Filippinin Bikol bölgəsindəki Albay əyalətində yerləşən Mayon vulkanı bir həftədir ki, kül və tüstü püskürür. Vulkan fəaliyyətinə görə həftəsonundan bu yana vulkanın ətrafındakı rayonlardan 13 min insan təxliyə edilib. Səlahiyyətlilər yaxın günlərdə vulkanik aktivliyin güclənəcəyini və təxliyələrin artacağını gözlədiklərini açıqlayıb.
Filippin Vulkanologiya və Seysmologiya İnstitutundan verilən açıqlamada lava axınının davam etdiyi vulkanın ətrafında son 24 saatda 21 təkan baş verdiyi, 260 qaya parçasının uçduğu bildirilib.
Digər tərəfdən, yerli hakimiyyət orqanları turistlər üçün vulkanın görünə biləcəyi baxış nöqtələri təyin edib. Ölkədə turistlər vulkandakı vulkan fəaliyyətini izləmək üçün nəzərdə tutulmuş yüksək ərazilərdə düşərgələr qururlar.
Mayon vulkanında vulkanik fəaliyyətlə əlaqədar xəbərdarlıq səviyyəsi iyunun 8-də 3-ə qaldırılıb.
Filippindəki 24 aktiv vulkandan biri olan Mayon vulkanı 1814-cü ildə püskürüb və 1200 nəfər həlak olub.