Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva 22 iyul – Milli Mətbuat Günü münasibətilə paylaşım edib.
Reportyor.info xəbər verir ki, Mehriban Əliyevanın rəsmi “İnstagram” hesabındakı paylaşımda bildirilir:
“Hörmətli KİV nümayəndələri! Əziz dostlar!
Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!”