Meksika prezidenti Andres Manuel Lopez Obrador Pentaqonu Meksika hökumətinə casusluq etməkdə ittiham edərək, milli təhlükəsizliyin qorunması üçün donanma və Müdafiə Nazirliyinə aid məlumatların qorunacağını bəyan edib.
Mövzu ilə bağlı Pentaqonun verdiyi açıqlamada ABŞ Müdafiə Nazirliyinin Meksika donanması və ordusu ilə güclü əməkdaşlığa malik olduğu bildirilib və nazirliyə bağlı qurumların bu problemləri müzakirə etdiyi qeyd edilib.
Digər tərəfdən, Meksika mərkəzli insan haqları təşkilatı Centro Prodh tərəfindən dünən edilən açıqlamada, keçən il İsrail mərkəzli NSO Group tərəfindən hazırlanmış Pegasus casus proqramları ilə iki işçinin telefonlarının hədəf alındığı bildirildi.