25-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Mehdiyev siyasətə qayıdır, YAP ”vitrini” dəyişir” iddiası

07 İyun 2024, 12:14
Siyasət, Manşet
A A
“Mehdiyev siyasətə qayıdır, YAP ”vitrini” dəyişir” iddiası

Bu gün – iyunun 7-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçiriləcək. Gözlənilir ki, parlament maksimum 3 və ya 4 növbədənkənar sessiya keçirəcək. Belə ehtimal var ki, sonuncu iclasda isə özünün buraxıldığını elan edəcək. 

Milli Məclis son olaraq 2009-cu ilin 9 dekabr iclasında Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı etdiyi müraciətinə əsasən belə bir qərar vermişdi. Gözlənilir ki, bu dəfə də YAP çoxluğu belə bir müraciət hazırlayacaq və növbədənkənar seçkilər üçün Prezidentə müraciət edəcək. Əsas səbəb kimi isə noyabrda keçiriləcək COP29-a hazırlıq göstərilə bilər. Ehtimal edilir ki, seçkilər ya avqustun son həftəsi və ya sentyabrın 1-nə təyin edilə bilər. 

Növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı xəbərlərin intensiv xarakter alması isə ölkənin siyasi həyatında canlanma yaradıb. “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, seçkilərin yaxınlaşması təkcə müxalifət deyil, həm də hakimiyyət daxilində canlanma yaradıb. Belə ki, hakimiyyət komandasında təmsil olunan digər məmurlar da özlərinə yaxın olan bir neçə siyasətçi, iqtisadçı və hüquqşünasın parlamentə gedən yolunu açmağa çalışır. İddia olunur ki, nə qədər qəribə görünsə də, uzun müddətdir siyasətdən kənarda dayanan sabiq PA rəhbəri Ramiz Mehdiyevin birbaşa deyil, dolayı yollarla bəzi adamlarının mandat alması istəyindədir. O da iddia olunur ki, 200-dən artıq YAP üzvünün deputat olmaq iddiası ilə partiya rəhbərliyinə müraciət edilib. Onların arasında hazırda Milli Məclisdə təmsil olunan şəxslərlə yanaşı, çoxdan “arxivə” göndərilmiş köhnə fiqurlar da var. Vaxtilə etimad göstərilərək, icra başçısı təyin olunan Əhəd Abıyev və onun kimi daha bir neçə nəfərin mandat almaq uğrunda qeyri-rəsmi mübarizəyə başladıqları qeyd olunur. YAP funksionerlərindən biri isə sayta deyib ki, hakim partiya bu dəfə özünün namizədlər siyahısına əməlli-başlı “əl gəzdirəcək”. Onun sözlərinə görə, təkcə partiyada deyil, həm də cəmiyyətdə kifayət qədər populyar olan bir neçə YAP-çı “oyundankənar vəziyyət”də qala bilər.

Arzuxan Əlizadə: Azərbaycan dövləti yeni inkişaf mərhələsinə qədəm qoyub

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, partiya fevraldan parlament seçkilərinə hazırlığa başlayıb: “Siyasi Şuranın iclası keçirilib və seçkidə iştirak qərarı verilib. Rayon təşkilatlarına da müvafiq tapşırıqlar var və seçkili qurumların üzvləri ilə namizədlər məsələsi müzakirə edilib. Eyni zamanda bu il bələdiyyə seçkiləridir və ona da hazırlıq gedir. Ona görə partiya daxilində hazırlıq yüksək səviyyədə aparılır. Amma seçki prosesinin necə keçirildiyinin təsirlərini nəticələrdə görəcəyik”. Partiya sədrinin fikrincə, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz uğurdan sonra fərqli parlament olmalıdır: “2019-cu ildə parlament özünü buraxdı və adekat olmadığı elan edildi. Amma 125 nəfərdən 80-dən çoxu yenidən təkrar mandat sahibi oldu. Lakin Qarabağ qələbəsi, yeni siyasi mühitin formalaşması, xarici təhdidlərlə mübarizdə indiki parlament də yenilənməlidir, orada ciddi şəkildə siyasi spektr təmsil olunmalıdır. Azərbaycanın böyük həfədləri var, tək Zəngəzur dəhlizi və nəqliyyat kommunikasiyaları deyil, qərbi azərbaycanlıların qayıdışı proqramı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin bir parçasına çevrilmə, belə bir güclü ölkə olması parlamentini də ona adekvat görünməyə səsləyir. Parlament gündəmin, hadisələrin arxasınca getməməlidir, yeni hədəflər müəyyənləşdirməlidir, indiki parlament isə dediklərimizə uyğun deyil. Dediyimiz siyasi konfiqurasiyaya uyğun Milli Məclis olmalıdır. Ümidvarıq ki, bu məsələlər hakimiyyət tərəfindən nəzərə alınacaq”.

A.Əlizadə hakim partiyanın “vitrin”ində dəyişiklikləri istisna etmir: “YAP hakim partiyadır. Hakim partiya kimi proseslərə təsir imkanı böyükdür. Əfsus ki, az əvvəl sadaladığım məsələlər onların bir çoxuna aiddir. Bir neçə nəfər istisna, əksəriyyət parlamentdə aktivlik göstərmir. Bu baxımdan hakim partiyanın da parlament üzvlərinin dəyişməsinə ehtiyac ola bilər, amma yenə də bu, onların daxili işidir və qarışmaq siyasi etiket nöqteyi-nəzərdən doğru olmazdı. Bütövlükdə ölkə gündəminə uyğun parlament olmalıdır. Bu gün 9 siyasi partiyanın parlamentdə deputatı var, onlar da sədrlərlə təmsil olunur ki, bu da kənardan yaxşı görünmür. Ümumiyyətlə, tək parlament deyil, bütün sahələrdə, idarəetmə dəyişikliklər labüddür. Məsələn, ordumuz Türkiyə modelinə keçib və onun kiçik formasını qurur, eləcə də qardaş ölənin idarəetməsinə keçid edə bilərik, bələdiyyələrin statusunu artırmaq yaxşı olardı, icra strukturları ləğv edilməlidir, Prezidentin yerlərdə təyin olunmuş səlahiyyətli şəxsləri tərəfindən bu işlər görülməli, yerli idarəetmə isə bələdiyyələrə verilməlidir. Əslində bunun üçün referendum olmalı idi, di gəl, bu məsələ gündəmdə olsa da, nə vaxt keçiriləcəyi dəqiqləşməyib. Ona görə də ümumilikdə bir çox sektorlarda islahatlara ehtiyac var və 2020-ci ildən sonra xalqımız daha yaxşı yaşamağa layiqdir”.

Samir Əsədli: “Bu, milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə  vacibdir” - VHP

Samir Əsədli

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli yeni parlament seçkilərində iştirak edəcəklərini qeyd etdi: “Bilirsiniz ki, Milli Məclisdə iqtidar partiyasından sonra təmsilçilik sayı baxımdan ikinci partiya bizik. Şübhəsiz ki, hədəfimiz Milli Məclisdə daha böyük sayda təmsil olunmaqdır.  Artıq seçki hazırlıqlarına başlamışıq, rayon təşkilatlarımızla bu məsələlər müzakirə edilib və indi qərarın verilməsini gözləyirik. Hər halda, seçki COP29 tədbirlərinə qədər keçiriləcək. Bütün məlumatlar, ictimai rəyə ötürülən açıqlamalar, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun sözləri belə düşünməyə əsas verir ki, noyabra qədər seçki olmalıdır. Amma parlamentin növbədənkənar seçkiyə getməsinin təqdimatının necə olacağını deyə bilmərik. Hər bir halda, yeni seçkilərlə parlamentə yeni nəfəs gələcəyini gözləyirik”.

S.Əsədli hesab edir ki, parlamentdə fəal, seçicilərlə davamlı görüşən, ölkənin ictimai-siyasi həyatında aktiv olan, həmişə danışan deputatlar olmalıdır: “Milli Məclis danışmaq tribunasıdır. Ona görə orada 25-30 deputat yox, 125 deputatın hamısı aktiv adamlardan ibarət olmalıdır. Elə deputat var ki, ildə üç dəfə nəsə deyir, eləsi var ki, səsini eşidən olmayıb. O baxımdan parlament yenilənməlidir. Əlbəttə ki, bu yenilənmə Yeni Azərbaycan Partiyasının namizədlər siyahısında da ola bilər. Buna təbii ki, partiya qərar verəcək, amma fikrimcə, hakim partiyanın siyahısından bir neçə çağırış deputat olmuş, yaxud yaş faktoru nəzərə alınacaq şəxslər təkrar namizəd olmaya bilərlər. Mən ad çəkmək istəmirəm, amma bütövlükdə yenilənmə görəcəyimiz istisna deyil. Əsas hədəf budur ki, xalqın istəkləri, problemləri parlament tribunasından daha çox dilə gətirilsin, ölkənin milli məsələləri ilə bağlı müzakirələr daha aktiv şəkildə aparılsın”.

Əvvəlki yazı

Krım, Azov, Krasnodar, Belqorod və Rostov BOMBALANDI

Sonrakı yazı

Spikerdən deputatlara: Bir-birinizə qulaq asın

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.