23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Media.Az-ın baş aşpaz Metin Kadıkla müsahibəsi: “Veqanlar üçün braunilər və avokado tartaletləri” – FOTO

10 May 2023, 17:12
Cəmiyyət
A A
Media.Az-ın baş aşpaz Metin Kadıkla müsahibəsi: “Veqanlar üçün braunilər və avokado tartaletləri” – FOTO

Bakıda, Xəzər dənizinin sahilində, mənzərəli dəniz qəsəbəsi olan “Sea Breeze Resort”un ərazisindəki “Nine Senses” incəsənət mərkəzində yerləşən “Vida Cafe” restoranında Heydər Əliyev Fondunun vitse-prezidenti, rəssam və şair Leyla Əliyeva və baş aşpaz Metin Kadıkın “Şirin, amma şəkərsiz” adlı birgə kitabının təqdimatı olub.

Kitab kağız və elektron versiyada olmaqla dörd dildə – Azərbaycan, rus, ingilis və türk dillərində nəşr olunub.

Bütün insanların, o cümlədən özlərinin sağlamlığının qayğısına qalan müəlliflər sağlam inqrediyentlərə əsaslanan və təbii dadlandırıcıların istifadə olunduğu reseptlər təklif edirlər. Elə reseptlər ki, çox vaxt yalnız peşəkar kulinariya mütəxəssislərinə məlumdur.

Media.Az Türkiyə, Dubay və Banqkokdakı restoranların mətbəxlərinə rəhbərlik edən, tanınmış aşpaz Metin Kadıkdan müsahibə alıb. Hazırda o, Azərbaycanda yaşayır və işləyir, “Vida Cafe Baku” restoranında baş aşpaz kimi fəaliyyət göstərir.

– Metin bəy, nə qədər müddətdir Bakıda çalışırsınız?

– Son iki ildir. Bütün bu müddət ərzində mən sağlam yeməklərin hazırlanması üzrə ixtisaslaşıram. Çox zəngin milli mətbəxin olduğu Azərbaycanda buna nail olmaq asan deyil. Lakin mövsümi meyvə və tərəvəzlərin böyük çeşidi sayəsində biz bununla bağlı nəticə əldə edə bilirik. Ona görə də hazırladığım yeməklərdə məhz mövsümi məhsullardan istifadə etməyə, mümkün qədər emal olunmuş qidalardan uzaq durmağa çalışıram.

– Leyla Əliyeva ilə tanışlığınız necə olub?

– Leyla xanımla məni bir araya gətirən məhz düzgün qidalanma mövzusu oldu. Sağlam və balanslaşdırılmış qidalanma onunla daim müzakirə etdiyimiz mövzulardır. Sağlam qidalanmağa həsr olunmuş kitab ərsəyə gətirmək ideyası da belə yarandı.

Biz istədik ki, hər kəs üçün əlçatan olan reseptləri paylaşaq, həmçinin yeməklərin hazırlanması üçün istifadə olunan inqrediyentləri tapmaq asan olsun və hər kəs onları öz evində bişirə bilsin.

Mən bu restoranın baş aşpazı kimi hər bir yeməyə xüsusi qayğı və diqqətlə yanaşmağa, boşqabda sənət əsəri yaratmağa çalışıram.

– Leyla xanımın ən çox sevdiyi yeməklər barədə danışa bilərsinizmi?
– Leyla xanım sağlam və balanslaşdırılmış qidalanmaya böyük diqqət yetirir. Onun sevdiyi yeməklərdən danışsaq, bunlar mövsümi meyvə-tərəvəzlər əsasında hazırlanan yeməklərdir.

– Bəs şirniyyat necə?

– Leyla xanım da hamı kimi, şirniyyatı çox sevir, lakin şəkərsiz desertlərə üstünlük verir. Onun ən çox sevdiyi şirniyyata gəlincə, bu, yəqin ki, veqanlar üçün brauni və avokado tartaletləridir.

– Bəs öz sevimli yeməkləriniz barədə nə deyə bilərsiniz? Milli mətbəximizdən nələrə üstünlük verirsiniz?

– Mən düşbərəni, turşuları və müxtəlif plov növlərini sevirəm. Həmçinin Türkiyədə vərdiş etdiyim yeməklərin bir az fərqli də olsa, Azərbaycanda hazırlandığını görmək mənə çox xoşdur.

Əvvəlki yazı

Nazir Çavuşoğlu iranlı həmkarı Abdullahiyan ilə görüşüb

Sonrakı yazı

Tayvanda inşaat kranı metroya düşüb: 1 nəfər ölüb, 8 nəfər yaralanıb

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.