07-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Mehriban Əliyevanın Moskva səfərinin – İncəlikləri

26 Noyabr 2019, 10:19
Gündəm, Manşet
A A
Mehriban Əliyevanın Moskva səfərinin – İncəlikləri

2013-cü ildən sonra Azərbaycan-Rusiya münasibətlərində aşkar soyuqluq, gərginlik, Moskvadan Bakıya xüsusi təzyiq siyasəti olmayıb. Zamanın sınağından çıxan bu dostluq və strateji əlaqələr Kremlin Bakıya bərk inamını yaratdı.

Anaxeber.info-nun analitik şöbəsi yazır ki, 2013 seçkilərinə qədər Rusiya Azərbaycanla yola getmirdi, bir sıra məsələləri razılaşdıra bilmirdilər. Lakin 2016-cı ildə keçirilən referendumu, 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərini Moskva pis qarşılamadı.

Ardınca prezident İlham Əliyevin həyata keçirdiyi total kadr dəyişikliklərinə, Moskva ilə münasibətləri hər zaman yüksək olmuş PA rəhbəri Ramiz Mehdiyevi işdən azad etməsinə belə Rusiyanın hər hansı intəhası olmadı.

Belə desək, son 6 ildə şimal qonşu ilə aramızdakı buzlar əriyib, ayberqin ucu da görünüb, Moskva ilə anlaşmadığımız hər hansı baryer hələ ki qalmayıb.

Sözsüz, Kremlin könlü istər ki Bakı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da qoşulsun, Gömrük və Avrasiya İttifaqlarına da üzv olsun. Amma hələ ki xülyadır, İ.Əliyev iqtidarda olduğu dövrdə heç vaxt həmin layihələrdə iştirak etməyəcək.

Əslində, Moskva Bakının qarşısında təkidlə belə tələb, seçim də qoymayıb. Eyni zamanda oktyabrda Qoşulmama Hərəkatının zirvə toplantısının paytaxtımızda keçirilməsi və sədrliyin Bakıya verilməsi də istərsə KTMT, istərsə NATO kimi hərbi alyanslardan uzaq durmağa, neytral mövqedə dayanmağa ciddi tramplin oldu.

Buna görə də 2013-cü ildə hakimiyyəti şərti adı “Milyarderlər ittifaqı” olan oliqarxlarla təhdid etmiş Kreml ideoloqları o gün – bu gün daha Bakı ilə şirin dildə danışırlar.

Anaxeber.info-nun təhlilinə görə, Rusiya siyasi rəhbərliyi Azərbaycandakı idarəçilik modelində struktur və kadr dəyişikliklərinə də dözümlü yanaşdı.

Artıq PA-nın deyil, vitse-prezidentlik institutunun idarəçilikdə effektiv mexanizm olduğunu qəbul edirlər. Rusiya elitası da I vitse-prezident Mehriban Əliyevaya Moskva səfərində yüksək münasibətini göstərdi.

Fəxri qarovulun düzülməsi, naməlum əsgərin abidəsinin ziyarət olunması xüsusi qiymətləndirilən dövlətlərə, onların təmsilçilərinə verilən bir protokol hadisəsidir. Odur ki, M.Əliyevaya qoyulan yüksək dəyərin nəticəsiydi ki, protokol hadisəsində istisna yaşandı.

Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, bu gün gerçəkdən də rus əsgərinin o qiyafədə Mehriban xanıma ehtiramını göstərməsi vacib bir komponent kimi təhlilçilərin nəzərlərini özünə cəlb etməkdədir.
Rusiyanın lideri Vladimir Putinin onu “Dostluq” ordeni ilə təltif etməsi də beynəlxalq aləmə nümayiş etdirilən ciddi mesajıydı – artıq Moskva dostunun kimliyinə işarə edirdi.

Eyni zamanda Putin Azərbaycandakı kadr və struktur dəyişikliklərini dəstəklədiyini göstərmiş oldu.
Onunla Əliyeva arasındakı görüşdə Azərbaycan tərəfdən iştirak edən rəsmilərin kimliyinə nəzər yetirəndə mənzərə aydın olurdu – Putin Əliyevin yeni, gənc, mobil, çevik komandası ilə işləməyə etiraz etmir.

Moskva qəbul edir ki, yeni kabinet köhnə qvardiya üzvlərindən heç də pis deyil. Hətta bu görüş haqda Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc detallarına toxunub: “Ölkə daxilində islahatların ən yüksək səviyyədə getməsində onun dəst-xətti, üslubu görünür.

Əminəm ki, Moskva-Bakı arasındakı yeni münasibətlər həm də Mehriban xanımın iştirakı, onun rəhbərliyi, bilavasitə tövsiyələri, belə müzakirələrdə alınan qərarlar səviyyəsində inkişaf edəcək”.

Qeyd edək ki, M.Əliyevaya indiyə qədər Polşanın “Xidmətlərə görə Böyük Komandor Xaç Ordeni”- 2009, Fransanın “Şərəf Legionu Ordeni”- 2010, YUNESKO-nun “Qızıl Motsart” medalı, Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ali Ordeni -2015, Serbiyanın yüksək dövlət mükafatı – “Sreten” Ordeni -2015, Avropa Olimpiya Komitələrinin Ali Ordeni- 2016, Macarıstanın “Xidmətlərə görə Komandor Xaçı” Ordeni verilib.

Putinin “Dostluq” ordeni isə onlardan çox fərqlənir və hər bir siyasi xadimə verilmir. Bu mənada M.Əliyevanın Moskva səfəri Rusiya -Azərbaycan münasibətlərində yeni səhifədir.

Bundan sonra ölkəmizdə rus dilinin inkişafı, tədrisi, mədəni əlaqələrin genişləndirilməsi siyasətində də mühüm işlər görüləcəyi istisna deyil. Bu, vacibdir və şimal qonşumuzla əlaqələrdə hələ bir müddət də narazılıq, inciklik, soyuqluq olmayacaq, Bakını “5-ci kolon”un əli ilə sıxışdırmayacaqlar…

Əvvəlki yazı

Şirvanda başçı müavininin villaları üzə çıxdı – Foto

Sonrakı yazı

12 yaşlı qız dəm qazından öldü

Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir – FOTO

Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir – FOTO

07 Avqust 2025, 16:04
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej – Video

ABŞ-də İlham Əliyevi müşayiət edən kortej – Video

07 Avqust 2025, 15:33
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlib

07 Avqust 2025, 15:31
Tanınmış idmançı FHN-də vəzifəyə TƏYİN OLUNDU

Tanınmış idmançı FHN-də vəzifəyə TƏYİN OLUNDU

07 Avqust 2025, 14:15
“Bu cür iddialar əsassız, boş, axmaq söhbətlərdir” — Artur Rasizadədən açıqlama

“Bu cür iddialar əsassız, boş, axmaq söhbətlərdir” — Artur Rasizadədən açıqlama

07 Avqust 2025, 14:12
7 nəfərin öldüyü qəzadan görüntülər – Foto-Video

7 nəfərin öldüyü qəzadan görüntülər – Foto-Video

07 Avqust 2025, 14:09
Azərbaycan yığmasının 27 yaşlı üzvü vəfat etdi

Azərbaycan yığmasının 27 yaşlı üzvü vəfat etdi

07 Avqust 2025, 13:52
“Qabiliyyət imtahanları jurnalistikaya xidmət etmədi və etməyəcək” — Fadil Paşayev

“Qabiliyyət imtahanları jurnalistikaya xidmət etmədi və etməyəcək” — Fadil Paşayev

07 Avqust 2025, 13:50
DYP sərnişindaşıma fəaliyyəti göstərənlərə müraciət edib

DYP sərnişindaşıma fəaliyyəti göstərənlərə müraciət edib

07 Avqust 2025, 13:24
Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

05 Avqust 2025, 18:08
AHİK endirim fırıldağı edir? – FOTO

AHİK endirim fırıldağı edir? – FOTO

05 Avqust 2025, 18:06
TBMM-də tarixi gün: “Terrorşuz Türkiyə” üçün komissiya işə başladı

TBMM-də tarixi gün: “Terrorşuz Türkiyə” üçün komissiya işə başladı

05 Avqust 2025, 18:04
Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

05 Avqust 2025, 15:39
Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

05 Avqust 2025, 15:36
Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

05 Avqust 2025, 15:33
“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

05 Avqust 2025, 15:31
“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

05 Avqust 2025, 15:27
Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

05 Avqust 2025, 15:23
“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

05 Avqust 2025, 13:38
Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

05 Avqust 2025, 13:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.