Masallı rayon İcra Hakimiyyəti Mollaoba kənd məktəbi önündə piyada zolağının yenidən rənglənməsi ilə öyünür. Reportyor.info məlumat verir ki, bu haqda Masallı İH öz sosial media səhifəsində paylaşım edib. Məktəb qarşısında piyada zolağının təzədən rənglənməsini böyük iş hesab edən İcra Hakimiyyəti bunu ictimailəşdirməklə özünü gülməli vəziyyətə salıb. Halbuki piyada zolağının rənglənməsinə zərurət yaranıbsa, bu işi görmək borcdur. Sanki böyük hadisə olub. Maraqlıdır, Masallı İH bununla nə demək istəyib? Hansı əməli ilə fəxr edib?