04-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Mehdiyev erası bitir – Baş redaktorlar

02 Sentyabr 2020, 14:56
Gündəm
A A
Mehdiyev erası bitir – Baş redaktorlar

AMEA prezidenti Ramiz Mehdiyevin son günlər yazdığı məqalələrdə mətbuatın işini təftiş etməsi birmənalı qarşılanmayıb. Akademikin redaktorlara irad tutması, üstəlik, KİV-ləri qeyri-peşəkar davranmaqda günahlandırması ona qarşı geniş cəbhənin yaranmasına səbəb olub. 

Baş redaktorlar Ramiz Mehdiyevin iradlarıyla razıdırlarmı? Onun məqalələri müasir oxucunun maraq dairəsinə düşə bilərmi? KİV-lər gələcəkdə Mehdiyevlə əməkdaşlıq edə bilərlərmi?

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Ramiz Mehdiyevin məqalələrində özünü təmizə çıxarmağa çalışdığını bildirib: “AMEA-nın prezidenti Ramiz Mehdiyev artıq dördüncü dəfədir, öz məqalələriylə cəmiyyətə meydan oxuyur, ideoloji əzələ və güc nümayiş etdirir. Davranışlarından qəzəbli və incik adam təsiri bağışlayan akademik çoxillik siyasi təcrübəsindən, əlindəki elmi resurslardan bəhrələnib həm özünü təmizə çıxarmağa, zərərçəkmiş obrazı formalaşdırmağa, həm də intellektual üstünlüyünü nümayiş etdirməyə çalışır. Bir neçə gün əvvəl mən məsələyə bir cümləlik münasibət bildirmişdim:

“Bu proseslərdən və Siyavuş Novruzovun açıqlamasından sonra Ramiz Mehdiyevin yeganə düzgün qərarı ərizə yazıb Akademiya prezidentliyindən istefa verməsi olardı”. Amma görünür, akademik “mübarizə”ni birmənalı olaraq davam etdirməkdə israrlıdır. Belədə isə onun arqumentlərinə daha bilğili və daha səlahiyyətli şəxslərin cavab vermələri zərurəti ortaya çıxır”.

Ramiz Mehdiyevlə əməkdaşlığa gəlincə, baş redaktor bunun real olmadığını bildirib: “Ramiz Mehdiyev akademiyanın saytında yazılarını onsuz da verir, hamı da baxır, oxuyur, istəyənlər də paylaşır. Heç onun elə bir niyyəti də olmaz ki, bizimlə əməkdaşlıq etsin”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Mehdiyevin fəaliyyətinin mətbuat azadlığını daima boğmaq yönündə olduğunu deyib:

“Ramiz Mehdiyevin yazdıqlarını təbii ki, oxuyuram, amma qəbul etmirəm. Çünki bu insan həm sovet dönəmində, həm müstəillik dövründə Azərbaycanı inkişafa deyil, tənəzzülə istiqamətləndirib. Azərbaycanda mətbuatla bağlı, qeyri-hökümət təşkilatları, diplomatik korpuslarla bağlı tənqidi fikirlərini bəyan edir və mətbuatın azadlığı ideyasını irəli sürür. Həmin insan ömrünün 30 ilini Azərbaycanda mətbuat azadlığının boğulmasına sərf edib.

Bizim kifayət qədər qəzetlərimiz, jurnalistlərimiz var idi. Qəzetlərin bağlanmasının, həmin jurnalistlərin tərki-vətən olmasının səbəbkarı Ramiz Mehdiyevdir. Bunu hamımız bilirik, Azərbaycan kiçik məmləkətdir, hamı kimin hansı mövqe tutduğunu çox yaxşı bilir. Qəzetlərimiz günlərlə məhkəmələrə çəkilirdi və bizə məhkəmələrdə açıq şəkildə deyirdilər ki, bu proseslər R.Mehdiyevin göstərişi ilə həyata keçirilir. İndi nəvəsinə ciddi karantin rejimində toy edib və haqlı olaraq kürəkəni də, qudası da cərimələnib. Özü də etiraf edir ki, haqlı olaraq cərimələnib. Bunun üzərindən mətbuata gəlmək və mətbuatı qınamaq, onu saf-çürük etmək nədir?

Y.V.Çəmənzəminlinin məqaləsindən sitat gətirir, mən o məqaləni orijinaldan oxumuşam. Təbii ki, Azərbaycanda azad mətbuat formalaşırdı, bunun rüşeymləri var idi, o insansa buna imkan vermədi. Elə bilir ki, bu ölkədə hər şey edə bilər, toxunulmazdır. Xeyr, heç kəs toxunulmaz deyil. Hər kəsə əməlinə görə hüquqi və mənəvi qiymət verilir”.

Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə Azərbaycanda Mehdiyev erasının başa çatdığı qənaətindədir: “Cəmiyyətə diş qıcamaq uğurlu taktika deyil. Daha faydalı işlərlə məşğul olmaq lazımdır.

Memuar yazmaq, nəvə-nəticəylə vaxt keçirmək indi Mehdiyev üçün ən yaxşı məşğuliyyət sayılır. Ömür qısadır, sabah, ya da birisigün bu şans əldən çıxa bilər”.

Əməkdaşlığa gəlincə, baş redaktor hesab edir ki, Ramiz Mehdiyev cəmi dörd məqalə ilə maraqsız yazar olduğunu ortaya qoydu: “Manevr imkanları çox məhduddur. Üstəlik, cəsarətsizdir, yazılarında ad çəkmir. Yaradıcılığında sovet ənənəsi özünü açıq büruzə verir.

Mehdiyevin müəllif kimi müasir oxucunun zövqünü oxşaması mümkün deyil. Buna görə də “Yeni Sabah” ailəsi olaraq onu aramızda görməyə həvəsli deyilik. Ötən il məzun olan müxbirlərimiz bizə Ramiz Mehdiyevdən daha çox fayda verirlər. Mən bu “layihəyə” pul xərcləməyin əleyhinəyəm”.

Əvvəlki yazı

“SOCAR” rəsmisi casusluqda ittiham olunur? – İddia

Sonrakı yazı

Əhalinin 68,5 faizi Mehriban Əliyevaya etibar edir – STM

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09
Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

03 Sentyabr 2025, 16:07
“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

03 Sentyabr 2025, 16:05
17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

03 Sentyabr 2025, 16:00
Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

03 Sentyabr 2025, 15:57
Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

03 Sentyabr 2025, 15:55
Qaxda yanğın — VİDEO

Qaxda yanğın — VİDEO

03 Sentyabr 2025, 13:41
Azərbaycanda müğənni narkotikə görə həbs edildi

Azərbaycanda müğənni narkotikə görə həbs edildi

03 Sentyabr 2025, 13:04
Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

03 Sentyabr 2025, 13:02
“Telegram” üzərindən yeni dələduzluq halları müşahidə olunur

“Telegram” üzərindən yeni dələduzluq halları müşahidə olunur

03 Sentyabr 2025, 13:01
Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər

Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər

03 Sentyabr 2025, 12:43
İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı

İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı

03 Sentyabr 2025, 12:32
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub

Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub

03 Sentyabr 2025, 12:30
Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

02 Sentyabr 2025, 10:47
İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

02 Sentyabr 2025, 10:44
Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

02 Sentyabr 2025, 10:27
İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

02 Sentyabr 2025, 10:25

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.