Qayda pozduğuna görə ictimai müzakirələrə səbəb olan 90 AA 013 nömrəli “Maybach” kimə aid olduğu üzə çıxıb. Reportyor.info jurnalist Samir Feyruzova istinadən xəbər verir ki, söhbət avtobus zolaqlarının tələblərini pozan 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobildən gedir.
Bu haqda saytlarda da məlumat dərc olunub. .
Bəlli olub ki, 90 AA 013 dövlət nömrə nişanlı avtomobil “Bakı Klinikası”nın sahibi Aytən Quliyevaya məxsusdur. Klinikanın əsl sahibi isə AMEA-nın prezidenti Ramiz Mehdiyevdir.
Onu da qeyd edək ki, Azərbaycanın “Diamed-Co” adlı ilk şpris zavodu da A.Quliyevaya məxsusdur.