Masallının Köhnə Zuvand kəndi ərazisində “Niva” markalı maşın yüksəklikdən dərəyə aşıb. Nəticədə 2 qadın, 1 uşaq ölüb. Avtomobildə olan digər 3 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.
Hazırda ölən və yaralananların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Masallıda avtomobilin dərəyə aşması nəticəsində ölən şəxslərin kimliyi müəyyənləşib.
APA-nın yerli bürosunun xəbərinə görə, ölənlər sürücü, 1968-ci il təvəllüdlü Seymur Vidadi oğlu Şirəliyev, 1996-cı il təvəllüdlü Rəna Əyyar qızı Mahmudova və 2018-ci il təvəllüdlü Nuray Orxan qızı Şirəliyevadır.