09-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Mehman Əliyev: “Ramiz Mehdiyev və Əli Həsənov həbs olunmalıdır”

02 Sentyabr 2020, 12:45
Gündəm
A A
Mehman Əliyev: “Ramiz Mehdiyev və Əli Həsənov həbs olunmalıdır”

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev növbəti məqalə ilə çıxış edib. Ramiz Mehdiyev bu dəfəki yazısında media sahəsinə toxunub. O mətbuatın problemlərinə görə qınanılması ilə razılaşmayıb. Bildirib ki, media sahəsindəki problemlər həmişə onu narahat edib. 

“Mən bu barədə öz fikirlərimi yazmışam və KİV redaktorları ilə görüşlərimdə də mövqeyimi dəfələrlə onlara çatdırmışam. Administrasiyanın rəhbəri olduğum dövrdə də, indi də Azərbaycan mətbuatının vəziyyəti məni əsla qane etməyib. Onu da qeyd etməliyəm ki, bəzi şəxslərin bu məsələdə zaman-zaman mənə təklif etdikləri dekorativ, aldadıcı dəyişikliklərin qəti əleyhinə olmuşam”, – deyə Ramiz Mehdiyev vurğulayıb.

Ramiz Mehdiyevin mətbuatdakı problemlərdən dolayı məsuliyyəti öz üzərindən atması ictimai mühitdə birmənalı qarşılanmayıb. Çünki media sahəsinin acınacaqlı duruma düşməsində 24 il Prezident Administrasiyasının rəhbəri vəzifəsini daşıyan Ramiz Mehdiyev və Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı hallandırılıb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də mediadakı problemlərə görə Ramiz Mehdiyevlə Əli Həsnovun məsuliyyət daşıdığını bildirib.

“Ramiz Mehdiyev 1995-ci ildə Prezident Administrasiyasının rəhbəri postuna təyin olunub. Buna qədər Azərbaycanda “Azadlıq”, “Yeni Müsavat”, “525-ci qəzet” kimi nəşrlər, “Turan” kimi informasiya agentliyi fəaliyyət göstərib. Bu media orqanları heç kim tərəfindən maliyyələşdirilməyib, öz hesabına fəaliyyət göstərib. Yüzminlərlə oxucusu olub. Media orqanı kimi problemləri qabardıb, ictimaiyyəti narahat edən məsələlərə toxunub və s.

Amma Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri təyin olunandan sonra vəziyyət dəyişdi. Tənqidi medianın sıxışdırılmasına başlandı. Müxtəlif vasitələrlə təzyiqlər edildi. Beləliklə, mətbuatın vəziyyəti başladı pisləşməyə. Bu onu göstərir ki, medianı sıradan çıxarmaq siyasəti yürüdülüb”, – deyə Mehman Əliyev vurğulayıb.

O qeyd edib ki, mətbuatın sıradan çıxarılması siyasətində əsas aparıcı şəxs məhz Ramiz Mehdiyev olub:  “Necə olur ki, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olmamışdan əvvəl medianın vəziyyəti yaxşı idi, qəzetlərin kifayət qədər oxucusu var idi, amma o bu vəzifəyə gələndən sonra vəziyyət dəyişdi?! Onun vəzifəyə gəlişindən sonra köşklər qapandı, qəzetlərin satışına müxtəlif əngəllər törədildi, çap mətbuatının qiyməti qaldırıldı.

İctimai-siyasi məsələlərə, mətbuata Ramiz Mehdiyev nəzarət edirdi. Ona görə də Ramiz Mehdiyev məsuliyyətə cəlb olunmalıdır. Özü də təkcə o yox. Uzun illər ictimai-siyasi şöbənin müdiri olmuş Əli Həsənov da məsuliyyətdən kənarda saxlanılmamalıdır”.

Əvvəlki yazı

Rus qəzetindən cəfəng: Azərbaycana suriyalı muzdlular daşınır? – Rəsmi

Sonrakı yazı

Tramp ermənini axmaq adlandırdı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.