Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Ramazan ayı ilə bağlı paylaşım edib.
Reportyor.info xəbər verir ki, paylaşımda deyilir.
“İnsanları xeyirxahlığa, mərhəmətə və şəfqətə, ətrafındakılara, doğmalarına diqqət və qayğı göstərməyə sövq edən müqəddəs Ramazan bayramı münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Hər birinizə möhkəm cansağlığı, sevgi, sevinc və gözəl əhvali-ruhiyyə arzulayıram. Qoy bu bayram ürəklərdə saf niyyətlər və xoş duyğular oyatsın, hər bir ocağa xeyir, rahatlıq və xoşbəxtlik, hər bir ölkəyə sülh və əmin-amanlıq gətirsin!”.