“Maştağa Ruhi Əsəb Dispanseri xəstələri barədə məlumat vermir. Xəstələrimizin şəxsiyyəti ilə bağlı məxfilik prinipinə riayət edirik”.
Reportyor.info konkret.az-a istinadla xəbər verir ki, bunu dispanserin adının açıqlanmasını istyəməyən əməkdaşı deyib.
O, Səhiyyə Nazirliyi ilə əlaqə yaratmağıı məsləhət görüb. Çoxsaylı cəhdlərimizə baxmayaraq, Səhiyyə Nazirliyinin mətbuat xidməti telefon zənglərimizə cavab verməyib.
Qeyd edək ki, fevralın 13-də paytaxtın Xətai rayonunda öz ailə üzvlərini xüsusi amansızlıqla qətlə yetirən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun Maştağa Ruhi Əsəb Dispanserində müalicə aldığı, br neçə gün əvvəl isə anası – 59 saylı tam orta məktəbin direktoru Pikə Əhmədovanın təkidi ilə xəstəxanadan çıxarıldığı iddia edilir.