərəfindən məktəbəqədər uşaq müəssisələrinə (uşaq bağçalarına) cəlb olunmuş uşaqlar tam dövlət təminatında olmadığı halda, 2019-cu ildə 1 dəstinin qiyməti 47,0 manat olmaqla, ümumilikdə 39668 dəst və ya 1 864 396,0 manat dəyərində geyim formaları (uniformalar) alınmasına büdcə vəsaiti xərc edilib. Sənəddə qeyd olunur ki, əvvəlki audit zamanı da eyni hal qeydə alınmışdı.
“Azərsu” ASC-yə istehlak olunmuş suya görə büdcə vəsaiti ödənildiyi halda, içməli su təminatına görə Suraxanı rayonu üzrə 331 nömrəli uşaq bağçasına 2800,0 manat, Xəzər rayonu 63 nömrəli uşaq bağçasına 70,0 manat, Xəzər rayonu 246 nömrəli uşaq bağçasına isə 3150,0 manat, ümumilikdə 6020,0 manat büdcə vəsaiti ödənilib. Auditlə əhatə olunan ildə məktəbəqədər təhsil müəssisələrində cari təmir işləri üzrə rəsmiləşdirilib, lakin yerinə yetirilməyən işlər (5 halda 9076,3 manat), eyni işə görə təkrar ödəniş (2 halda 8625,5 manat), abadlaşdırma xidmətlərinin göstərilməsi (9 halda 20971,5 manat) adı ilə ümumilikdə 38673,3 manat məbləğində artıq vəsait xərc edilib. Malların (işlərin və xidmətlərin) satınalınmasının ehtimal olunan qiymətləri Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş müvafiq üsullardan istifadə olunmadan müəyyənləşdirilərək malların alışı zamanı 350000,0 manat məbləğində artıq büdcə vəsaitinin ödənişinə yol verilib.
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən auditin nəticələri üzrə akar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə İşçilərin tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq ödənilmiş 5453,0 manat, 1- 6 yaş kateqoriyasındakı uşaqlara dənəvər qəhvə əvəzinə verilmiş kakaoya görə ödənilmiş 40951,0 manat, çörəyin növləri arasında (I növ və II növ) qiymət fərqi üzrə 29129,3 manat, işçilərə su mənbəyindən uzaqda yerləşməsinə görə düzgün olmayaraq ödənilmiş 29207,4 manat (o cümlədən 2020-ci il ərzində 13210,2 manat), istehlak olunmuş suya görə podratçıya artıq ödənilmiş 6020,0 manat, cari təmir, kommunal və kommunikasiya, abadlaşdırma işlərinin yerinə yetirilməsinə görə artıq ödənilmiş ümumilikdə 38673,31 manat, müqavilə şərtlərinə uyğun olaraq xidmətlərin göstərilməsi üzrə gecikdirilmiş günlər üçün hesablanmış cərimə məbləği üzrə 3440,0 manat, 1995-2011-ci illərdə ərzaq məhsullarının alınmasına görə yaranmış 9021,46 manat və Yasamal Qaz İdarəsi üzrə təbii qazın alınmasına görə yaranmış 144,96 manat debitor borc məbləği, malların orta bazar qiymətindən baha alınması hesabına artıq ödənilmiş 350000,0 manat, ümumilikdə 512040,4 manat məbləğində vəsait büdcəyə bərpa edilib.
Eyni zamanda Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş nümunəvi ştat normaları intizamına əməl edilməyərək körpələr evi-uşaq bağçalarının artıq saxlanılmış 2 ştat vahidi ocaqçı ştatının ləğv edilməsinin təmin edilməsi, 01.01.2020-ci il tarixə yaranmış 3 902 404,9 manat məbləğində debitor borc məbləğinin, 872 600,85 manat kreditor borcun bağlanmasının təmin edilməsi tapşırılıb.
Əvvəlki yazı

ABŞ-ın ATƏT nümayəndəsi: Rusiya Krıma 25.000-ə qədər əlavə hərbçi göndərib

Sonrakı yazı

Bələdiyyə sədri 3 min manat cərimələndi

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.