24-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Mayda əfv və amnistiya olacaq-Hüquq müdafiəçisi

18 Aprel 2018, 02:27
Gündəm
A A
Mayda əfv və amnistiya olacaq-Hüquq müdafiəçisi

Gələn ay Azərbaycanda amnistiya aktının qəbulu və əfv sərəncamının veriləcəyi gözlənilir. Mayın 10-da mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illiyi və 28 mayda Xalq Cümhuriyyətinin yaranmasının yüz illiyi ilə əlaqədar belə önəmli qərarlara şahidlik edə bilərik.

Bu günlərdə AŞ PA həmməruzəçilərinin iyunun ilk yarısında ölkəmizə səfər edəcəkləri barədə xəbərlərin yayılmasının təsadüf olmadığı vurğulanır. Əslində bu səfərin əfv və amnistiyadan sonraya məqsədli şəkildə salındığı və bunlar baş verərsə, həmməruzəçilərin hesabatında bunların əksini tapacağı bildirilir. Məhz bu səbəbdən Azərbaycan iqtidarının Avropa ilə münasibətlərini yaxşılaşdırmaq üçün səfərə qədər əfv sərəncamını imzalayacağı, amnistiya aktının isə qəbul olunacağı qeyd olunur.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı da çox ümidlidir: “Həmməruzəçilərin səfəri təəccüblü deyil. Bu sadəcə onların işgüzar səfəridir. Onlar zaman-zaman Azərbaycana gəlirlər. Bakıda olduqları zaman dövlət rəsmiləri, hüquq müdafiəçiləri və mətbuat nümayəndələri ilə görüşürlər. Topladıqları məlumatları illik hesabatlarına daxil edirlər. Azərbaycan Avropa Şurasına daxil olandan belə səfərlər çox olub, bundan sonra da olacaq. İndi əsas olan bu səfərin nə ilə nəticələnəcəyi barədədir. Bu suala cavab vermək üçün səbirsizliklə may ayını gözləməliyik. Biz də gələn ay əfv və amnistiyanı gözləyirik. Sızan məlumatlara əsasən, bu olmalıdır. Mənə elə gəlir ki, Azərbaycan böyük bir bayram astanasında olduğu üçün əfv və amnistiya çox yerinə düşmüş olardı. Hər halda Cümhuriyyətin yüz illiyi hər zaman olmur.Humanistliyi özündə birləşdirən bayramda bu qərarların olması çox sevindirici olardı. Ümid edirəm ki, bunlar baş verdikdə Əfv Komissiyasına göndərdiyimiz siyahı, eləcə də, prezidentə çoxsaylı şəxslərin imzaları ilə ünvanladığımız məktubdakı xahişimiz nəzərə alınacaq.

Siyahımızda olan şəxslərin böyük qisminin azad ediləcəyinə inanırıq. Bu həmməruzəçilərin iyun səfərinə hökmən təsirini göstərəcək. Bizə məhbuslar tərəfindən hazırda da ərizələr gəlməkdədir. İşçi Qrupu tam tərkibdə toplana bilməsə belə, ora daxil olan hüquq müdafiəçiləri hər həftə toplaşırlar. Şikayətlərə baxaraq, lazımı instansiyalara məktublarımızı göndəririk. Amma söhbət hazırlanan müxtəlif siyahılardan gedirsə, deyə bilərəm ki, bizim siyahı daha yığcamdır. Bu baxımdan siyahımızın nəzərə alınacağına ümid edirik. Bu mütləq olmalıdır, bundan o yana heç nə qalmayıb. Siyasi məhbus problemi Azərbaycan üçün birdəfəlik qapanmalıdır. Bundan sonra həmməruzəçilər Azərbaycana gələndə onların əsas məqsəd qayəsi Qarabağ olmalıdır, siyasi məhbus problemi yox. Çiynimizdə on illərlə daşıdığımız yükdən azad olmalıyıq. Bunun üçün beynəlxalq təşkilatların yardımı çox vacibdir”.

Əvvəlki yazı

Dünyanın ən sirli ərazisi – Bu adaya gələnlər yoxa çıxır – FOTOLAR

Sonrakı yazı

Əli Kərimli:“Yalnız bu şərtlə növbədənkənar parlament seçkilərində iştirak edə bilərik”

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.