19-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Massimo Alberti: “Hələ bizim başımıza belə iş gəlməmişdi…”

15 Sentyabr 2018, 12:51
Seçmə, Banner
A A
Massimo Alberti: “Hələ bizim başımıza belə iş gəlməmişdi…”

Bakının Bilgəh qəsəbəsində, Xəzər sahilində azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun iqamətgahının ərazisində yaşıllaşdırma-landşaft işləri üçün 12 milyon avroluq sifariş alan, amma sonda biznesmenlə məhkəmə çəkişməsinə girən İtaliya şirkəti “Paghera” (Paghera Green Service Societa Agricola S.R.L.) sifarişçinin dələduzluq və mənimsəmə barədə iddialarını rədd edir. Şirkət bildirir ki, indiyə qədər dünyanın onlarla  ölkələrində sifarişlər yerinə yetirib və öz sahəsində ciddi nüfuz, etibar qazanıb. Və heç vaxt bu cür ittihamlarla qarşılaşmayıb, belə qalmaqalla üzləşməyib.

Şirkətin maraqlarını müdafiə edən vəkil Kamandar Nəsibov virtualaz.org-a müraciət edərək saytımızda bu qalmaqalla bağlı dərc edilən araşdırmalardakı bir sıra məqamlarla bağlı fikirlərini bildirib. Vəkil F.Əhmədovun qanuni nümayəndəsinin Azərbaycanın hüquq-mühafizə orqanlarının rəhbərlərinə göndərdiyi şikayət ərizəsində irəli sürülən ittihamları “xarici biznesmeni qorxutmaq cəhdi” adlandırıb.

“Şikayətçi KİV-ə də təqdim etdiyi ərizəsində italiyalı iş adamları Massimo Albertinin və Gianfranco Pagheranın ünvanına ağır ittihamlar irəli sürüb, onlara qarşı “dələduzluq, mənimsəmə” kimi iddialar səsləndirib, xarici iş adamlarını Cinayət Məcəlləsinin konkret maddələri ilə ittiham edib. Əvvəla şəxsin və ya şəxslərin hərəkətlərinin CM-in hansı maddələri ilə tövsif edilməsini müəyyən etmək vətəndaşın yox, hüquq-mühafizə orqanlarının işidir. İndiki halda isə şikayətçi bəribaşdan şəxsin hərəkətinə konkret hüquqi qiymət vermək istəyir. Mən bunu xarici iş adamlarını qorxutmaq, onlara psixoloji təzyiq göstərmək cəhdi sayıram”-Kamandar Nəsibov bildirib.

Vəkil deyir ki, belə “təhdidlər” birinci dəfə deyil. 2017-ci ilin noyabr ayından başlayaraq sifarişçi qismində çıxış edən “Baku Caspian Real Estate Limited” şirkəti “Paghera” şirkətinin rəhbərinə sifarişin yerinə yetirilməsi zamanı meydana çıxan nöqsanların aradan qaldırılması tələbi ilə dörd dəfə pretenziya (irad məktubu) göndərib.

“Paghera”nın sahibi Gianfranco Paghera

“Və hər dəfə də xəbərdarlıq edib ki, siz CM-nin konkret maddələri ilə ittiham oluna bilərsiniz və barənizdə bu maddələr üzrə 15 ilə qədər həbs cəzası verilə bilər. Bu, Azərbaycan qanunlarına bələd olmayan xarici biznesmenlərə psixoloji təzyiq göstərməkdir, mən belə qiymətləndirirəm. Biznesdə tərəfdaşlar arasında hansısa iradlar meydana çıxarsa narazı tərəf əvvəlcə pretenziya göndərir, iradlar həllini tapmısa müqaviləni pozur və məhkəməyə mülki iddia qaldırır. Yəni kommersiya mübahisələrində dərhal götürüb tərəfdaşına cinayət işi qaldırmaq tələbi irəli sürmək praktikası yoxdur. Burada isə sifarişçi dörd dəfə pretenziya təqdim edir və üstəlik icraçını irəli sürülən iradların aradan qaldırılması üçün əraziyə buraxmır. O zaman icraçı nöqsanları necə aradan qaldıra bilərdi?”-vəkil sual edir.

K.Nəsibov deyir ki, tərəflərin imzaladıqları əsas müqavilə üzrə işlərin yerinə yetirilməsinə dair sifarişçinin heç bir narazılığı, iradı olmayıb. Narazılıqlar əsas müqaviləyə əlavə edilən və daha 6 milyon avroluq işlərin görülməsini nəzərdə tutan “Razılaşdırılmış büdcə”nin icrasında yaranıb.

Onun sözlərinə görə, icraçı iş prosesində hansısa nöqsanların olduğunu inkar etmir, lakin sifarişçi bu nöqsanları aradan qaldırmağa şərait yaratmaq əvəzinə italyanları qovub, onlara çatacaq vəsaitin bir hissəsini ödəməkdən imtina edib.

Bəs bu necə ola bilər ki, tərəflər 2018-ci ilin avqust ayında yarımçıq qalmış işlər və keyfiyyətsiz görülmüş işlər barədə çoxsaylı iradların yer aldığı yekun Aktı hazırlayıblar. Həmin Aktın altında “Paghera” şirkətinin rəhbərinin də imzası yer alır. Vəkil deyir ki, onun müdafiə etdiyi şəxs bu sənədi “məzmununu bilmədən imzalayıb”.

“Bəli, burası doğrudur ki, tərəflər görülən işlərin nəticələrinə və meydana çıxan nöqsanlara dair birgə Akt tərtib edib imzalayıblar. Amma mənim müdafiə etdiyim şəxslər-italiyalı biznesmenlər bildirir ki, Akt onların başa düşmədiyi dildə tərtib edildiyindən orada nələrin yazıldığı barədə tam məlumatlı olmayıblar. Biz bu məsələyə, hüquqi qiymət verilməsinə çalışacağıq”-K.Nəsibov bildirib.

Virtualaz.org “Paghera Green Service Societa Agricola S.R.L.”   şirkətinin icraçı direktoru Massimo Alberti ilə də əlaqə yarada bilib. İtaliyalı biznesmen bildirib ki, sifarişçinin onun və şirkətin barəsində irəli sürdüyü ittihamların əksəriyyəti haqsızdır, düzgün deyil.

“Bizi keyfiyyətsiz iş görməkdə itiham edirlər. Bu düzgün deyil, çünki bütün işlər yüksək keyfiyyətlə yerinə yetirilib. Qarantiya ilə əhatə olunan və yenidən görülməli olan yeganə iş gəzinti yollarıdır. Çünki bu işi subpodratçı qismində görən yerli şirkət sement qarışığını düzgün etməyib. Amma söhbət həcmcə böyük olmayan işdən və nisbətən kiçik, hətta cüzi məbləğdən gedir-təxminən 300-400 min avrodan”-Massimo Alberti tərcüməçisi vasitəsilə İtaliyadan redaksiyamıza göndərdiyi rəsmi  açıqlamasında deyib.

Ucuz materiallardan istifadə olunması barədə sifarişçinin ittihamları haqda danışan M.Alberti deyib ki, söhbət elektrik kabelindən gedir. Əslində Azərbaycanda istehsal edilən bu kabel elə də ucuz deyil, keyfiyyətcə isə hətta müqavilə ilə alınmalı olan “İtaliya istehsalı kabeldən də keyfiyyətlidir”. Üstəlik həmin kabeldən istifadə sifarişçi ilə şifahi razılaşdırılıb.

“Biz bu kabeli ixtisaslaşmış yerli şirkətdən sifariş vermişik. Şirkət kabelə 25 il qarantiya verib. Hesab edirəm ki, material haqda təkcə Azərbaycanda istehsal edildiyi üçün keyfiyyətsiz demək sizin ölkəniz üçün təhqir və böhtandır. Mən əmin oldum ki, Azərbaycanda yüksək keyfiyyətli məhsul istehsal edirlər”-Massimo Alberti bildirib.

İtaliyalı biznesmen işlərin ləngidilməsinə və müqavilədə göstərilən müddətdə başa çatdırılmadığına dair iradları da “haqsız” sayır. Deyir ki, işlərin ləngiməsinin səbəbi əslində sifarişçi tərəf idi. Çünki ərazidə landşaft işləri ilə paralel  olaraq iqamətgahda interyer və fasad işləri də görülürdü.

“Məsələn, biz mərmər döşəməli idik, amma həmin sahədə istilik xətləri çəkilib qurtarmadığı üçün gözləməli olduq. Onlar hətta qazon işlərini ləngitdilər ki, yük vasitələri hərəkət edəndə korlamasın. Ümumiyyətlə cənab Əhmədov tez-tez fikrini dəyişirdi və vaxtaşırı olaraq işləri bloklayırdı, çünki ona yenidən fikirləşmək lazım gəlirdi”-Massimo Alberti belə deyib.

Akt məsələsinə gəldikdə isə biznesmen bildirir ki, sifarişçi tərəf bu sənədi hazırlamaq üçün onu 15 gün Bakıda saxlayıb. “Onlar məcbur etdilər ki, mənə tanış olmayan dildə tərtib olunan Aktı rəsmi tərcüməçi olmadan imzalayım. Mən rus dilində bilmirəm, Akt isə rus dilində tərtib edilmişdi. Hansı ki, müqavilə özü ingilis dilindədir və ona aid sənədlər də bu dildə olmalı idi. Aldadılmışam və vəkilim vasitəsilə buna müfaviq qiymət verilməsinə çalışacam.  Biz 150 illik iş təcrübəsinə malik şirkətik, 55 ölkədə işləmişik. Amma belə qalmaqalla üzləşməmişik, heç vaxt başımıza bu cür iş gəlməyib”-Alberti bildirir.

“Paghera” şirkətinin icraçı direktoru qeyd edib ki, müqaviləyə əsasən onlar 91 minə yaxın bitki gətirməli idilər, amma 114 mindən yuxarı gətiriblər. Bu bitkilərin 21.5 mini quruyub və istənilən halda salamat bitkilərin sayı müqavilədə göstərilən rəqəmdən yuxarıdır. “Palmalara gəldikdə isə bizim əkdiyimiz 200 palmadan cəmi 7-8-i qurumuşdu. İndi isə bizi obyektdən çıxarıblar və orada bizdən sonra məhv olan bitkilərə görə cavabdeh ola bilmərik”-biznesmen deyib.

Alberti Əhmədovun bağında

Cənab Massimo Alberti bildirib ki, “Paghera” bazarda uzun illərdir iştirak edən ciddi şirkətdir. Və heç vaxt onların işindən şikayət olmayıb. “Biz hamıya aydın bildirmişik ki, səhvlərimizi düzəldəcəyik. Yeganə səhvimiz gəzinti yolları ilə bağlı olub. Qalan bütün ittihamları rədd edirik”-italiyalı biznesmen əlavə edib.

Albertinin bildirdiyinə görə, “Əhmədovun adamları” Bakıda onun adamına (virtualaz.org dəqiqləşdirib ki, söhbət “Paghera Azərbaycan” MMC-nin icraçı direktoru Sahib Haqverdiyevdən gedir) 50 min dollar təklif ediblər ki, məhkəmədə sifarişçinin xeyrinə ifadə versin. Həmin adam isə razılaşmayıb.

Qeyd edək ki, “Paghera” yaşıllaşdırma və landşaft işlərində dünyanın nüfuzlu şirkətlərindən biri hesab edilir. Fəaliyyəti ərzində çoxsaylı iri və mühüm layihələr həyata keçirib. Həm fərdi müştərilərdən, həm iri şirkətlərdən sifarişlər alıb. “Rixos” otellər şəbəkəsinin dünya üzrə bütün otellərinin yaşıllaşdırma və landşaft işlərini həyata keçirib. O cümlədən Rusiyanın Kazan şəhərində keçirilən Universiadaya hazırlıq çərçivəsində landşaft və yaşıllaşdırma işləri görüb.

Şirkətin saytında göstərilir ki, “Paghera” tərəfindən “mühüm siyasi xadimlərin, kralların, dövlət və hökumət başçılarının” bir çox layihələri nəzərdən  keçirilir. Bu potensial müştərilərin hamısının anonimliyi ciddi qorunur. Şirkət 2014-cü illərin əvvəllərində Azərbaycanda, Türkiyədə, İraq Kürdüstanında və Səudiyyə Ərəbistanında ofislər açıb.

Virtualaz.org şirkətlə azərbaycan əsilli rusiyalı milyarder arasında Bakıda baş vermiş qalmaqalla bağlı araşdırmaları davam etdirir və yeni nüanslar üzə çıxdıqca mövzuya qayıdacaq.

Afa Babayeva

Virtualaz.org

Əvvəlki yazı

R.Behbudov adına Mahnı Teatrında “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu-100” adlı möhtəşəm gecə keçirilib

Sonrakı yazı

Ərdoğan Yerevanda həbsdə olan Azərbaycan əsilli yeniyetməyə görə Paşinyana zəng etdi

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.