Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home Manşet

Masallıda tender maxinasiyaları – Şəhərdaxili yollar milyonları necə “udur”?

2021-05-14
in Manşet
A A
0
Masallıda tender maxinasiyaları – Şəhərdaxili yollar milyonları necə “udur”?
0
SHARES
183
VIEWS
Facebook-da paylaş"Twitter"-də paylaş

Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər üzrə nümayəndəliyi şəhərdaxili yolların əsaslı təmiri üzrə elan etdiyi tenderin qalibini açıqlayıb. 

REPORTYOR.info  xəbər verir ki, qalib şirkət “Birlik-3A” MMC-dir. İcra Hakimiyyəti görüləcək işlərin müqabilində şirkətə 746 201.76 AZN ödəyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Birlik-3A” MMC 23 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnanə kapitalı 50 AZN olan şirkətin hüquqi ünvanı Masallı rayonu Göyçəgöl kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Cəbiyev Mübariz Abdin oğludur.

“Birlik-3A” MMC şübhəli şirkətlərdən hesab olunur. Şirkət əsasən cənub bölgəsinin yerli qurumlarının keçirdiyi tenderlərin qalibi olur. Elə ötən il “Birlik-3A” MMC Masallı İcra Hakimiyyəti başçısının Masallı şəhər üzrə nümayəndəliyi ilə 747 672 manatlıq satınalma müqaviləsi imzalayıb. Müqavilədə şəhərdaxili yollarının asfalt-beton təmiri işlərinin satın alınması nəzərdə tutulub. Maraqlıdır ki, bir ildən sonra yenidən şəhərdaxili yolların təmirinə ehtiyac duyulub.

Bundan başqa, şirkət ötən il Astara rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin də qalibi olub. İcra Hakimiyyəti ilə MMC arasında bağlanan 542 615 manatlıq müqavilədə Astara rayonu ərazisində yolların əsaslı təmirini həyata keçirmək nəzərdə tutulub.

“Birlik-3A” MMC yollarının təmiri ilə bağlı tenderlərin qalibi olsa da, taxta evlərin hazırlanması sahəsində ixtisaslaşıb. Hər halda mediada şirkət məhz bu cür təqdim edilir.

2018-ci ildə mətbuatda yer alan məlumatlarda qeyd olunur ki, Masallı Sənaye Məhəlləsində yenicə fəaliyyətə başlayan “Birlik-3A” MMC taxta evlər istehsal edəcək.

“Birlik-3A” MMC-nin qanuni təmsilçisi Mübariz Cəbiyevə gəlincə, onun adına mülki məhkəmə işində rast gəlinir. Vahid Məhkəmə Portalında göstərilir ki, Mübariz Cəbiyev 2019-cu ildə evə köçürülmə iddiası ilə məhkəməyə müraciət edib. Birinci instansiya onun iddiasını təmin etdiyindən cavabdeh tərəf apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi isə birinci instansiyanın qərarını qüvvədə saxlayıb.

Mübariz Cəbiyev “Birlik-3A” MMC-nin yeni qanuni təmsilçisidir. Ondan əvvəl şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğlu olub.  Zaur Abıyev “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinin də qanuni təmsilçisidir. Bu şirkət də əsasən cənub rayonlarının yerli qurumları tərəfindən elan edilən tenderlərin qalibi olur.

Zaur Abıyevin adı “MTN işi”ndə də keçir. O, iş üzrə zərəçəkmiş qismində tanınıb.

İddialara görə, Zaur Abıyevlə Mübariz Cəbiyev əslində “proxy fiqurlar”dır. Onların qanuni təmsilçisi olduğu şirkətlər isə yerli məmurlara bağlıdır.

Bəlkə də bu səbəbdəndir ki, 20 noyabr 2019-cu il tarixdən Masallıya rəhbərlik edən Şahin Məmmədov da sözügedən şübhəli şirkətlərlə əməkdaşlığa üstünlük verib(HİT.az).

ShareTweetSendSendShareScan
Bizim Video
Previous Post

Hərbi Qənimətlər Parkında maxinasiya? – Vətəndaşlara köhnə bilet satıldığı iddia olunur

Next Post

“Nar”ın “Oxu saatı” layihəsinin növbəti qiraətçisi Zülfiyyə Xanbabayeva olacaq

Next Post
“Nar”ın “Oxu saatı” layihəsinin növbəti qiraətçisi Zülfiyyə Xanbabayeva olacaq

“Nar”ın “Oxu saatı” layihəsinin növbəti qiraətçisi Zülfiyyə Xanbabayeva olacaq

Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirildi – FOTOLAR

Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirildi - FOTOLAR

Nazir 8 ay əvvəl təyin etdiyi şöbə rəisini işdən çıxardı – Yeni təyinat

Nazir 8 ay əvvəl təyin etdiyi şöbə rəisini işdən çıxardı - Yeni təyinat

Discussion about this post

Bizə Qoşulun

  • 11.9k Subscribers
  • 1.2k Subscribers

Son Xəbərlər

“Azovstal”dakı döyüşçülər belə çıxdılar – Video

“Azovstal”dakı döyüşçülər belə çıxdılar – Video

2022-05-17
“Azovstal”dan 264 hərbçi təxliyyə edildi – Zelenski

“Azovstal”dan 264 hərbçi təxliyyə edildi – Zelenski

2022-05-17
Ukrayna ordusu bu istiqamətdə nəticə qazandı

Ukrayna ordusu bu istiqamətdə nəticə qazandı

2022-05-17
“Müharibə sülhlə başa çatacaq” – Peskov

“Müharibə sülhlə başa çatacaq” – Peskov

2022-05-17
Rusiyanın yeni itkiləri açıqlandı: Şok rəqəm

Rusiyanın yeni itkiləri açıqlandı: Şok rəqəm

2022-05-17
Qazaxıstan Prezidenti Azərbaycana səfər edəcək

Qazaxıstan Prezidenti Azərbaycana səfər edəcək

2022-05-17
Putin qoşunların hərəkətlərini şəxsən idarə edir

Putin qoşunların hərəkətlərini şəxsən idarə edir

2022-05-17
Son sutkada yoluxma qeydə alınmadı

Son sutkada yoluxma qeydə alınmadı

2022-05-16
İlham Əliyevin hədiyyəsi Kraliça II Elizabetə təqdim olundu – FOTOLAR

İlham Əliyevin hədiyyəsi Kraliça II Elizabetə təqdim olundu – FOTOLAR

2022-05-16
“AzerGold”un rəhbərliyinə gətirilən Mətin Eynullayev kimdir? – DOSYE

“AzerGold”un rəhbərliyinə gətirilən Mətin Eynullayev kimdir? – DOSYE

2022-05-16
Bakıda yeddi yaşlı qız internatda öldü

Bakıda yeddi yaşlı qız internatda öldü

2022-05-16
Abşeron məktəblərində “Mənim ailədə vəzifələrim” mövzusunda “Ailə həftəsi” keçirilir

Abşeron məktəblərində “Mənim ailədə vəzifələrim” mövzusunda “Ailə həftəsi” keçirilir

2022-05-16
Prezident sərəncam imzaladı: Nazirliyə 5 milyon manat ayrıldı

Prezident sərəncam imzaladı: Nazirliyə 5 milyon manat ayrıldı

2022-05-16
Bu gün Xarkovdakı Fəxri Konsulluğumuz işini bərpa edir

Bu gün Xarkovdakı Fəxri Konsulluğumuz işini bərpa edir

2022-05-16
Ana aktrisaya lüks avtomobil bağışladı

Ana aktrisaya lüks avtomobil bağışladı

2022-05-16
İctimai Televiziya və Radio Yayımları Şirkəti  “Avroviziya-2022”dən bağlı məlumat yaydı

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya-2022”dən bağlı məlumat yaydı

2022-05-16
Rusiya iki Su-25 təyyarəsini vurub

Rusiya iki Su-25 təyyarəsini vurub

2022-05-16
Məşhur klinikada insident: ədliyyə zabitləri mühafizəçini döydü

Məşhur klinikada insident: ədliyyə zabitləri mühafizəçini döydü

2022-05-16
Ukrayna ordusundan uğur: Rusiya sərhədinə çatıb – Foto

Ukrayna ordusundan uğur: Rusiya sərhədinə çatıb – Foto

2022-05-16
Benzinin qiyməti ilə bağlı SOCAR-dan AÇIQLAMA

Benzinin qiyməti ilə bağlı SOCAR-dan AÇIQLAMA

2022-05-16

Seçmə

  • Bütün
  • SEÇMƏ
Ukrayna ordusu bu istiqamətdə nəticə qazandı
Manşet

Ukrayna ordusu bu istiqamətdə nəticə qazandı

2022-05-17
İctimai Televiziya və Radio Yayımları Şirkəti  “Avroviziya-2022”dən bağlı məlumat yaydı
SEÇMƏ

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya-2022”dən bağlı məlumat yaydı

2022-05-16
Yavər Camalovun oğlu 8 milyonluq evlər alıb – Foto
SEÇMƏ

Yavər Camalovun oğlu 8 milyonluq evlər alıb – Foto

2022-05-16
Cavanşir Feyziyev daha bir vəzifəsini itirdi
SEÇMƏ

Cavanşir Feyziyev daha bir vəzifəsini itirdi

2022-05-14
Səfa Mirzəyev işdən çıxarıldı
SEÇMƏ

Səfa Mirzəyev işdən çıxarıldı

2022-05-13
Gənc nazir müavinin qalmaqallı rəqsindən danışdı
SEÇMƏ

Gənc nazir müavinin qalmaqallı rəqsindən danışdı

2022-05-13
Reportyor

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized

Son əlavələr

“Azovstal”dakı döyüşçülər belə çıxdılar – Video

“Azovstal”dakı döyüşçülər belə çıxdılar – Video

2022-05-17
“Azovstal”dan 264 hərbçi təxliyyə edildi – Zelenski

“Azovstal”dan 264 hərbçi təxliyyə edildi – Zelenski

2022-05-17

Xeberler

  • Reportyor.İnfo
  • Əlaqə

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Sosial
  • Araşdırma
No Result
View All Result

© 2020 Reportyor.info.