25-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Media Klubu internet medianın problemlərini müzakirə etdi – FOTOLAR

09 İyun 2018, 23:53
Sosial
A A
Media Klubu internet medianın problemlərini müzakirə etdi – FOTOLAR

Bu gün Media Klubunun (MK) növbəti toplantısı keçirilib. Toplantıda “İnternet media: problemlər və perspektivlər” mövzusunda MK-nın üzvü, qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət məruzə ilə çıxış edib.

Məruzəçi qeyd edib ki, ölkədə internet medianın dəqiq statistikası mövcud olmasa da, təxmini hesablamalara görə, ölkədə 300-dən yuxarı xəbər saytı var.

Məruzəçi internet medianın problemlərini bir neçə qrupa ayıraraq, ilk növbədə qanunvericilik sahəsinə toxunub:

“Media Klubunun ötən toplantısında ekspert Ələsgər Məmmədli bu mövzuda ətraflı hesabatla çıxış edib. Hesabatda bildirilirdi ki, 2007-ci ildən KİV haqqında qanuna 13 dəfə məhdudlaşdırıcı xarakterli dəyişikliklər edilib. 2017-ci il fevralın əvvəllərində İnternet mediaların bloklanması və bağlanması üçün hüquqi əsas yaradılıb. Bütün bunlar Rabitə Nazirliyinə saytları bloklamaq imkanı verib. Həmin dövrdən ölkədə 40-dan çox sayt bloklanıb”.

Məruzəçi çıxışında internet medianın digər problemləri kimi xəbərlərin əhatə dairəsi və məzmun-mövzu probleminə, internet medianın maddi-texniki bazasının zəif olmasına, reklam bazarının monopoliyada olmasına, habelə server-təhlükəsizlik və kadrların hazırlıq səviyyəsinə toxunub.

Azərbaycanda medianın əksəriyyəti resursların saxlanması üçün xarici servislərdən, o cümlədən AFR və ABŞ serverlərindən istifadə edir. Bu, xaricə böyük vəsait axmasına gətirib çıxarır. Bu, saytların açılmasının sürətinə, xidmət keyfiyyətinə də təsir edir.

1528552221_2

Azərbaycanda bu sahədə özəl şirkət, demək olar ki, yoxdur. Eyni zamanda, 2000-ci ildən fəaliyyət göstərən, Qafqazda ən böyük Data mərkəzə malik olan Delta Telekom şirkəti imkanlarının 10%-dən istifadə edir.

2016-cı ildə Rabitə Nazirliyi nəzdində açılmış Regional Data və beynəlxalq kommunikasiya mərkəzi əsasən dövlət qurumlarına xidmət edir, özəl qurumlara təklif olunan qiymətlər isə rəqabətədavamlı deyil.

Serverlərin xaricdə olması on-layn medianı kibertəhlükəsizlik nöqteyi-nəzərdən zəif edir.

Ölkədə həmçinin İT sahəsində informasiya təhlükəsizliyi və texniki xidmət sahəsində peşəkar kadr çatışmazlığı da hiss olunur.

1528552156_3

Onlayn medianın reklam bazarı da məhdudlaşdırılıb, bu da iqtisadiyyatın inhisarlaşması ilə bağlıdır. İnternet-medianın saxlanması sahəsində də böyük problemlər var. İfadə azadlığının məhdudlaşdırılması, zəif maddi-texniki baza həm əhatədə, həm də məzmunun keyfiyyətində əksini tapır.

Bir çox media ifadə və informasiya əldə etmək azadlığının məhdudlaşdırılmasına görə kriminal, məişət zorakılğı və “sarı” xəbərlər hesabına oxucu yığmaq məcburiyyətindədir.

İctimai-siyasi mövzularda, demək olar ki, debat yoxdur. Məzmunun məhdudluğuna görə bir çox saytlar bir-birinə oxşayır.

Jurnalist araşdırmaları, reportaj kimi janrlar, demək olar ki, yoxa çıxır. Zəif maddi-texniki baza ilə əlaqədar Azərbaycan internet-medialarının informasiya yaymaq üçün müasir texnologiyalar – mobil proqramlar, 3D texnologiyalar əsasında multimedia xidmətləri, istənilən qurğulara uyğun olan dizaynlar və s. əldə edə bilmirlər.

1528552139_01

Məruzədən sonra dəyirmi masa iştirakçıları fikir mübadiləsi apardılar. Aparıcı Arif Əliyevin “Vəziyyətdən çıxmaq üçün hansı addımlar atılmalıdır?” ritorik sualına cavab olaraq iştirakçıların əksəriyyəti dövlətin kütləvi informasiya vasitələrinə, o cümlədən internet mediaya münasibətdə siyasətinin dəyişdirməsinin vacibliyini bildirdilər.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev bildirib ki, KİV-in bu problemə uzun illər davam edən konstruktiv münasibət təcrübəsi uğursuz olub. Çünki bütün bu təşəbbüslər Prezident Administrasiyası tərəfindən qəbul edilməyib.

“2005-ci ildə mətbuatın sağlam inkişafına dəstək üçün Bakı Mətbuat Klubunu yaratdıq, ancaq Prezident Administrasiyası bu strukturu dağıtmaq üçün təsisçilərə dərhal təzyiq göstərməyə başladı. Sonra bizim təşəbbüsümüzlə eyni məqsədlə Mətbuat Şurası yaradıldı. O da PA-nın müdaxiləsi nəticəsində Azərbaycan mediasının böhranının təcəssümünə çevrildi. Sonra Prezident yanında KİV-ə Dəstək Fondunun yaradılması təşəbbüsünü irəli sürdük, nəticədə o, böyük bir təşkilata çevrildi, amma mətbuatın inkişafı üçün heç nə etmədi”, – deyə M.Əliyev qeyd edib.

Əliyev xatırladıb ki, ötən il iki oxşar təşəbbüslə çıxış edib, lakin elə ilk təşəbbüsdən sonra həbs olunub.

“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib ki, əslində internet medianın problemləri ilə çap medianın problemləri oxşardır, sadəcə dəyişən informasiya daşıyıcısıdır. Elçin bəy onu da əlavə edib ki, şəxslərin dəyişməsi ilə problemlərin həll olunacağına inanmır, yanaşma dəyişməlidir.

1528552252_4

“Strateq.Az” saytının rəhbəri Elxan Şükürlü isə məruzə ətrafında çıxış edərkən, internet medianın problemi kimi daha iki məqama diqqət çəkib: “Bunlardan biri reket mediadır. Biz jurnalistikanın şərəfini qorumalıyıq. Biz özümüz də bu saytların qanun çərçivəsində bağlanmasında, medianın bu çirkabdan təmizlənməsində maraqlı olmalıyıq. İkinci məsələ isə odur ki, bu gün internet mediada Azərbaycan dili biabırçı bir şəkildə korlanır. Nə qrammatik qaydalara, nə ədəbi dil normalarına əməl olunmur. Yaxşı olar ki, bu məsələ ilə bağlı da ayrıca müzakirə keçirilsin, lazım olarsa bir komissiya yaradılsın, monitorinq aparılsın”.

Media eksperti Qulu Məhərrəmli, müstəqil jurnalist Aydın Canıyev və başqaları da məruzə ətrafında çıxış edərək öz fikirlərini bildiriblər.

Qaynarinfo.az

Əvvəlki yazı

CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ SİLAHLI İNSİDENT – Əsgər güllə yarası alıb

Sonrakı yazı

Qənirə Paşayeva gəncləri erməni yalanları ilə mübarizədə daha fəal olmağa çağırıb

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.