07-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Medica Hospital”da qandonduran iş – Dəhşətli fotolar

05 Avqust 2019, 10:30
Seçmə, Sosial
A A
“Medica Hospital”da qandonduran iş – Dəhşətli fotolar

 

Binəqədi rayonu III mədən 125-ci korpus, ev 10-da yaşayan Mirmövsümov Günel Arif qızı tərəfindən redaksiyamıza Medica Hospitalında ümumi cərrahı Mehriban Məlikovadan şikayət məktubu daxil olub. Şikayətçi Mirmövsümov Günel Arif qızının şikayət məktubunu olduğu kimi oxucuların nəzərinə çatdırırıq:

“Mən Mirmövsümov Günel Arif qızı 08.06.2019-cu il tarixində Medica Hospital klinikasında abdominaplastika və qolgərmə əməliyyatı keçirmişəm. Əməliyyat Medica Hospitalında ümumi cərrah Mehriban Məlikova tərəfindən edilib.

Abdominaplastika və qolgərmə əməliyyatı edilən günün səhəri klinikanın ümumi cərrahı Mehriban Məlikovaya təklif etdim ki, bir neçə gün ağır vəziyyətdən çıxana kimi klinikada qalım.

Lakin Mehriban Məlikova təklifimə baxmayaraq, klinikada qalmağıma bir əsas olmadığını, evə getməyimi dedi. Evə gedən gündən 12 gün qızdırmam oldu və qızdırma içində hər gün klinikanın cərrahı Mehriban Məlikovaya vəziyyətimi whatsappla yazırdım, əməliyyatdan sonra səhhətimdə pisləşmə olduğundan bir neçə dəfə qəbulunda da olurdum.

Eşitdiyim söz yalnız bu idi ki, ət ye, bol-bol su iç. Hətta ümumi cərrah Mehriban Məlikovaya halım, vəziyyətimin yaxşı olmadığını, mənə vitaminlər yazmasını desəm də ancaq cavabı bunlara ehtiyac yoxdur deyirdi. Mehriban Məlikova mənə gah deyirdi karseti bərk bağla, qarnına su gələr, gah da deyirdi niyə bərk bağlamısan, tikişin yeri qaralıb.

Əməliyyatımın 6-cı günü drenajı çıxartmaq istədi. Təklif etdim ki, hələ çıxarmayın, möhtəviyyat gəlir. Dedi, mənə ağıl öyrətmə və çıxart. 12-ci günün tamamında güclü qızdırmadan sonra səhər durdum ki, qarnımın tikişlərindən və qollarımdan çirk gəlir.

Həkimə dərhal video şəklində atdım, cavabında eybi yox, olur belə şeylər dedi. Təcili yardım gəlib və qolumdan çirk gəldiyini, tikişlərin aralandığını dedi. Həkimə zəng etdik, eşitdiyim cavab bu oldu ki, əllərini mənim xəstəmə vurmasın. Qeyd edim ki, həkim Mehriban Məlikova ilə olan bütün yazışmalar, video görüntülər və şəkillər var.

Bundan başqa, mənim razılığımı almadan instagram səhifəsində məni əməliyyat edən vaxtı canlı yayım açaraq video əməliyyatı izləyiciləri ilə bölüşüb.

Daha sonra həkim, ümumi cərrahı Mehriban Məlikovaya ağır vəziyyətdə məndən yaradan pis qoxu gəldiyini yazdım, şəklini ona atdım, yenə mənə ət ye yazdı.

Səhəri gün getdim klinikaya, həkim artıq özünün dediyinə görə Gürcüstan, Türkiyə, gah da eşitdim Almaniyadadır. Tibb bacısı müdavilə edib, evə yola salsa da, qoxu daha da kəskinləşdi. Həkimə yazdım, bu barədə yazdı ki, klinikaya müraciət edim, mənə kömək edəcəklər.

Qeyd edim ki, klinikaya ağır vəziyyətdə qarın tikişlərim açılmış vəziyyətdə, qol tikişlərim açılmış vəziyyətdə getmişəm. Qol tikişimin yenidən tikilməyini təklif etsəm də, ehtiyac olmadığını, bitişəcəyini, çoxlu ət, balıq, toyuq və bol-bol su içməyim deyilib. Bir də toz şəklində dərmanın tökülməsi məsləhət verildi.


Son nəticə onu yazmaq istəyirəm ki, Medica Hospitalın baş həkimi Abbasət doktor olmasaydı, mənim nekrozlaşmış yaramı bərpa etməsəydi, artıq həyatda yox idim. Qeyd edim ki, mən bu vəziyyətdə olan onun yeganə xəstəsi deyiləm. Əməliyyatımın 2 ayı bitməyinə az bir vaxt qalsa da, mən hələ də açıq yara ilə gəzirəm, qollarımın tikişləri hələ də bitişməyib, çox kobud çapıqları qalıb. Səhhətim yerinə deyil. Azyaşlı övladım var, ona baxmağa səhhətim imkan vermir.

Sonda mənə dəymiş maddi ziyanın (əməliyyat vaxtı M.Melikovaya 2100 (iki min yüz) AZN və sonrakı müalicələrim üçün çəkdiyim 1500 (bir min beş yüz) AZN) və mənəvi ziyanın ödənilməsi üçün köməklik edəsiniz.”

Məsələ ilə bağlı Medica Hospital klinikasında ümumi cərrahı Mehriban Məlikova ilə telefon əlaqəsi yaradıq. Həkim Mehriban Məlikova bizə Türkiyədə Cərrah Paşa Hospitalında əməliyyatda olduğunu və sentiyabr ayında Bakıya qayıdacagını bildirdi.

Şikayətçi ilə bağlı sualımıza cavabı isə bu oldu ki, “Siz həkim deyilsiniz, xəstəni də göndərin klinikaya ordakı həkimlər ona kömək edəcək.”

Biz xəstənin Sizə verdiyi pulu tələb edir və Sizdən şikayəçi olduğunu bildirdik də, Mehriban Məlikova bizə “Siz hüquq mühafizə orqanı deyilsiniz, ona görə bu iş sizlik deyil” deyib, telefonu söndürdü. (millətinsəsi.info)

Əvvəlki yazı

“Sədərək” yanğını: 15 DİN və FHN işçisi zəhərlənib

Sonrakı yazı

“Azərişıq” hərəkətləndi: güclü küləyə görə…

Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir – FOTO

Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir – FOTO

07 Avqust 2025, 16:04
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej – Video

ABŞ-də İlham Əliyevi müşayiət edən kortej – Video

07 Avqust 2025, 15:33
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlib

07 Avqust 2025, 15:31
Tanınmış idmançı FHN-də vəzifəyə TƏYİN OLUNDU

Tanınmış idmançı FHN-də vəzifəyə TƏYİN OLUNDU

07 Avqust 2025, 14:15
“Bu cür iddialar əsassız, boş, axmaq söhbətlərdir” — Artur Rasizadədən açıqlama

“Bu cür iddialar əsassız, boş, axmaq söhbətlərdir” — Artur Rasizadədən açıqlama

07 Avqust 2025, 14:12
7 nəfərin öldüyü qəzadan görüntülər – Foto-Video

7 nəfərin öldüyü qəzadan görüntülər – Foto-Video

07 Avqust 2025, 14:09
Azərbaycan yığmasının 27 yaşlı üzvü vəfat etdi

Azərbaycan yığmasının 27 yaşlı üzvü vəfat etdi

07 Avqust 2025, 13:52
“Qabiliyyət imtahanları jurnalistikaya xidmət etmədi və etməyəcək” — Fadil Paşayev

“Qabiliyyət imtahanları jurnalistikaya xidmət etmədi və etməyəcək” — Fadil Paşayev

07 Avqust 2025, 13:50
DYP sərnişindaşıma fəaliyyəti göstərənlərə müraciət edib

DYP sərnişindaşıma fəaliyyəti göstərənlərə müraciət edib

07 Avqust 2025, 13:24
Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

05 Avqust 2025, 18:08
AHİK endirim fırıldağı edir? – FOTO

AHİK endirim fırıldağı edir? – FOTO

05 Avqust 2025, 18:06
TBMM-də tarixi gün: “Terrorşuz Türkiyə” üçün komissiya işə başladı

TBMM-də tarixi gün: “Terrorşuz Türkiyə” üçün komissiya işə başladı

05 Avqust 2025, 18:04
Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

05 Avqust 2025, 15:39
Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

05 Avqust 2025, 15:36
Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

05 Avqust 2025, 15:33
“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

05 Avqust 2025, 15:31
“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

05 Avqust 2025, 15:27
Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

05 Avqust 2025, 15:23
“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

05 Avqust 2025, 13:38
Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

05 Avqust 2025, 13:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.